BAKU Azərbaycan
14.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8114
  • 1 Rusiya rublu
    0.0183
  • 1 Türkiyə lirəsi
    0.0524
  • 1 İngiltərə funt sterlinqi
    2.1209
23558

"Baku İnternational Tobacco” MMC barəsində inzibati iş başlanıb. 

Qaynarinfo xəbər verir ki, şirkət İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə ittiham olunur. Həmin maddədə Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslərin min, hüquqi şəxslərin isə min beş yüz manat məbləğində cərimə edilməsi nəzərdə tutulur. 

İşə Yasamal Rayon Məhkəməsində hakim Hüseyn Səfərovin sədrliyi ilə baxılacaq. 

"Baku İnternational Tobacco” MMC 12 iyun 2017-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 15 187 120 AZN olan şirkətin qanuni təmsilçisi Qasımov Tural İsmayıl oğludur.

Mediada gedən məlumatlara görə, "Baku İnternational Tobacco” MMC fövqəladə hallar naziri Kəmaləddin Heydərovun biznes imperiyasının subyektlərindən biridir. Şirkətin icraçı direktoru Emil Sultanovdur. 

Emil Sultanov Kəmaləddin Heyədorva məxsus olduğu bildirilən "STR İmport and Distributon”, "Delfin-Tikinti”, "MNK”, "Az Sole Co Ltd”, "Az Refrigerator Ko Ltd”, "Dəniz Co. Ltd”, "Azcapital Services”, "Real Estate Management”, "İlandağ İnvestment Group”, "İlandağ Services”,  "Kaspia Real Estate Group”, "Kaspia Real Estate Services”, "Hereti Real Estate”, "Bio Box” (əvvəlki adı "General Management Consulting”), "Gilan Vegetables”, "Gilan Aqro”, "Gilan Plastik”,  "Gilan İnşaat” və "Gilan Zeytun” şirkətlərinin də icraçı dirtektorudur. 

Bu məlumatlar indiyə qədər təkzib olunmayıb. 

"Baku İnternational Tobacco” MMC 2019-cu ildə İnzibati Xətalar Məcəlləsinin (İXM) 430.4-cü (Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə) maddəsi ilə ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 272050 manat məbləğində cərimə olunub. Şirkət qərardan apellyasiya şikayəti verib. Lakin məhkəmənin nəticəsi barədə açıq mənbələrdə məlumat yoxdur. 

"Baku İnternational Tobacco” MMC Azərbaycanda siqaret istehsalını həyata keçirən şirkətdir.
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"iPhone"larda problem üzə çıxdı - Həyəcan siqnalı işləmir

Kontakt Home məhkəməyə verilib

Mərkəzi Bankın valyuta ehtiyatları 27 % artıb

ABŞ fevral ayında LNG ixracını kəskin artırıb

"GREENLİFE-BAKU" cərimələndi

Rusiyada kürünün məcburi etiketlənməsinə başlanıldı

Qalmaqallı şirkət 25 min manat cərimələnə bilər

Çin karbon emissiyalarını azaltmaq vədinə əməl etməkdə çətinlik çəkəcək

2 şirkət barədə protokol tərtib edilib

Argentina Konqresi iqtisadiyyata nəzarətin prezident Mileyə verilməsini təsdiqlədi

“ATEK Uniform” məhkəmə qarşısında

"Amazfit" smart üzüyü mayın ortalarında təqdim ediləcək

İnvestorlar ardıcıl üç həftədir qaz fyuçersləri alır

Gömrük komitəsi “Xaliq Faiqoğlu”nu nədə ittiham edir?

ABŞ Rusiya uranının idxalını qadağan edən qanun layihəsini təsdiqlədi

Zəngilanın Cahangirbəyli kəndində 30 milyonluq layihə

"Bank Of Baku" məhkəmə qarşısında

Şərab istehlakı 28 ilin ən aşağı səviyyəsinə düşdü - Ən çox hansı ölkədə içilib?

“Sea Breeze”də daşınmaz əmlaka yatırım - investorlar nələrə diqqət etməlidirlər?

İqlim dəyişikliyinin səbəbləri və yaratdığı fəsadlar

Mərkəzi Bank pul siyasətini yumşaldır – Hansı işlər görüləcək?

Respublika Sanitariya-Karantin Mərkəzindəki əməliyyatda vəzifəli şəxslər cinayət başında yaxalanıblar (VİDEO)

Respublika Sanitariya-Karantin Mərkəzindəki əməliyyatda vəzifəli şəxslər cinayət başında yaxalanıblar (VİDEO)

Bir ilin şirkəti “tender kralı”na çevrilir

“Poz-Qazan” oyunlarında apreldə 12 böyük uduş qazanılıb ®

"Bank VTB Azərbaycan"ın depozitlərinin həcmi 25 milyon manatdan çox azalıb

Universitetdə təhsil ala bilməyənlərin asan iş tapdığı sektorlar

Altı mikrosahibkara “Startap” şəhadətnaməsi verilib

İpotekaya xitam verilən hallar genişləndi

Azərbaycana giriş üçün viza rejimi asanlaşdırılır - SƏBƏB

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin