BAKU Azərbaycan
8.03°C
  • USD
    1.7
  • EUR
    1.7666
  • RUB
    1.5962
  • TRY
    0.0481
  • GBP
    2.1302
62759

"Şəhər nəqliyyatı problemləri də göz önündədir: “Biz vaxtilə şəhər nəqliyyatını yüngülləşdirmək və tıxacları azaltmaq üçün bir çox böyük layihələr icra etdik. İndi bir çoxlarının yadından bəlkə də çıxıb, xüsusilə gənc nəsil bəlkə də bunu heç bilmir. Vaxtilə nə qədər problemlər var idi, hətta bax, buradan şəhərə getmək üçün, neçə dairə var idi. Mərdəkan dairəsi, Sabunçu dairəsi, Koroğlu dairəsi, ondan sonra Suraxanı dairəsi, hər dairədə tıxac, həmin o aeroport-şəhər yolu, cəmi dörd zolaq, əslində, üç zolaqdan ibarət idi. İkinci, yəni beton yolu adlandırdığımız yol, ümumiyyətlə, yox idi. Bunları sadalamaqla vaxt gedə bilər. Ona görə vaxtilə bir çox tunellər, yol qovşaqları inşa edildi”.

Valyuta.az xəbər verir ki, bunu Prezident İlham Əliyev yerli telekanallara müsahibəsində deyib.

İlham Əliyev, həmçinin qeyd edib ki, “Amma indi biz görürük ki, yenə də nəqliyyat vasitələrinin sayı artır, insanlar daha çox maşın alır, iqtisadi fəallıq artır. Yenə də şəhər tıxaclarda boğulmağa başlamışdır.

Ona görə mənim tərəfimdən, o cümlədən bu məsələ də tapşırıq kimi verildi və indi Baş plan faktiki olaraq hazırlanıb. Burada avtobus nəqliyyatını metro nəqliyyatı ilə uzlaşdırmaq məsələləri dayanır. Biz son vaxtlar bir neçə metro stansiyasını istifadəyə verdik. Amma bu, kifayət deyil və mənim göstərişimlə yeni 10 metro stansiyası inşa ediləcək. Onların yerləri də seçildi və bu ildən başlayaraq artıq investisiyalar da qoyulacaq. Bununla bərabər, yeni yol infrastruktur layihələrini Bakı şəhərində icra etmək üçün artıq ilk 7-8 layihə seçildi. Beynəlxalq mütəxəssislər cəlb edildi. Biz hansı yollara üstünlük verməliyik.

Bəzən yeni yol açılır, amma o, tıxacın azalmasına yox, artmasına gətirib çıxarır. Yəni, burada beynəlxalq təcrübə çox vacibdir və bu məsələ də mütləq öz həllini tapacaq”.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Bakıda növbəti yenilənmiş həyətlər istifadəyə verilib

Facebook eBay elanlarını göstərməyə başlayacaq

"Delta" "Uber" ilə ortaq oldu, "Lyft" ucuzlaşdı

Ukrayna-Rusiya qaz marşrutu dayansa, Avropa nə ilə üzləşəcək?

Dövlət müəssisəsində kütləvi ixtisar: 100-ə yaxın əməkdaş işdən çıxarıldı

İndoneziya "Apple"ın 1 milyard dollarlıq təklifini də rədd etdi

AQTİ yarım milyonluq xidməti avtomobil alacaq

İranın Çinə 25 milyon barellik neft təzyiqi - "Reuters"

Britaniya hökümətinin "Tesla"ya ayırdığı qrantlar - "The Guardian"

İşlənmiş "Rolex"lərin qiyməti 2021-ci ildən bəri ən aşağı səviyyəyə düşüb

Telejurnalist bankla məhkəmə çəkişməsindən danışdı: “Pulumu vermirlər”

Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevə zəng etdi

Qazaxıstan 3000-dən çox kripto birjasını blokladı

"Şuşa" restoranının sökülməsinə aydınlıq gətirildi - Rəsmi açıqlama

“Kristal” MTK-nın ödənməmiş vergi borcu

Süni intellektin əmək bazarına təsiri - "Dünya İqtisadi Forumu"nun hesabatı

Mərkəzi Bankın "İmic araşdırması" sorğusu təxirə salındı - Tender ləğv edildi

"Micron Technology" 7 milyard dollarlıq zavod tikir

İcra başçısının bacısı xəstəxananın vergi borcunu bağladı

Ağdamda Mərkəzi parkın tikintisinə 8,7 milyon manat xərclənəcək

UNDP-nin Azərbaycanda milyon dollarla ölçülən qanunsuz qrant əməliyyatları ifşa edilib - ARAŞDIRMA

UNDP-nin Azərbaycanda milyon dollarla ölçülən qanunsuz qrant əməliyyatları ifşa edilib - ARAŞDIRMA

Donald Trampın "Panama böhranı": Geri dönüşü olmayan fəth

Ramazan bayramında ardıcıl 4 gün iş olmayacaq

2025-ci ildə mənzil qiymətlərində artım - “Alıcılar il sonunu gözləməsin”

"Soliton" istehlakçı hüquqlarını pozur? - Şirkət buna görə inzibati məsuliyyətə cəlb edilib

NASA bu layihə üçün 8 milyard dollara yaxın pul xərcləyə bilər

Boşanmaq üçün məhkəməyə üz tutanların nəzərinə - YENİ QAYDALAR

Baş nazirdən digər dövlətdə yerləşən aviasiya personalı ilə bağlı QƏRAR

Dünyanın məşhur jurnalı “Forbes” Veysəloğlu Şirkətlər Qrupundan yazdı®

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin