BAKU Azərbaycan
13.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8505
  • 1 Rusiya rublu
    0.0187
  • 1 Türkiyə lirəsi
    0.0528
  • 1 İngiltərə funt sterlinqi
    2.1569
27841

2020-ci ildə ölkədə tibbi xidmət sahəsində yeni idarəetmə formasına keçilməsi Xaçmazın Xudat şəhər xəstəxanasını ağlar günə qoydu desək, daha doğru olar.

Valyuta.az bizim.media-ya istinadən xəbər verir ki, 2020-ci il yanvarın 1-dən yeni yaradılan Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyinin (TƏBİB) təşkil etdiyi “Xaçmaz Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin nəzdində Xudat Ailə-Sağlamlıq Mərkəzi yaradılıb.

1948-ci ildən fəaliyyət göstərən 150 çarpayılıq Xudat Şəhər Xəstəxanası fəaliyyətini dayandırıb və tibb müəssisəsi Xudat Ailə-Sağlamlıq Mərkəzi kimi fəaliyyət göstərməyə başlayıb.

Ailə-Sağlamlıq Mərkəzində bütün şöbələr bağlandığından yalnız Təcili Tibbi Yardım Şöbəsi fəaliyyət göstərir.

Bu həmin vaxtdan sakinlərin, həm də xəstəxana işçilərinin çoxsaylı narazılığı ilə müşayiət olunur. Xudat xəstəxanasının bağlanması nəinki 18 min 300 nəfər əhalisi olan Xudat şəhər sakinlərinin, hətta həmin istiqamətdə və Nabran-Yalama zonasında yaşayan, ümumilikdə bu xəstəxananın xidmətindən istifadə edən 70 minə yaxın insanın haqlı narazılığına səbəb olub.

Xəstəxananın cərrahiyyə, terapiya, ginekologiya, doğum şöbələrinin bağlanması bu zonada yaşayan əhalini çətin duruma salıb. Sakinlər ağır xəstə və ya hamilə qadın olanda ya Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına, ya da Quba, Qusar Rayon Mərkəzi xəstəxanalarına üz tutmalı olurlar. Bu da həm əlavə vaxt, həm də əlavə xərc deməkdir.

Son günlər Xudat Şəhər Xəstəxanasının statusunun bərpa olunması və xəstəxananın əvvəlki kimi fəaliyyət göstərməsi yenidən gündəmə gəlib.

Bu barədə rayon sakinləri icra hakimiyyətinə, Rayon Mərkəzi Xəstəxanasına və yuxarı təşkilatlara müraciətlər edərək məsələyə baxılmasını xahiş ediblər.

Xudat xəstəxanasının yenidən açılması məsələsi son günlər sosial şəbəkələrdə də geniş müzakirə olunur. Xaçmazın sabiq icra başçısı, jurnalist Müqəddəs Mehdiyev sosial şəbəkə vasitəsi ilə problemin həlli ilə bağlı hökumət rəhbərinə müraciət edib.

Müqəddəs Mehdiyev bildirib ki, səhiyyə sisteminə cavabdeh olan orqanlar məsələyə laqeyd yanaşırlar:

“Sakinlər Xudat Şəhər Xəstəxanasının bağlanmasından sonra çox əziyyət çəkirlər. Bu, sakinlərin sağlamlığına çox ciddi ziyan vurur. Mən məsələ ilə bağlı araşdırma aparmışam. Problemin həllinə rayon səviyyəsində nail olmaq mümkün deyil. Ölkənin səhiyyə sisteminə cavabdeh olan 3 qurum - Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB-in Xudat camaatının xəstəxana problemindən yaxşı xəbərləri var. Amma bu qurumlar heç bir əməli tədbir görmək istəmirlər”.

Xaçmaz Rayon İcra Hakimiyyəti başçısı Elnur Rzayevin isə məsələ ilə bağlı münasibəti belədir:

“Fevralın 24-də İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev və TƏBİB sədri Vüqar Qurbanovla Xaçmazda vətəndaş qəbulu keçirəndən sonra müzakirələr apardıq. Xudat Şəhər Xəstəxanasının bərpası və təmir edilməsi ilə bağlı rəsmi olaraq Səhiyyə Nazirliyinə və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə müraciət edilib. Tibb müəssisəsinin əsaslı bərpası gözlənilir. Amma konkret tarix bəlli deyil”.

Sözügedən problemin həlli ilə bağlı münasibət öyrənmək üçün Xudat şəhərindəki Ailə-Sağlamlıq Mərkəzində olduq.

Mərkəzin direktoru Qədir Hüseynov bildirdi ki, tibb mərkəzi 2020-ci ildən həm təmirə dayanıb, həm də Ailə-Sağlamlıq Mərkəzi kimi fəaliyyətə başlayıb. Tibb müəssisəsinin əsaslı bərpa edilməsinə ciddi ehtiyac olduğu binanın bərbad, təmirsiz görünüşündən də aydın görünür. Mərkəzin bütün işçiləri həm binanın yenilənməsini, həm də xəstəxananın əvvəlki statusunun bərpa olunmasını gözləyirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Bloklanmış IMEI kodlarla şəbəkəyə qoşulma cəhdlərinin sayı açıqlandı

Bu ilin 4 ayında DSMF-nin xərcləri 13,3% artıb

“Kapital Bank”a müraciətlərin 70 %-i müştərilərin xeyrinə həll edilib

Əfqan Baxışov “AZAL”ın Prezidentinin müşaviri təyin edildi

Bakıda Avtovağzalın yanındakı restoran 75 min manata satılır - Fotolar

Bakıda Avtovağzalın yanındakı restoran 75 min manata satılır - Fotolar

Azərbaycanın İrandakı səfirliyi ilə bağlı yeni qərar

Ölkədə benzin istehsalı artıb

Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər (VİDEO)

Dolu düşüb, qar yağıb, 1 dərəcəyədək şaxta olub - FAKTİKİ HAVA

Azərbaycanda bu zavodun gəlirlə işləməməsinin səbəbləri araşdırılacaq

Sabah IV sinif şagirdləri üçün monitorinq keçiriləcək

Azərbaycan neftinin qiyməti bahalaşıb

Avro və lirə ucuzlaşdı - Məzənnə

Bakının bu ünvanında binalar söküləcək, yeniləri tikiləcək (FOTO)

Quba və Qusara qar yağır

"Anomal havalar aqrar sahəyə ciddi ziyan vurur" - Ekspert

Tikinti şirkəti sakinləri zorla evlərindən çıxarmaq istəyir? - Nəsimi rayonunda qalmaqal

Keçmiş əməkdaşı Dövlət Məşğulluq Agentliyini məhkəməyə verdi

"XƏMƏCOĞLU AGRO" cərimələnə bilər

"Microsoft" köhnə kompüterlərdə "Edge" vasitəsilə internetə çıxışı qadağan edəcək

“Hökumət evi”ndə 1 milyonluq təmir

Rusiyada qalan Avropa bankları mənfəətlərini üç dəfə artırıblar - Bloomberg

Dövlət qurumu ilə MTK üz-üzə

Alimlər günəş enerjisindən istifadə edərək 1000 °C-dən yuxarı temperatur əldə etdi

"Molokan" bağının ətrafı niyə "hasarlanıb"? - BŞİH açıqladı

"Kral Təbabət" əhalinin sağlamlıq hüququnu pozur

Ukrayna işığa həsrət qala bilər - YASNO çox çətin dövrün nə vaxt başlayacağını bildirdi

Prezident Heydər Əliyev Fondunun əməkdaşlarını təltif etdi

Nazir baş həkimi işdən çıxdı - Yeni təyinat

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin