BAKU Azərbaycan
13.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8505
  • 1 Rusiya rublu
    0.0187
  • 1 Türkiyə lirəsi
    0.0528
  • 1 İngiltərə funt sterlinqi
    2.1569
28311
"Kliniki Tibbi Mərkəz” (Semaşko) publik hüquqi şəxsin tabeliyində olan 5 nömrəli Kliniki Doğum Evi ləğv edilə bilər.
 
Qaynarinfo-nun əldə etdiyi məlumata görə, bu barədə Kliniki Tibbi Mərkəzin direktoru Könül Ələkbərov qərar qəbul etsə də, doğum evinin kollektivi tərəfindən etirazla qarşılanıb. 
 
Könül Ələkbərov
 
Narazı tibb işçiləri Könül Ələkbərovun qərarından Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) rəhbərliyinə və digər dövlət qurumlarına da müraciət ediblər. 
 
Əvvəlcə qərar qəbul edilib ki, sözügedən doğum evi ləğv ediləcəksə, kollektiv yaxınlıqdakı xəstəxanalarda və yaxud Kliniki Tibbi Mərkəzin özündə fəaliyyət göstərsinlər. Daha sonra bu qərarın icrası müvəqqəti olaraq dayandırılıb. 
 
 
Kollektivin Könül Ələkbərovun qərarına etirazından sonra 5 saylı Doğum Evi ilkin tibbi yardım müəssisəsi kimi fəaliyyətini davam etdirir. Ağır xəstələr isə Kliniki Tibbi Mərkəzə göndərilir. 
 
Vəfa Hüseynzadə 
 
Ötən ilin yanvar ayında 5 saylı Doğum Evinin baş həkimi Xədicə Əhmədova vəzifəsindən azad edilib və yerinə tibb üzrə fəlsəfə doktoru, mama-ginekoloq Hüseynzadə Vəfa Oruc qızı təyin edilib. Bir müddət əvvəl isə Vəfa Hüseynzadə Qara Qarayevdə yerləşən 7 nömrəli Doğum Evinə baş həkim göndərilib. 5 saylı Doğum Evinə isə rəhbərliyi Könül Ələkbərov özü həyata keçirir.
 
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Anomal havalar aqrar sahəyə ciddi ziyan vurur" - Ekspert

Tikinti şirkəti sakinləri zorla evlərindən çıxarmaq istəyir? - Nəsimi rayonunda qalmaqal

Keçmiş əməkdaşı Dövlət Məşğulluq Agentliyini məhkəməyə verdi

"XƏMƏCOĞLU AGRO" cərimələnə bilər

"Microsoft" köhnə kompüterlərdə "Edge" vasitəsilə internetə çıxışı qadağan edəcək

“Hökumət evi”ndə 1 milyonluq təmir

Rusiyada qalan Avropa bankları mənfəətlərini üç dəfə artırıblar - Bloomberg

Dövlət qurumu ilə MTK üz-üzə

Alimlər günəş enerjisindən istifadə edərək 1000 °C-dən yuxarı temperatur əldə etdi

"Molokan" bağının ətrafı niyə "hasarlanıb"? - BŞİH açıqladı

"Kral Təbabət" əhalinin sağlamlıq hüququnu pozur

Ukrayna işığa həsrət qala bilər - YASNO çox çətin dövrün nə vaxt başlayacağını bildirdi

Prezident Heydər Əliyev Fondunun əməkdaşlarını təltif etdi

Nazir baş həkimi işdən çıxdı - Yeni təyinat

“Qafqaz Auto” məhkəmə qarşısında

Özəl xəstəxanalara nəzarət mexanizmi - Yeni qurum hansı işləri görəcək? (ŞƏRH)

Estoniya Rusiya aktivlərinin Kiyevə verilməsi haqqında qanun qəbul etdi

Bakının darboğazlarında hərəkətin yenidən təşkili üzrə layihələrin icrasına başlanılıb

Qarabağ Universitetinə mətbuat katibi axtarılır

Fidan Tofidi departament rəhbəri təyin edildi

Fidan Tofidi departament rəhbəri təyin edildi

Bolqarıstan "Qazprom"dan 400 milyon avro tələb edir

Nazirlikdən yarım milyonluq nəqliyyat sövdələşməsi

Qusarda ağacların kəsilməsinə görə bələdiyyə sədri həbs edildi

Sevdiyimiz, yoxsa gəlirli peşəni seçək?

Sabah güclü külək olacaq - SARI XƏBƏRDARLIQ

Ölkəyə gətirilən hibrid avtomobillərin qiyməti kəskin bahalaşıb

AK "Instagram" və "Facebook"la bağlı araşdırmaya başladı

Prezidentlər "Caspian Agro" və "InterFood Azerbaijan" sərgiləri ilə tanış oldu

Sumqayıtda mənzil qiymətləri niyə bahalaşır?

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin