BAKU Azərbaycan
20.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8455
  • 1 Rusiya rublu
    0.0187
  • 1 Türkiyə lirəsi
    0.0527
  • 1 İngiltərə funt sterlinqi
    2.1513
17143

Binəqədi rayonunda yerləşən 10 saylı poliklinikanın COVİD məntəqəsində işləmiş məsul həkim Aygün Əliyeva bu ilin mart, aprel və may ayları üzrə ona nəzərdə tutulmuş əməkhaqqının 3 misli məbləğində vəsaitin ödənilmədiyini bildirir. 

Valyuta.az xəbər verir ki, bu barədə “Qafqazinfo.az-a müraciət edən A. Əliyeva qeyd edib ki, ötən ilin iyunundan COVİD məntəqəsində işə cəlb olunub: 

“Bu ilin may ayına kimi məntəqədə fasiləsiz bayram günləri də daxil olmaqla işləmişəm. Bilirik ki, COVİD-lə mübarizə aparan tibb işçilərinə 3 qat mislində maaş verilir. Amma mart, aprel, may ayları üzrə bu məbləğ mənə ödənmədi.

Mən də prosesə etiraz olaraq Bakı şəhər Baş Səhiyyə İdarəsinə və İcbari Tibbi Sığorta Agentliyinə müraciət etdim. Agentlik bu günə kimi də şikayətimi araşdırıb mənə cavab verməyib. 3 ay üçün 900 manata yaxın pul ödənilməlidir. Məbləğ ödənilmədiyinə görə məntəqədəki işimdən ayrıldım. Hazırda poliklinikanın müalicə işləri müavini kimi fəaliyyətimi davam etdirirəm”.

Məsələ ilə bağlı İcbari Tibbi Sığorta Agentliyindən Qafqazinfo.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Azərbaycan Prezidentinin müvafiq sərəncamına və Nazirlər Kabinetinin müvafiq qərar və sərəncamlarına uyğun olaraq, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrinin yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb və qeyri-tibb işçilərinə iş vaxtına/saatına mütənasib olaraq aylıq vəzifə (tarif) maaşının 3-5 misli məbləğində müddətli əlavələr ödənilir: 

"Belə ki, Binəqədi rayonu 10 nömrəli poliklinikanın tibb işçisi Aygün Əliyeva İlqar qızına iş vaxtına/saatına mütənasib olaraq aylıq vəzifə (tarif) maaşının 3 misli məbləğində müddətli əlavə ödənilir. Sözügedən şəxsə cari ilin mart ayı üzrə 244.64 manat, aprel ayı üzrə 205.50 manat, may ayı üzrə isə 205.50 manat müddətli əlavə ödənilib. Yekun məbləğdən işçi tərəfindən ödənilməli olan əməkhaqqına dair bütün tutulmalar hesablanır.

Əlavə olaraq qeyd edək ki, yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinə müddətli əlavələr tibb müəssisəsi tərəfindən Agentliyə təqdim edilmiş iş vaxtı tabellərinə, ilkin mühasibatlıq cədvəllərinə əsasən ödənilir".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Türkiyənin ilk yerli elektromobili gələn il Avropa bazarına çıxarılacaq

Tıxaclı yollar bu avtomobillərin sahiblərini böyük məbləğdə ziyana sala bilər (VİDEO)

Soyuq may ayında qiyməti ilə “isindirən” kafelər: Vəziyyət nə zaman düzələcək? - VİDEO

Bu yolda yarımdairə ləğv edilir (VİDEO)

Radiasiya səviyyəsinə görə ən təhlükəli 5 smartfon

Prezident: Bizim energetika sahəsində çox böyük planlarımız var

Bakıda 50 minə yaxın VI sinif şagirdi monitorinqdə iştirak etdi

“Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirildi (YENİLƏNİB)

Sərhəddə İlham Əliyevlə İbrahim Rəisi arasında görüş keçirildi (YENİLƏNİB)

Sabahın hava proqnozu

Təhsil eksperti: "Hər il 10 minə yaxın tələbə diplom ala bilmir"

Maaşlar nə qədər artırılacaq? - Noyabrın 1-dək...

Azərbaycanda bu məhsul yenidən bahalaşa bilər (SƏBƏB)

Azərbaycanda bu məhsul yenidən bahalaşa bilər (SƏBƏB)

İşǝmuzd əməkhaqqının hesablanması qaydası

10 manatdan 150 manatadək: Uşaq qidaları niyə bahadır? - AÇIQLAMA + VİDEO

Kasıbın maşını olmayacaq?

Bu məhsulun satışından qazandığımız gəlir 16 dəfə azalıb

LinkedIn platformasının tələbələr üçün hansı üstünlükləri var?

“Bütün enerjisini işə həsr edənlərdə infarkt riski daha yüksəkdir” – Terapevt

Saxta pullarla insanları aldatma halları artır (VİDEO)

Yağışlı hava kənd təsərrüfatı məhsullarına necə təsir edib?

Karxulu kəndində 940 fərdi ev inşa ediləcək

Siyasətlə başlayıb, data alimi oldu

Siyasətlə başlayıb, data alimi oldu

2040-cı ilədək Mincivanda 630 fərdi ev və yaşayış binaları tikiləcək

Yeni kənd və qəsəbələrin təməli qoyuludu, məscidin açılışı oldu (YENİLƏNİB)

Azərbaycanda problemli kreditləri azaldan səbəb

Hərbi Hava Qüvvələrinin yeni komandanı kimdir? - DOSYE

Şahdağa qar yağıb, Qax və Sabirabada dolu düşüb

Azərbaycanlı gənc biznesmen Rusiyada qəfil vəfat etdi (FOTO)

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin