BAKU Azərbaycan
17.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8227
  • 1 Rusiya rublu
    0.0185
  • 1 Türkiyə lirəsi
    0.0522
  • 1 İngiltərə funt sterlinqi
    2.1249
25409

"Son zamanlar beynəlxalq hesabatlarda geriləməyimizi nəzərə alaraq düşündüm ki, bəlkə hökumət İT və innovasiyalar üçün pul ayırmır. Baxıram ki, dövlət qurumları müxtəlif İKT işlərinin görülməsi üçün hərəsi öz çəkisinə uyğun yetərincə büdcə vəsaitləri xərcləyirlər”.

Valyuta.az xəbər verir ki, bu fikirləri Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz "Facebook” hesabında yazıb. Ekspert qeyd edib ki, portalda oktyabr, sentyabr aylarının İT xərclərini hesablayıb və maraqlı nəticə əldə edib:

"Son iki ayda, yalnız e–Satınalma portalı ilə açıqlanan məlumatlardan belə qənaətə gəlmək olur ki, hökumət İKT üçün 20 milyon manatdan çox vəsait xərcləyib. Nəzərə alaq ki, İT xərclərin çox hissəsi də tenderdən kənar olur. Portaldan görünür ki, xərclərin bir çoxu da lisenziya və support məsələsidir, server avadanlıqlarının alınmasıdır”.

O. Gündüz misal kimi İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin bu tip işlərin görülməsi üçün ULTRA şirkətinə ötən ay 3 milyon manat ödədiyini xatırladıb:

"Portaldan görsənir ki, İqtisadiyyat Nazirliyi və digər qurumların da bu tip xərcləri olub. Hansı ki, Prezidentin fərmanı, hökumətin qərarı ilə optimallaşma olmalıydı. Dövlət bu tip işlər üçün vahid bir Hökumət Buludu formalaşdırıb. Hər bir dövlət qurumu server işlərinə, data mərkəz işlərinə nöqtə qoymalı və Hökumət Buluduna keçməliydi. Amma göründüyü kimi, xərclərə nəinki qənaət edilib, nəinki optimallaşma olub, əksinə dövlətin bu tip xərcləri daha da artıb”.

Ekspert daha sonra bu qədər böyük xərclər qarşılığında effektivliyin hansı səviyyədə olmasına toxunub. O, ilk növbədə beynəlxalq hesabatlara nəzərə salıb:

"BMT-nin Elektron hökumətin inkişafı ilə bağlı bu il dərc olunan Hesabata görə 13 pillə geriləmişik. Daha bir nüfuzlu beynəlxalq indeksə, Qlobal İnnovasiya İndeksi 2022-yə görə Azərbaycan 11 pillə geriləyib.

Antiinhisar Dövlət Xidməti bu istiqamətdə müəyyən addımlar atsa da hələ də portalı təkmil edə bilməyib. Regionda ən zəif olan bizim Portalda ictimai nəzarət üçün yetərliimkanlar yaradılmayıb. Nomal bir araşdırmaaparmaq üçün gərək zülüm çəkəsən.

Adi bir müşahidə ilə müəyyən etmək olur ki, İT xərclərdə səmərəsizlik və ədalətsilzik yetərincədir. Ümid edirəm hökumət, satınalmalara cavabdeh olan Antiinhisar Dövlət Xidməti, İKT layihələrə rəy verən ASAN və rəqəmsallaşmaya cavabdeh olan RİNN baş verənlərin fərqindədir”.

"Gününsəsi.info” saytının araşdırmasına görə, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin 3 milyon manatlıq ödəniş etdiyi ULTRA şirkəti Milli Məclisin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq Komitəsinin sədri Tahir Mirkişilinin biznes imperiyasında daxildir. Məlumdur ki, sözgendən Agentlik əsas vəsaitləri dövlət büdcəsindən ayırmalar hesabına əldə edir. Büdcə layihəsinin ilkin müzakirələri parlament komitələrindən keçir, bir çox hallarda layihəyə təklif olunan düzəlişlər plenar iclaslarda qaldırılır və Maliyyə Nazirliyi tərəfindən nəzərə alınır. Beləliklə, bəzi deputatların büdcə təşkilatlarının lobbiçiliyini etməsi, onlar üçün nəzərdə tutulan investisiya və digər yönlü xərclərin artırılmasına çalışması mümkündür. Milli Məclisdə müxtəlif deputatlar dəfələrlə bu tip təkliflərlə çıxış ediblər.

Sual oluna bilər, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin 3 milyonluq ödənişi komitə sədri Tahir Mirkişilinin şirkətinə həvalə etməsi qarşılıqlı razılaşmanın nəticəsi ola bilərmi? Hər halda maliyyə nəzarəti qurumları deputat-agentlik arasında işbirliyi barədə araşdırmalar aparsalar, pis olmaz.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Avropanın ən işlək hava limanı bəlli oldu

Azərbaycana ən çox turist bu ölkələrdən gəlir

Kökündən çıxan ağac marşrut avtobusunun üstünə düşdü - Foto

Zərərli qidaları neçə gündən bir yemək təhlükəsizdir? - Mütəxəssisdən AÇIQLAMA

ABŞ yeni "qiyamət təyyarəsi" hazırlatdırır - 13 milyard ayrıldı

Gürcüstanın balıq tədarük etdiyi əsas satış bazarı - Azərbaycan

Robotlar dünyanı ələ keçirəcək? – Astroloq danışdı

Geostasionar orbitlərdəki peyk rabitəsi vasitələrinin özəlləşdirilməsinə icazə verilib

Bu ölkə liderləri COP29-da iştirak edəcək

Dövlət Neft Fondu bu iki nəhəng şirkətin səhmlərini alıb

Prezidentdən Mikayıl Cabbarov və Samir Şərifovla bağlı sərəncam

Azərbaycanda çörəyin qiyməti ucuzlaşacaq? (AÇIQLAMA)

Bakı daha bir tədbirə ev sahibliyi edəcək

Sahibkarlıq sahəsində fərqlənən bəzi şəxslər “Tərəqqi” medalı ilə təltif edilib

Azərbaycanda qəribə kənd adları: Mırtı, Potu, Soğanverdilər və s...

Bu tikinti materialları bahalaşacaq

Smartfonlar Azərbaycana hansı ölkələrdən və neçəyə gətirilir? - TAM SİYAHI

Girişində “7/24” yazılan bəzi apteklər gecələr niyə işləmir?

Genişzolaqlı internetin sürəti 38 % artıb

Bakının 7 kilometrliyində evlər kütləvi satışa çıxarıldı - Ucuz qiymətə...

“Məcburi köçkünlər qayıtdıqca bu mənzillərin qiyməti enəcək” – Açıqlama

Bazar günü Bakıda 31 dərəcə isti olacaq

Sizdən xəbərsiz adınıza şirkət açıblarsa ..? - Diqqət!

Elektrikli Gelendvagen Mercedes-Benz G580 təqdim olundu

“Titanik”in ən zəngin sərnişininin cəsədindən çıxarılan qızıl cib saatı hərraca çıxarılıb

İctimai TV-yə yeni Baş direktor müavini təyin edildi (FOTO)

Bu ərazilər tezliklə plana düşəcək

Bakıda ailə ilə şam yeməyi 200 manata başa gəlir

Rusiyadan miqrantlarla bağlı açıqlama

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin