BAKU Azərbaycan
20.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8224
  • 1 Rusiya rublu
    0.0183
  • 1 Türkiyə lirəsi
    0.0525
  • 1 İngiltərə funt sterlinqi
    2.1309
45691

Azərbaycanda şagirdlər arasında qızılca xəstəliyi yayıldıqdan sonra bəzi məktəblərdə tibb məntəqəsinin və tibb bacısının olmaması müzakirə mövzusuna çevrilib.

Xatırladaq ki, oktyabrda Bakı şəhər Qaradağ rayonunda yerləşən 195 saylı məktəbin 4-cü sinif şagirdi qızılcadan vəfat edib. Həmin məktəbin direktoru Laçın Hüseynli sosial şəbəkədə dəfələrlə məktəb üçün tibb işçisi tələb etdiklərini, lakin aidiyyəti qurumların bu məsələni həll etmədiklərindən şikayətlənib. O, üçnövbəli məktəbdə bir nəfər də olsun tibb işçisinin olmadığını qeyd edib.

Bu günlərdə jurnalistlər üçün keçirdiyi brifinqdə isə elm və təhsil naziri Emin Əmrullayev də hər məktəbdə tibbi kabinetin olmadığını söyləyib.

Bəs məktəblərdə tibbi kabinetlər təhsil müəssisələrinin müraciəti əsasında və hansı müddətə yaradılır? Bu tibb məntəqələrinin fəaliyyəti hansı durumdadır?

Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Bizim.media-nın sorğusuna cavab olaraq bildirilib ki, təhsilalanlara pulsuz tibbi xidmət təhsil müəssisəsi tərəfindən göstərilir:

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı 19 iyun 2009-cu il tarixli Təhsil haqqında Azərbaycan Respublikasının Qanununun 28-ci Maddəsinin (“Təhsil müəssisəsində iaşə və tibb xidməti”) 28.3-cü bəndinə əsasən, “Təhsil müəssisəsində təhsilalanlara müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun müəyyən etdiyi qaydada pulsuz tibbi xidmət həmin təhsil müəssisələri tərəfindən göstərilir.

Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 25 noyabr tarixli 217nömrəli qərarı ilə təsdiq edilmiş “Təhsil müəssisəsində təhsilalanlara pulsuz tibbi xidmətin göstərilməsi” Qaydasına əsasən, “Bu qayda mülkiyyət formasından və tabeliyindən asılı olmayaraq, bütün təhsil müəssisələrinə şamil edilir və təhsil müəssisələrinin rəhbərləri bu qaydaya əməl edilməsinə görə məsuliyyət daşıyırlar.

Аzərbаycаn Rеspublikаsının Əmək Məcəlləsinin Əməyin Mühаfizəsi bölməsinin 34-cü fəslinin 215-ci mаddəsinə əsasən, müəssisələrin mülkiyyətçiləri və işəgötürənlərin həyata keçirdiyi bir sıra tədbirlər sırasına işçilərə lаzımi sаnitаriyа - məişət və müаlicə - prоfilаktik хidmətlərin təşkilini təmin etməsi də daxildir. Müəssisələrdə tibb məntəqələrinin yaradılması isə həmin müəssisələrin səlahiyyətləri çərçivəsindədir”.

Məlumatda təhsil müəssisələrində tibbi xidmətin təşkili prinsiplərinin Nazirlər Kabinetinin qərarına əsaslandığı öz əksini tapıb:

“Azərbaycan Respublikası “Təhsil haqqında” Qanuna əsasən, dövlət təhsil müəssisəsində ödənişsiz tibbi xidmətin təşkili qaydası Nazirlər Kabinetinin 2010-cu il 25 noyabr tarixli 218 nömrəli qərarı ilə təsdiq edilmiş “Təhsil müəssisələrində iaşənin və tibbi xidmətin təşkili Qaydası və Normaları” ilə tənzimlənir.

Bu qaydalara əsasən, mülkiyyət formasından və tabeliyindən asılı olmayaraq, bütün təhsil müəssisələrində təhsilalanlar TƏBİB tabeliyində fəaliyyət göstərən ərazi və ya tələbə poliklinikaları tərəfindən tibb xidməti ilə təmin edilirlər.

Təhsil müəssisələrində təhsilalanların tibbi xidmətlə təmini iki formada həyata keçirilir:

“Təhsil müəssisəsində ambulator tibb xidmətinin təşkili üçün yaradılmış həkim və ya tibb məntəqəsi (məktəb həkim-pediatrı və ya tibb bacısı tərəfindən) və ümumi qaydada, yəni yerində ambulator tibbi xidmət təşkil edilmədən (sahə üzrə təhkim edilmiş sahə həkimi-pediatr (ailə həkimi) və ya tibb bacısı tərəfindən…”

Qeyd edilib ki, ambulator tibb xidmətinin təşkili üçün təhsil müəssisəsində yaradılmış həkim və ya tibb məntəqəsinə həkimin, eləcə də tibb bacısının birdəfəlik təhkim edilməsi üçün bu müəssisədə təhsil alan uşaq sayı və ərazi üzrə tibb müəssisələrinin ştatları nəzərə alınır.

“Yoluxucu xəstəliklərə qarşı immunoprofilaktikası və uşaqların icbari dispanserizasiyası üzrə cavabdehlik uşağın hansı təhsil müəssisəsində təhsil almasından asılı olmayaraq məktəb həkim-pediatrı ilə yanaşı ərazi üzrə təhkim olunduğu həkim-pediatrın cavabdehliyindədir”, - deyə məlumatda vurğulanıb.

© Oxu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması qaydaları dəyişdi

Azərbaycanın ikinci böyük elektrik stansiyası təmir edilir

1274 nəfər rezidenturaya imtahan verəcək

Nazir idarə rəisini işdən çıxardı

Nazir idarə rəisini işdən çıxardı

Bəzi şəxslər universiteti bitirdikdən sonra niyə işsiz qalır?

İlin sonuna kimi bütün işğaldan azad edilmiş rayonlara qayıdış başlayacaq

Hicran Əyyubova direktor təyin edildi

Ləğv prosesində olan 2 bankın əmlakları hərraca çıxarılır

Şuşada müntəzəm şəhərdaxili sərnişindaşımaya icazə verilməsi qaydası müəyyənləşib

"Naxçıvan Bank"ın gəlirləri 4 milyon manatdan çox azalıb

Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı təsdiqləndi

“Azərikard” rəhbərinin türkiyəli müavini işdən ayrılıb

“Azərikard” rəhbərinin türkiyəli müavini işdən ayrılıb

Ölkə ərazisində nə qədər kiçik sahibkarlıq subyekti var? – Bakıda 7 minə yaxındır

Azərbaycanda bir neçə müntəzəm marşrut xətti müsabiqəyə çıxarılır

Bitcoin 48 saatda 10 min manat ucuzlaşıb - Kriptovalyutaların qiymətləri

Daha iki rəis müavini işdən çıxarıldı

“PAŞA Bank”da yeni baş direktor təyin edilib

“PAŞA Bank”da yeni baş direktor təyin edilib

Azərbaycanın profilaktik peyvəndlər təqviminə yeni peyvənd əlavə olunub

Avro və lirə bahalaşdı - Məzənnə

Əmlakına çıxarış ala bilməyənlər üçün yeniliklər gözlənilir - Video

Azərbaycan manatının dövretmə sürəti artıb

Küləkli hava nə vaxtadək davam edəcək?

Bakının bu rayonunda qaz olmayacaq

Bakının bu rayonunda qaz olmayacaq

Azərbaycan nefti 3 %-ə yaxın ucuzlaşıb

"iPhone"larda problem üzə çıxdı - Həyəcan siqnalı işləmir

Kontakt Home məhkəməyə verilib

Mərkəzi Bankın valyuta ehtiyatları 27 % artıb

ABŞ fevral ayında LNG ixracını kəskin artırıb

"GREENLİFE-BAKU" cərimələndi

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin