BAKU Azərbaycan
20.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8246
  • 1 Rusiya rublu
    0.0185
  • 1 Türkiyə lirəsi
    0.0525
  • 1 İngiltərə funt sterlinqi
    2.1333
26693

Dövlət Gömrük Komitəsinin (DGK) keçmiş sədri Səfər Mehdiyevin işdən çıxarılmasından 6 aydan artıq vaxt ötür. Səfər Mehdiyev ötən ilin iyulunda vəzifəsindən azad edilib. Həmin vaxtdan bu yana quruma sədr təyinatı baş verməyib. Sədr təyinatının yubanması qurumda gözlənilən struktur dəyişiklikləri ilə bağlıdır. 

Valyuta.az-ın əldə etdiyi məlumatlara görə, yaxın vaxtlarda DGK-da ciddi struktur dəyişikləri gözlənilir. Bildirilir ki, qurumun bir neçə idarəsi ləğv ediləcək və yaxud birləşdiriləcək. Bu sırada xüsusilə, qurumun iki ixtisaslaşdırılmış idarəsinin adı çəkilir. Bildirilir ki, Aksizli Mallar üzrə Baş Gömrük İdarəsi və Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsi Bakı Baş Gömrük İdarəsinin tabeliyinə veriləcək. Yəni, bu idarələr artıq baş idarə kimi deyil, Bakı Baş Gömrük İdarəsinin alt qurumu kimi fəaliyyət göstərəcək.

Aksiz Mallar üzrə Baş Gömrük İdarəsinin rəisi Vəzir Həsənov, Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi isə Həsən Eyyubovdur. 

Bir müddət əvvəl Vəzir Həsənovun işdən çıxarıldığı barədə məlumat yayılmışdı. Lakin sonradan xəbər təkzib edildi. 

Gözlənilir ki, Vəzir Həsənovla Həsən Eyyubovun rəhbərlik etdiyi idarələr Bakı Baş Gömrük İdarəsinə birləşdirildikdən sonra hər iki gömrükçüyə “əlvida” deyiləcək. 

Bu arada gələn məlumatlar sırasında o da bildirilir ki, DGK-nın Dövlət Vergi Xidmətinə birləşdirilməsi məqsədəuyğun hesab edilməyib. Bu barədə islahatlar kampaniyası dövründə çox danışılıb. O zaman DGK-nın ayrıca qurum kimi fəaliyyət göstərməsi əlavə xərc kimi dəyərləndirilərək, onun Vergilər Nazirliyinə (həmin vaxt İqtisadiyyat Nazirliyinə birləşdirilməmişdi) birləşdirilməsi təklif olunurdu. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Bəzi rayonlarda yollarda görünüş məsafəsi məhdudlaşacaq

Yeni inşa olunan yol Bakıda tıxacı aradan qaldıracaqmı? (VİDEO)

Minlərlə zəhərli kitab müsadirə edilib

Bakıda yağış yağacaq, şimşək çaxacaq, külək əsəcək

Qırmızı diplomun hansı üstünlüyü var? (VİDEO)

"Apple" indiki modeldən daha ucuz olacaq büdcəli "iPad 11" hazırlayır

Bakıda bu körpü sökülür? (AÇIQLAMA/VİDEO)

“Bakı marafonu 2024” start götürdü

Böyük heyvandarlıq təsərrüfatlarının yaratdığı problem - Ekspert çıxış yolu təklif etdi

Böyük heyvandarlıq təsərrüfatlarının yaratdığı problem - Ekspert çıxış yolu təklif etdi

"Microsoft" bu ölkəyə 1,7 milyard dollar sərmayə qoyur

Azərbaycanda ən çox hansı əməliyyatlara ehtiyac var?

Arıqlama preparatları istehsal edən Danimarka şirkətinin gəliri ciddi şəkildə artıb

“Microsoft” şirkətində fərqli idarəetmə: Bill Qeyts şirkətdə heç bir vəzifə tutmur

Quş əti qıtlığı olmayacaq

Peşə seçən zaman nələrə diqqət etmək lazımdır?

"Green card" nəticələri açıqlandı

Əmlak bazarında “tilov effekti”

Cənubi Koreyada sürət qatarı ilə doğum səviyyəsi arasında maraqlı əlaqə tapıblar

Türkiyənin İsraillə bütün iqtisadi əlaqələri dondurmasının hansı təsirləri olacaq?

"İnnovator" vizası ilə Londona işləməyə gedən ilk azərbaycanlı xanım: "Rəqabət güclüdür"

Yeni planet kəşf olundu

Dünyanın mərkəzi bankları ümumi qızıl ehtiyatlarını nə qədər artırıblar?

Xaricə meyvə şirəsini neçəyə satırıq? – Qiyməti bahalaşıb

2023-cü ildə dünyada neçə turist qeydə alınıb? - AÇIQLAMA

KİV: G7 Kiyevə 50 milyard dollarlıq yardım paketi ayırmağı düşünür

Putinin 40 milyardlıq meqalayihəsi

Prezident Azərbaycanla Türkiyə arasında ikiqat vergitutmanı aradan qaldıran Sazişi təsdiqlədi

Xankəndi Şəhər Prokurorluğu yaradıldı

Xankəndi Şəhər Prokurorluğu yaradıldı

Everestə qalxanların sayı azaldılacaq

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin