BAKU Azərbaycan
13.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8246
  • 1 Rusiya rublu
    0.0185
  • 1 Türkiyə lirəsi
    0.0525
  • 1 İngiltərə funt sterlinqi
    2.1333
42087

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında 2024-cü il fevralın 7-də keçirilmiş növbədənkənar prezidentinin seçkilərinə yekun vurulması və MSK-nın seçkilərin nəticələrinə dair protokolunun müvafiq sənədlərlə birlikdə Konstitusiya Məhkəməsinə təqdim edilməsi məsələsi müzakirə olunub.

Valyuta.az-ın xəbərinə görə, iclasda MSK sədrinin müavini Rövzət Qasımov bildirib ki, seçkilərə start verildikdən sonra qeydə alınmış 7 prezidentliyə namizədin öz platformalarını sərbəst surətdə seçicilərə çatdırmaları üçün qanunvericiliyə uyğun bütün imkanlar və istisnasız bərabər şərait yaradılıb, seçkiqabağı təşviqat subyektləri imkanlardan heç bir maneə olmadan sərbəst şəkildə istifadə ediblər. Seçkiqabağı mühit azad və müasir tələblərə cavab verən səviyyədə olub. MSK bir neçə məntəqədə prezident seçkilərinin nəticələrini etibarsız sayıb, məntəqə seçki komissiyaları buraxılıb.

Səsvermənin qanunvericiliyə uyğun keçirilməsi üçün bütün zəruri tədbirlər görülüb və seçicilər yüksək fəallıq nümayiş etdiriblər. Respublikanın bütün coğrafiyasını əhatə edən 1 000 seçki məntəqəsində quraşdırılmış veb-kameralar vasitəsilə səsvermə günü seçkiləri “online” izləmə imkanları təmin olunub. O, seçkilərin qanunvericiliyə uyğun keçirilməsində üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirdiklərinə görə Milli Məclisə, Nazirlər Kabinetinə, bir sıra nazirlik və komitələrə, kütləvi informasiya vasitələrinə təşəkkür edib.

MSK sədri Məzahir Pənahov Seçki Məcəlləsinin 203.1 maddəsinin tələbini xatırladaraq qeyd edib ki, MSK səsvermə günündən başlayaraq 10 gündən gec olmayaraq seçkilərə yekun vurmalı və nəticələri təsdiq olunmaq üçün Konstitusiya Məhkəməsinə göndərməlidir.

Sonra o, MSK-nın üzvlərini fevralın 7-də keçirilmiş növbədənkənar prezidenti seçkilərinin nəticələri barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası protokolunun təsdiq edilməsi və seçkilərin nəticələrinin təsdiq olunması üçün Konstitusiya Məhkəməsinə təqdim edilməsi haqqında qərar layihəsinin mətni ilə tanış edib. Komissiyanın sədri üzvlərdən həmin layihəyə münasibət bildirməyi xahiş edib. Mərkəzi Seçki Komissiyasının üzvləri qərarın lehinə səs verib və Protokolu imzalayıblar. Mərkəzi Seçki Komissiyası qərara alıb ki, prezident seçkilərinin nəticələri barədə Mərkəzi Seçki Komissiyasının Protokolu təsdiq edilərək seçkilərə yekun vurulsun. Həmçinin MSK Protokolunun müvafiq sənədlərlə birlikdə seçkilərin nəticələrinin təsdiq olunması üçün Konstitusiya Məhkəməsinə təqdim edilməsi barədə qərar çıxarılıb. Mərkəzi Seçki Komissiyasının Protokolunun dərci barədə də qərar qəbul edilib.

Komissiyanın müəyyən etdiyi nəticələrə görə, İlham Heydər oğlu Əliyev seçkilərdə iştirak etmiş seçicilərin 92,12 faizinin (4 567 458 səs) səsini qazanaraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçilib. Növbədənkənar prezident seçkilərində seçici fəallığı 76, 43 faiz olub

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Rusiyanın BVF-dən çıxması nə ilə nəticələnə bilər? - Aleksey Mojin açıqladı

Ötən ay Bakının əmlak bazarında qiymətlər artıb

Belçika sərvət vergisinin tətbiqini təklif edir

Rusiyalıların 2024-də daha çox kabab yediyi məlum oldu – Tədqiqat

"Master Milk" məhkəmə qarşısında

Qlobal mərkəzi banklar qızıl ehtiyatlarını kəskin şəkildə artırdı

"Deluxe Residence"dən maddi ziyan tələbi

İtaliya aktivlərini itirdiyinə görə Aİ qarşısında çətin məsələ qaldırdı

Yaşam Klinikası lisenziyadan kənar fəaliyyət göstərib?

Rusiyada aprelin sonunda inflyasiya marmeladın köməyi ilə təxmin edildi

Keçmiş işçi əməkhaqqını ala bilmir - Məhkəmə

G7 ölkələri Rusiyanın aktivlərinin ələ keçirilməsi ideyasını rədd edir?

Gömrük Komitəsindən şirkətə 1500 manatlıq protokol

Məhkəmə Commerzbank-ın Rusiyadakı törəmə bankının səhmlərinə həbs qoydu

İcra hakimiyyətinin üç tenderi ləğv edildi

"Apple" zəif satışlar səbəbindən rekord sayda səhm geri alacaq

Bir milyon vergi borcu yazıldı, məhkəməyə müraciət etdi

BVF-nin Rusiya üzrə direktoru: BRİKS dollara alternativ təklif edə bilər

Tibb işçilərinə gecə yerinə yetirilən işə görə verilən əlavə haqqın miqdarı dəyişib

Qeyri-sabit hava nə vaxtadək davam edəcək?

Naxçıvan Dövlət Universiteti publik hüquqi şəxs olacaq

Ataların da uşaqlara görə güzəştli şərtlərlə əmək pensiyası almaq hüququ olacaq

Nazirliyin idarəsi məhkəmə qarşısında

“Qaçqınkom”un 685 minlik drenaj təmiri

İlham Əliyevdən ortamüddətli xərclərlə bağlı FƏRMAN

Azərbaycanda işçilərin maaşlarını mənimsəyən vəzifəli şəxslər məsuliyyətə cəlb olundular - VİDEO

66 dərman vasitəsinin qiymətinin yuxarı həddi təsdiq edilib

Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulma xidmətləri müəyyənləşdirildi

Bakıdakı hotellərin qiymətinin qalxması nə ilə əlaqəlidir? – Ekspert

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin