BAKU Azərbaycan
21.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8246
  • 1 Rusiya rublu
    0.0185
  • 1 Türkiyə lirəsi
    0.0525
  • 1 İngiltərə funt sterlinqi
    2.1333
44186

Dövlət büdcəsinə 5 milyon manata yaxın vergi borcunu ödəməkdan yayınan keçmiş məmura hökm oxunub. 

Qaynarinfo-nun məlumatına görə, "Nurəddinoğlu" MMC, "Tikinti Təmir RR" MMC və digər 5 şirkətin qanuni təmsilçisi olan Əmrahov Hüseyin Nurəddin oğlu şəxsiyyəti istintaqa məlum olmayan digər şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, xüsusilə külli miqdar təşkil edən 4.148.179,53 manat məbləğində vergi, işsizlikdən sığorta və məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınaraq, Cinayət Məcəlləsinin 213.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törədib. 

Hüseyn Əmrahov sözügedən şirkətləri adına açaraq 2016-2021-ci illər ərzində bir sıra şəhər və rayon icra hakimiyyətlərinin keçirdiyi tenderlərdə qalib gəlib, nəticədə onun vergi borcu yaranıb. 1977-ci ildə Xaçmaz rayonunda anadan olmuş Hüseyn Əmrahov 1994-cü ildən 1998-ci ilə qədər Xaçmaz şəhər uşaq yaradıcılıq mərkəzində bədii rəhbər, 1998-ci ildən 2011-ci ilə kimi Xaçmaz rayon hərbi komissarlığında qeydiyyat və təxsisləşmə üzrə müfəttiş, 2-ci bölmənin əməliyyat müvəkkili və 4-cü bölmənin rəis köməkçisi vəzifələrində işləyib. 

2013-cü ildən 2016-cı ilə kimi müxtəlif xarakterli ticarət işləri ilə məşğul olub, təxminən 2016-cı ilin sonu və 2017-ci ilin əvvəlində sözügedən MMC-ləri adına təsis edib. Çalışdığı müddət ərzində vəzifəli şəxslərlə münasibət quraraq, öz şirkətlərinin tenderlərdə və digər aldı-satqı məsələlərdə iştirakına imkan yaradılıb. Bank əməliyyatlarını əsasən özü həyata keçirib. Bu səbəbdən də hesablanmış vergilərlə razılaşdığını, törətdiyi əmələ görə peşman olduğunu deyib. 

Məhkəmənin qərar ilə Hüseyn Əmrahov Cinayət Məcəlləsinin 213.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib və 6 il 11 ay 29 gün azadlıqdan məhrumetmə cəzası məhkum olunub. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

KİV: G7 Kiyevə 50 milyard dollarlıq yardım paketi ayırmağı düşünür

Putinin 40 milyardlıq meqalayihəsi

Prezident Azərbaycanla Türkiyə arasında ikiqat vergitutmanı aradan qaldıran Sazişi təsdiqlədi

Xankəndi Şəhər Prokurorluğu yaradıldı

Xankəndi Şəhər Prokurorluğu yaradıldı

Everestə qalxanların sayı azaldılacaq

Honkonq birjasının əsas indeksi son 8 ayın maksimumuna çatıb

Sabahın hava proqnozu

MN-də 143 milyonluq mənimsəmə ilə bağlı məhkəmədə şahidlərin dindirilməsi davam edir

Azərbaycanda yeni təhsil proqramlarının açılması qaydaları təsdiqlənib

“Google”dan rəsmi proqramlarla bağlı yenilik

ABŞ dolları dəyərsizləşəcək - İlon Musk

ABŞ dolları dəyərsizləşəcək - İlon Musk

Azərbaycan nefti ucuzlaşıb

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

Dünya bazarlarında neftin qiyməti 83 dollardan aşağı düşüb

Bölgələr köhnə avtobuslardan nə vaxt qurtulacaq? - Video

Bakıda tıxacları azaldacaq yeni yol - Video

Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi əvvəlki vəziyyətinə qaytarılıb

Rusiyanın BVF-dən çıxması nə ilə nəticələnə bilər? - Aleksey Mojin açıqladı

Ötən ay Bakının əmlak bazarında qiymətlər artıb

Belçika sərvət vergisinin tətbiqini təklif edir

Rusiyalıların 2024-də daha çox kabab yediyi məlum oldu – Tədqiqat

"Master Milk" məhkəmə qarşısında

Qlobal mərkəzi banklar qızıl ehtiyatlarını kəskin şəkildə artırdı

"Deluxe Residence"dən maddi ziyan tələbi

İtaliya aktivlərini itirdiyinə görə Aİ qarşısında çətin məsələ qaldırdı

Yaşam Klinikası lisenziyadan kənar fəaliyyət göstərib?

Rusiyada aprelin sonunda inflyasiya marmeladın köməyi ilə təxmin edildi

Keçmiş işçi əməkhaqqını ala bilmir - Məhkəmə

G7 ölkələri Rusiyanın aktivlərinin ələ keçirilməsi ideyasını rədd edir?

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin