BAKU Azərbaycan
15.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8246
  • 1 Rusiya rublu
    0.0185
  • 1 Türkiyə lirəsi
    0.0525
  • 1 İngiltərə funt sterlinqi
    2.1333
9958

“İşğaldan azad edilmiş ərazilərdə yeni yol-nəqliyyat infrastrukturunun yaradılması prosesi uğurla davam edir. Həm yolların, həm Füzulidə hava limanının tikintisi sürətlə aparılır və cənab Prezident qeyd etdiyi kimi bütün bu işlər mümkün qədər tez zamanda başa çatdırılacaq”.

Valyuta.az Trend.az-a istinadən xəbər verir ki, bunu Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

Deputat bildirib ki, bu işlər başa çatdırıldıqdan sonra regionda yeni bir mərhələ başlayacaq, ölkəmizin nəqliyyat-logistika və tranzit imkanları xeyli artacaq:

“Əlbəttə bütün bu işlər Azərbaycanı yeni nəqliyyat qovşağına çevirir. Bildiyiniz kimi, 10 noyabr sazişinin əsas məqamlarından biri də regionda kommunikasiyaların açılmasıdır. 44 günlük Vətən müharibəsində qələbə nəticəsində işğaldan azad edilmiş ərazilərin ölkənin ümumi iqtisadiyyatına reinteqrasiyası, yeni beynəlxalq və regional nəqliyyat-logistika dəhlizlərinin imkanlarından faydalanmaq imkanı yaradacaq.

Bunlardan ən önəmlisi olan Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın digər hissəsi arasında nəqliyyat kommunikasiyalarının bərpa edilməsi regionda yeni mərhələnin başlanmasına zəmin yaradır”.

Deputat vurğulayıb ki, Naxçıvanla kommunikasiyanın bərpa edilməsi Azərbaycana hən iqtisadi, həm də siyasi baxımdan böyük dividentlər gətirəcək: 

“Əvvəla Naxçıvanla Azərbaycanın əsas hissəsi arasında dəhlizin yaradıması qardaş Türkiyədən Orta Asiyaya uzanan quruyolun təmin edilməsinə imkan verəcək. Həmçinin bu yol Türkiyə ilə Rusiya arasında yeni kommunikasiyanı təmin edəcək.

Bu amil eyni zamanda Azərbaycan-Türkiyə iqtisadi əlaqələrinin artmasına, yük daşınmalarının daha asan və rahat şəkildə həyata keçirilməsinə səbəb olacaq. Azərbaycanın tranzit ölkəsi kimi əhəmiyyətinin artması ilk növbədə ölkəmizə böyük gəlirlər gətirəcək, yeni iş yerlərinin açlımasına səbəb olacaq, ümumilikdə iqtisadi inkişafımıza mühüm töhfə verəcək”.

Deputat qeyd edib ki, eyni zamanda, işğaldan azad edilmiş ərazilərdə yeni hava limanlarının inşası ölkəmizin hava nəqliyyatı baxımından da tranzit ölkə kimi əhəmiyyətini artıracaq: 

“Eyni zamanda yeni hava limanları ölkəmizə sərnişin və turist axınını artıracaq, həmçinin ölkə daxilində sərnişinlərin hərəkətini asanlaşdıracaq. Eyni zamanda yeni hava limanları Azərbaycanın ixrac potensialını xeyli artırmış olacaq. Belə ki, həm işğaldan azad edilmiş ərazilərimizdə, həm də yaxın regionlarda istehsal olunan məhsulların xaricə ixracı üçün yeni hava limanlarnın rolu böyük olacaq.

Qafqaz-Asiya-Avropa regionlarında siyasi-iqtisadi, mədəni-humanitar mənzərənin dəyişməsinə ciddi şəkildə təsir göstərəcək. Eyni zamanda, zəngin iqtisadi resursları, təbiəti, turizm potensialı, transnəqliyyat və logistika imkanları, iqlim xüsusiyyətləri ilə Azərbaycan beynəlxalq investisiya və cəlbedici turizm zonasına çevrilmək imkanlarına malik olacaq.

Bundan əlavə yeni nəqliyyat infrastrukturu Azərbaycanın etibarlı siyasi güc mərkəzi kimi regional nəqliyyat-logisitika qovşağında aparıcı rol oyanamaqla mövqelərini daha da gücləndirəcək, iqtisadi və sərmayə resurslarının şaxələndirilməsini təmin edəcək”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Azərbaycan hotellərindəki yerlərin 82%-i boş qalıb

Yüksək mahnı səsinə görə sahibkarı hansı CƏZA gözləyir?

Deputat: "Qadınların daha tez pensiyaya çıxmasını məqsədəuyğun hesab edirik"

Dünyanın ən zəngin aktyorları – SİYAHI

Azərbaycanda xaricilərin bank kartları ilə xərcləmələri azalıb?

Avropalılar saatda nə qədər qazanırlar? – ARAŞDIRMA

Məşhur avtomobil istehsalçısı öz avtomobillərinin adını dəyişəcək

"Rolls-Royce" daha bahalı avtomobillər istehsal edəcək

Dünyanı təyyarə ilə ilk dövrə vuran pilot öldü

Günəşdə daha bir güclü partlayış qeydə alınıb

Telefondan çox istifadə bu xəstəliklərə səbəb olur

Bəzi rayonlarda yollarda görünüş məsafəsi məhdudlaşacaq

Yeni inşa olunan yol Bakıda tıxacı aradan qaldıracaqmı? (VİDEO)

Minlərlə zəhərli kitab müsadirə edilib

Bakıda yağış yağacaq, şimşək çaxacaq, külək əsəcək

Qırmızı diplomun hansı üstünlüyü var? (VİDEO)

"Apple" indiki modeldən daha ucuz olacaq büdcəli "iPad 11" hazırlayır

Bakıda bu körpü sökülür? (AÇIQLAMA/VİDEO)

“Bakı marafonu 2024” start götürdü

Böyük heyvandarlıq təsərrüfatlarının yaratdığı problem - Ekspert çıxış yolu təklif etdi

Böyük heyvandarlıq təsərrüfatlarının yaratdığı problem - Ekspert çıxış yolu təklif etdi

"Microsoft" bu ölkəyə 1,7 milyard dollar sərmayə qoyur

Azərbaycanda ən çox hansı əməliyyatlara ehtiyac var?

Arıqlama preparatları istehsal edən Danimarka şirkətinin gəliri ciddi şəkildə artıb

“Microsoft” şirkətində fərqli idarəetmə: Bill Qeyts şirkətdə heç bir vəzifə tutmur

Quş əti qıtlığı olmayacaq

Peşə seçən zaman nələrə diqqət etmək lazımdır?

"Green card" nəticələri açıqlandı

Əmlak bazarında “tilov effekti”

Cənubi Koreyada sürət qatarı ilə doğum səviyyəsi arasında maraqlı əlaqə tapıblar

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin