BAKU Azərbaycan
20.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8224
  • 1 Rusiya rublu
    0.0183
  • 1 Türkiyə lirəsi
    0.0525
  • 1 İngiltərə funt sterlinqi
    2.1309
22020

Dünyanı cənginə alan koronavirus pandemiyası bitməmiş indi də "meymun çiçəyi" virusunun yayıldığı bildirilir.

"Meymun çiçəyi" virusu aprel və may aylarında Qərbi Avropanın bir sıra ölkələrində, eləcə də digər qitələrdə yayılıb. Belçika hakimiyyəti "meymun çiçəyi" xəstəliyinə yoluxanlar üçün 21 günlük karantin tətbiq etmək qərarına gəlib.

Bundan başqa, bildirilir ki, "meymun çiçəyi" virusu “suçiçəyi” virusu ilə, demək olar ki, eyni simptomlara malikdir.

Bəs Azərbaycanda bu virusun yayılma təhlükəsi nə dərəcədə realdır? Bu və digər suallara aydınlıq gətirmək üçün mütəxəssislərə müraciət etdik.

Səhiyyə Nazirliyinin mütəxəssis eksperti, infeksionist Ləman Qalimova BAKU.WS-ə açıqlamasında bildirdi ki, "meymun çiçəyi" xəstəliyi bir vurusdur və “suçiçəyi” xəstəliyinə çox bənzəyir:

“Xəbərlərdən aldığımız məlumatlara görə, Avropa ölkələrində "meymun çiçəyi" virusuna yoluxma hallarına rast gəlinib. Bu, ölkəmizin vətəndaşlarını təşvişə salır.

"Meymun çiçəyi" xəstəliyi bir vurusdur və “suçiçəyi” xəstəliyinə çox bənzəyir. Buna adətən Qərbi Avropa ölkələrində, meşə ətrafı yaşayış məntəqələrində daha çox rast gəlinir. Qərbi Afrika və Mərkəzi Afrika ştammı mövcuddur.

Simptomları qızdırma, başağrısı, şişkinlik, belağrısı, zəiflik, əzələdə ağrılar kimi özünü büruzə verir. Qızdırma azaldıqdan sonra səpkilər yaranır.

Səpkilər öncə üz nahiyəsindən başlayır. Daha sonra bədənin digər nahiyələrinə, əksər hallarda ovuc və ayaqlarda yayılır. Çox qaşıntılı olur. Sonradan isə yaraya çevrilir. Bu yaralar iz buraxa bilər. Ona görə də yaralar qaşınmamalıdır”, - deyə mütəxəssis bildirib.

Nazirlik rəsmisi xəstəliyin yoluxma yollarını açıqlayıb:

“Adətən yaxın təmasdan, tənəffüs yolu ilə, selikli qişadan keçir. Bundan başqa, cinsi əlaqə yolu il də xəstəlik ötürülə bilər. Həmçinin yoluxmuş meymun, siçovun və dələdən yoluxma ola bilər. Yoluxan insanın paltarından da digər insana xəstəlik keçə bilər.

Adətən yüngül formada keçir. Suçiçəyinə çox bənzəyir. Bəzən 2-3 həftə ərzində özü-özünə sağala bilir. Virus aşkar edilən ölkələrdə ölüm halı çox az qeydə alınıb. Ölkəmizə hazırda bu virusa rast gəlinməyib. Olmaması üçün də bütün tədbirlər həyata keçirilir. Vətəndaşlar bu kimi hallar müşahidə olunarsa mütləq həkim müraciət etsinlər”.

Professor, tibb eksperti Adil Qeybulla BAKU.WS-ə açıqlamasında bildirib ki, "meymun çiçəyi" Afrikada meymunlardan başlanğıc götürən virusdur. Onun sözlərinə görə, bu “çiçək” virusu ailəsinə daxil virusdur.

“İlk dəfə Kopenhagen şəhərində İdentifikasiya olunub. Ondan sonra Afrikanın Konqo respublikasında yayılıb. Koronavirus pandemiyasından sonra insanlarda immunitet sisteminin zəifləməsindən sonra bu xəstəliyin yayılması vüsət ala bilər.

Onun qlobal pandemiya yaratma ehtimalı yoxdur. Sadəcə yayılma arealı artır. Bunu lokallaşdırmaq istiqamətində işlər görülməlidir.

Mövcud vaksin xəstəliyə 70 faizə qədər həssasdır. Əhalinin vaksinasiyası və digər karantin tədbirləri görülə bilər. Xüsusilə də virusun yayıldığı areallarda insanların izolasiya olunması birinci məsələlərdəndir”, - deyə ekspert bildirib.

A.Qeybullanın sözlərinə görə, virus daha çox kontakt və hava damcı yolu ilə keçə bilir. Mütəxəssis deyir ki, yoluxan şəxs mütləq karantinə alınmalıdır:

“Hələlik Azərbaycanda qeydə alınmayıb. Lakin qeydə alınarsa bütün karantin təbirləri görülməlidir. Dünya Səhiyyə Təşkilatı və xəstəliklərə nəzarət üzrə profilaktik müalicə mərkəzləri çox ciddi şəkildə bu məsələnin üzərində işləyirlər. Onların hazırladığı tövsiyyələrə Azərbaycanda da əməl edilməlidir”.

Mövzu ilə bağlı həkim-infeksionist Natiqə Qocayeva ilə də əlaqə saxladıq. Natiqə Qocayeva BAKU.WS-ə açıqlamasında qeyd etdi ki, "meymun çiçəyi" əslində təzə xəstəlik deyil. Onun sözlərinə görə, bu xüsusi təhlükəli xəstəliklər qrupuna aiddir:

“İstər-istəməz bunun qarşısını almaq üçün gigenik qaydalara əməl etmək lazımdır.

Əsasən təmas yolu ilə keçir. Cinsi əlaqə ilə keçmə riski güclüdür. Lakin hava-damcı yolu ilə də yoluxması istisna deyil”, - deyə həkim bildirib.

Natiqə Qocayeva onu da vurğulayıb ki, hazırda Azərbaycanda suçiçəyi daha çox yayılıb. Lakin “meymun çiçəyi” xəstəliyinə də yoluxma ehtimalı istisna deyil:

“Hazırda Azərbaycanda “suçiçəyi” xəstəliyi yayılıb. Suçiçəyi xəstəliyi daha çox orta məktəb və bağçalarda yayılma ehtimalı çoxdur. “Suçiçəyi” virusuna qarşı peyvəndin “meymun çiçəyi” xəstəliyindən də qoruma ehtimalı var. Bu virusa yoluxma zamanı ölüm faizi azdır. İmmuniteti zəif olanlarda isə ölüm riski çoxdur. Əlaməti qızdırma, başağrısı və bədəndə suluqlar yayılır. Yaxşı qidalanmaq lazımdır”.

Azərbaycanda yayılan “suçiçəyi” infeksiyasının uşaqlar arasında nə dərəcədə inkişaf etdiyini öyrənmək üçün K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun (OMD xəstəxanası) baş həkimi Azər Əhmədovla əlaqə saxladıq.

Uzman doktor BAKU.WS-ə açıqlamasında bildirdi ki, hazırda Azərbaycanda uşaqlar arasında həqiqətən də “suçiçəyi” yayılıb.

“Çox təəssüf ki, öz övladım da suçiçəyi xəstəliyinə yoluxmuşdu. Peyvənd olunmuşdu deyə, bu xəstəliyi daha asan keçirdi.

Virus məktəblərdə çox yayılıb. Açığı ağır keçirən yoxdur. Lakin bu zaman ağırlaşmalar da ola bilər. Bu penevmaniyaya çevirə bilər.

Dəri infeksiyalarına səbəb ola bilir. Valideynlərə diqqətli olmağı məsləhət edirik. “Suçiçəyi”ndən ölüm halı qeydə alınmayıb. Lakin vaxtında və düzgün müalicə olmazsa suçiçəyi xəstəliyindən ölüm halı ola bilər.

“Meymun çiçəyi” ilə isə heç bir əlaqəsi yoxdur. Bu “çiçək” xəstəliyidir. Hansı ki, 100 il əvvəl “çiçək” pandemiyası olub. Hazırda ölkəmizdə qeydə alınmayıb. Heç şübhəli xəstəmiz də olmayıb”, - deyə Azər Əhmədov bildirib.

Qeyd edək ki, bu virusun əsas hədəfi uşaqlar olduğu üçün məktəb və bağçalarda hansısa tədbirlərin görülməsi nəzərdə tutula bilərmi?

Suala cavab tapmaq üçün Təhsil Nazirliyi ilə əlaqə saxladıq. Qurumdan BAKU.WS-ə bildirildi ki, hazırda məsələ nazirlikdə gündəmdə deyil. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Tiktokerlər nə qədər vergi ödəməlidir?

Azərbaycanda yüzlərlə müəllimin iş yeri dəyişəcək

3 ayda ölkəmizdə 13 min tondan çox pendir və kəsmik istehsal olunub

Aqrar Sığorta Fondunun ödənişlərinin artması fermerlərin fəaliyyətinə necə təsir edəcək?

Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması qaydaları dəyişdi

Azərbaycanın ikinci böyük elektrik stansiyası təmir edilir

1274 nəfər rezidenturaya imtahan verəcək

Nazir idarə rəisini işdən çıxardı

Nazir idarə rəisini işdən çıxardı

Bəzi şəxslər universiteti bitirdikdən sonra niyə işsiz qalır?

İlin sonuna kimi bütün işğaldan azad edilmiş rayonlara qayıdış başlayacaq

Hicran Əyyubova direktor təyin edildi

Ləğv prosesində olan 2 bankın əmlakları hərraca çıxarılır

Şuşada müntəzəm şəhərdaxili sərnişindaşımaya icazə verilməsi qaydası müəyyənləşib

"Naxçıvan Bank"ın gəlirləri 4 milyon manatdan çox azalıb

Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı təsdiqləndi

“Azərikard” rəhbərinin türkiyəli müavini işdən ayrılıb

“Azərikard” rəhbərinin türkiyəli müavini işdən ayrılıb

Ölkə ərazisində nə qədər kiçik sahibkarlıq subyekti var? – Bakıda 7 minə yaxındır

Azərbaycanda bir neçə müntəzəm marşrut xətti müsabiqəyə çıxarılır

Bitcoin 48 saatda 10 min manat ucuzlaşıb - Kriptovalyutaların qiymətləri

Daha iki rəis müavini işdən çıxarıldı

“PAŞA Bank”da yeni baş direktor təyin edilib

“PAŞA Bank”da yeni baş direktor təyin edilib

Azərbaycanın profilaktik peyvəndlər təqviminə yeni peyvənd əlavə olunub

Avro və lirə bahalaşdı - Məzənnə

Əmlakına çıxarış ala bilməyənlər üçün yeniliklər gözlənilir - Video

Azərbaycan manatının dövretmə sürəti artıb

Küləkli hava nə vaxtadək davam edəcək?

Bakının bu rayonunda qaz olmayacaq

Bakının bu rayonunda qaz olmayacaq

Azərbaycan nefti 3 %-ə yaxın ucuzlaşıb

"iPhone"larda problem üzə çıxdı - Həyəcan siqnalı işləmir

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin