BAKU Azərbaycan
13.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8303
  • 1 Rusiya rublu
    0.0186
  • 1 Türkiyə lirəsi
    0.0526
  • 1 İngiltərə funt sterlinqi
    2.1341
42523

Fevralın 18-də Münhendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə qarşı tərəfin müraciətinə əsasən Münxen Təhlükəsizlik Konfransının sədri Kriştof Xoysqenin görüşü olub.

Qaynarinfo xəbər verir ki, Kriştof Xoysqen Münhen Təhlükəsizlik Konfransına dəvəti qəbul etdiyinə və iştirakına görə dövlətimizin başçısına təşəkkürünü bildirdi, COP29-un Azərbaycana keçirilməsi münasibətilə təbriklərini çatdırdı.

Prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransına dəvətə görə təşəkkürünü və COP29 ilə əlaqədar təbriklərə görə minnətdarlığını ifadə etdi.

Kriştof Xoysqen qeyd etdi ki, Münhen Təhlükəsizlik Konfransı çərçivəsində təhlükəsizliyə münasibətdə əhatəli və müfəssəl bir yanaşma var, ona görə iqlim dəyişikliyi də təhlükəsizlik konsepsiyasının bir hissəsi hesab olunur. O, bu xüsusda, Münxen Təhlükəsizlik Konfransının Katibliyi olaraq Azərbaycanla COP29 çərçivəsində əməkdaşlığa və həmin sessiya zamanı ölkəmizdə birgə tədbirin keçirilməsinə hazır olduğunu vurğuladı.

Bu təklif dövlətimizin başçısı tərəfindən məmnunluqla qəbul edildi. Azərbaycanın COP Təşkilat Komitəsi tərəfindən Münxen Təhlükəsizlik Konfransının Katibliyi ilə bu istiqamətində birgə işin aparılacağı diqqətə çatdırıldı.

Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycan COP29-un mahiyyət üzrə nəticəyönümlü sessiya olması üçün bütün beynəlxalq tərəfdaşlarla birgə işləməyə hazırdır. Hazırda COP çərçivəsində üçlük mexanizmi yaradılıb ki, bu, Birləşmiş Ərəb Əmirliklərini, Azərbaycanı və Braziliyanı bir araya gətirir.

Görüşdə, həmçinin regional məsələlər müzakirə olundu. Dövlətimizin başçısı bu xüsusda Azərbaycanın sülh gündəliyini, Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılmasını, sülh müqaviləsinin imzalanmasını dəstəklədiyini dedi. Bu istiqamətdə Almaniya Kansleri Olaf Şotsun təşəbbüsü ilə təşkil olunan görüşün səmərəli və konstruktiv şəraitdə keçdiyini diqqətə çatdırdı.

***

Fevralın 18-də Münhendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə qarşı tərəfin müraciətinə əsasən Dünya Bankının baş idarəedici direktoru Aksel Trotsenburqun görüşü olub.

Aksel Trotsenburq Azərbaycanın COP29-a ev sahibliyi etməsi münasibətilə təbriklərini çatdırdı, bunun ölkəmizin yaşıl keçidə və iqlim dəyişikliyi ilə mübarizəyə verdiyi dəstəyin təzahürü olduğunu bildirdi. O, Dünya Bankının Azərbaycanla bu istiqamətdə əməkdaşlığa hazır olduğunu qeyd etdi.

Dövlətimizin başçısı təbriklərə görə minnətdarlığını bildirdi.

Söhbət zamanı Azərbaycan ilə Dünya Bankı arasında əməkdaşlıqdan məmnunluq ifadə olundu. Azərbaycanın xarici borcunun hazırda 7 faiz civarında olmasının çox müsbət göstərici olduğu və bütövlükdə iqtisadi göstəricilərin çox müsbət xarakter daşıdığı vurğulandı.

COP29-un iqlim maliyyələşdirilməsi mövzusuna həsr ediləcəyi nəzərə alınaraq, bu mühüm tədbir çərçivəsində də Dünya Bankı ilə Azərbaycan arasında əməkdaşlıq üçün yaxşı imkanların olduğu diqqətə çatdırıldı.

Prezident İlham Əliyev Azərbaycanda həyata keçirilən bərpaolunan enerji layihələri haqqında məlumat verdi. Bunların, ilk növbədə, milli və regional səviyyədə layihələr olduğunu dedi, bu xüsusda, Qara dənizin dibi ilə çəkiləcək elektrik kabeli layihəsi və Xəzər dənizində Azərbaycanın bərpaolunan enerji potensialının 157 qiqavatdan artıq olduğu, ölkəmizin yaxın müddətdə yaşıl enerji ixracatçısı olacağı qeyd edildi və bütün bunlar müsbət addım kimi qiymətləndirildi.

***

Fevralın 18-də Münxendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə qarşı tərəfin müraciətinə əsasən ATƏT-in Baş katibi, Münxen Təhlükəsizlik Konfransı Fondu Şurasının vitse-prezidenti xanım Helqa-Mariya Şmidin görüşü olub.

ATƏT-in Baş katibi prezident seçkilərində qələbəsi və COP29-un Azərbaycanda keçirilməsi münasibətilə dövlətimizin başçısına təbriklərini çatdırdı.

Prezident İlham Əliyev təbriklərə görə təşəkkürünü bildirdi.

Söhbət zamanı Azərbaycanla ATƏT arasında iqlim dəyişikliyi mövzusunda əməkdaşlıq, bu xüsusda birgə tədbirlərin keçirilməsi məsələlərinə toxunuldu. Həmçinin regional məsələlər barədə fikir mübadiləsi aparıldı.

Prezident İlham Əliyev Almaniya Kanslerinin təşəbbüsü ilə təşkil olunan görüşün konstruktiv və faydalı mühitdə keçdiyini qeyd etdi, artıq Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması, sərhədlərin delimitasiyası və sülh müqaviləsi üzrə danışıqların aparılması istiqamətində razılıqların əldə olunduğunu, bu xüsusda xarici işlər nazirləri səviyyəsində tezliklə görüşün keçiriləcəyinin razılaşdırıldığını diqqətə çatdırdı. Sülhün əldə edilməsinin və sülh müqaviləsinin imzalanmasının çox real olduğunu vurğulayan dövlətimizin başçısı regionda de-fakto sülhün mövcud olduğunu bildirdi. COP29-a sədrliyin Azərbaycana verilməsi prosesinin Ermənistanla Azərbaycan arasında qarşılıqlı anlaşma və kompromis şəraitində reallaşmasının özünün bütövlükdə müsbət bir addım olduğu, bu dinamikanın davam etdirilməsinin vacibliyi diqqətə çatdırıldı.

Azərbaycan Prezidenti ATƏT çərçivəsində keçmişin qalıqları olan bir sıra mexanizmlərin - bu xüsusda Minsk qrupu, Yüksək Səviyyəli Planlaşdırma Komitəsi və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi kimi tamamilə fəaliyyətsiz strukturların artıq ləğv edilməsinin vaxtının çoxdan yetişdiyini vurğuladı. Dövlətimizin başçısı hazırda ATƏT çərçivəsində büdcə problemlərinin olduğunu nəzərə alaraq, mövcud məhdud maliyyə resurslarını daha məqsədyönlü hədəflərə doğru yönəltməyin önəmini diqqətə çatdırdı.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Duma xüsusi hesablarda “xarici agent” müəlliflərinə ödənişləri dondurmağı planlaşdırır

“İstanbul Aptek”də əczaçılıq tələblərini pozan mallar satılıb?

Müdafiə tərəfi “yengəc kralı” Kanın hökmündən apellyasiya şikayəti verdi

Qaradağ Şüşə Zavodu gömrük qaydalarını pozub?

Aİ Rusiya təyyarələrinin uçuşlarına qarşı sanksiyaları sərtləşdirəcək - "Reuters"

“Kino” məhkəməyə verildi

Bu il ən çox satılan smartfonlar açıqlandı (SİYAHI)

Çin rekord sürətlə qızıl almağa davam edir

Dünyada neft bazarında ciddi qıtlıq yaşanır

Hindistan qlobal yarımkeçirici bazarına daxil oldu

İrsi korluğun müalicəsinin yeni üsulu tapıldı

İrsi korluğun müalicəsinin yeni üsulu tapıldı

Xəzinədarlıq Agentliyi 1 milyonluq proqram təminatı alır

"Apple" tarixində ilk: "iPhone 16 Plus" 7 rəngdə olacaq

"Azərbaycan Beynəlxalq Bankı" məhkəmə qarşısında

Yevgeni Priqojinin “Concord” şirkəti əmlakını satır

"Təbriz" MTK məhkəməyə verildi

Məhkəmənin qərarı ilə “Uniper”in Rusiyadakı aktivlərinə həbs qoyula bilər

Lənkəranın yollarını təmir etməyə şirkət tapılmadı

Novruz Məmmədov niyə istefa verib? (AÇIQLAMA)

“Ukrnafta” Rusiyanın “Tatneft” şirkətinin aktivlərini idarə etməyə başlamaq istəyir

Daha bir jurnalist vəzifəyə təyin olundu (FOTO)

Daha bir jurnalist vəzifəyə təyin olundu (FOTO)

Aİ Rusiya aktivlərindən yığılan gəlirin 90%-ni Kiyevə verməyə razılaşdı

Bu halda cərimə oluna bilərsiniz - Prezident təsdiqlədi

Britaniya sanksiyalardan yan keçib, 2,2 milyardlıq Rusiya nefti alıb

”Ege Hospital”da tibbi sertifikasiyadan keçməyən işçilər çalışır?

Kapital Bank-ın Laçın filialının açılışı baş tutdu ®

Bakıda fantastik qiymətə ev kirayə verilir (FOTO)

Azərbaycanda hərracda 20 nəqliyyat vasitəsi özəlləşdirilib

Azərbaycanda taksi sayına məhdudiyyət qoyula bilər

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin