BAKU Azərbaycan
18.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8455
  • 1 Rusiya rublu
    0.0187
  • 1 Türkiyə lirəsi
    0.0527
  • 1 İngiltərə funt sterlinqi
    2.1513
36085

Azərbaycanda artıq iki ildən çoxdur ki, icbari tibbi sığorta tətbiq edilir. Proses bir sıra müsbət nəticələr versə də, bir sıra hallarda insanları tam olaraq qane də etmir. Hələ də özəl tibb müəssisələrinin əksəriyyətində icbari tibbi sığorta tətbiq edilmir. Bir sıra ekspertlər iddia edir ki, həmin sistemə keçid özəl klinikaların gəlirlərinin azalması ilə nəticələnə bilər. 

Valyuta.az-a açıqlamasında tibb elmləri doktoru Adil Qeybulla bildirir ki, əslində özəl xəstəxanalar icbari tibbi sığortadan yayınmır: 

“Əksinə, onlar icbari tibbi sığortada maraqlıdırlar. Sadəcə olaraq, fakt odur ki, özəl xəstəxanaları bu işə cəlb etmirlər. Məsələn, tibb Universitetinin iki korpusu, cərrahiyə və terapiya korpusları var. Birinci növbədə fikirləşməliyik ki, rezidentləri necə hazırlamalıyıq. Bura xəstə daxil olmasa rezidentlər hazırlana bilməz. Onu da nəzərə alaq ki, özəl klinikaların maddi-texniki təchizatı dövlət xəstəxanalarından yüksəkdir. Ona görə də onların imkanlarından istifadə etmək lazımdır”. 

İqtisadçı ekspert Natiq Cəfərli isə qeyd edir ki, özəl klinikaları məcburən bu işə cəlb etmək mümkün deyil: 

“Bunun üçün qarşılıqlı güzəştlər və stimullaşdırıcı addımlar olmalıdır ki, özəl tibb müəssisələri də icbari tibbi sığortaya qoşulsun. Sığorta ilə ödənilən xərclər özəl klinikaları qane etmədiyindən, onlar çox zaman bu proqramdan kənarda qalır. İcbari tibbi sığortanın qarşıladığı məsələlər, işin keyfiyyəti, növləri, xidmətlər isə vətəndaşları qane etmir. Ona görə də sanki icbari tibbi sığorta üçün boş yerə pul veririk”. 

Bu fonda həmsöhbətimiz təklif edir ki, icbari tibbi sığortanın iş prinsipləri dəyişdirilsin:

“Özəl klinikakarın prosesə qoşulması üçün stimullaşdırıcı addımlar olmalıdır. Vergi güzəştləri olmalı, yaxud da prosesin bir hissəsini dövlət qarşılamalıdır”. 

Ekspert bəzi məmur və deputatların icbari tibbi sığortaya ödənişlərin artırılması təklifini də doğru yanaşma hesab etmir:

“Bu doğru yanaşma deyil və gəlirləri az olan insanların narazılığına səbəb olar”. 

Ramiz

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

“Bütün enerjisini işə həsr edənlərdə infarkt riski daha yüksəkdir” – Terapevt

Saxta pullarla insanları aldatma halları artır (VİDEO)

Slovakiya Azərbaycanın COP29 ilə əlaqədar tədbirlərini dəstəkləməyə hazırdır

DİN xaricdə təhsil almaq istəyənlərə xəbərdarlıq etdi

"Aqroservis"in sədri Qazaxda vətəndaşları qəbul edəcək

Universitetlərə attestatla qəbul olacaq? - DİM sədri

Azərbaycanda fantastik qiymətə avtomobil nömrələri satılır (VİDEO)

Yağışlı hava kənd təsərrüfatı məhsullarına necə təsir edib?

Üç ayda 3 min ton çay istehsal olunub

“Samsung”un “Apple”a mükəmməl cavabı çox gecikmədi - VİDEO

Çində turistlərin kosmosa uçuşlarının başlama tarixi məlum oldu

Honq Konq rəqəmsal yuanı sınaqdan keçirməyə başlayır

Baş prokurorun keçmiş müavini dövlət qurumunu məhkəməyə verdi - Pensiya qalmaqalı

Borrel: Avropa iqtisadiyyatı Çinlə rəqabətə tab gətirə bilməz

Azərbaycanda vergi forumu keçiriləcək

Azərbaycanda vergi forumu keçiriləcək

Yeni açılan iş yerlərinin 80 faizi Bakıdadır - Statistika

ABŞ daxili bazardan 3,4 milyard dollar dəyərində uran alacaq

Unistream ödəniş sistemi Gürcüstana köçürmələri bərpa etdi

"Həyat-Müayinə, Məsləhət Və Müalicə Mərkəzi" cərimələnib

Məşhur tikinti şirkətinin 5 milyon borcu var - Rəhbərinə "stop" qoyuldu

Çində istehlak aktivliyi sürətlə yavaşlayır

Bakıda əmək yarmarkaları keçiriləcək

Finlandiya ruslara ölkədə daşınmaz əmlak almağı qadağan edəcək

Modern Hospital cərimələnə bilər

Məşhur sahibkar cərimələnir

Əfqanıstan Rusiyadan daimi neft məhsulları alışına qayıtmaq istəyir

Prezidentlər Füzuli və Şuşaya səfər edib (YENİLƏNİB)

Vətən Müharibəsi Qəhrəmanına yüksək vəzifə verildi

“İrşad Elektroniks” gömrük qaydalarını pozub?

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin