BAKU Azərbaycan
18.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8246
  • 1 Rusiya rublu
    0.0185
  • 1 Türkiyə lirəsi
    0.0525
  • 1 İngiltərə funt sterlinqi
    2.1333
9686

Amerika hakimiyyəti pandemiya ilə mübarizəyə külli miqdarda pul xərclədi, ancaq büdcədəki vəsait bu işə bəs etmədiyindən bazardakı vasitələri də cəlb etmək lazım gəldi. Nəticədə ölkənin dövlət borcu 28 trilyon dollara çatdı ki, bu da ABŞ-ın Ümumi Daxili Məhsulundan (ÜDM) çoxdur. Bütün bunların nə ilə nəticələnəcəyi barədə – RİA Novosti-nin məqaləsində.

Borc bataqlığı

Amerika Birləşmiş Ştatları 2008-ci il böhranından üzü bu yana getdikcə daha çox borca düşür. Obamanın dövründə borc öhdəlikləri 9 trilyon, Trampın hakimiyyət müddətində isə daha 7 trilyon dollar artdı. 2018-ci ildə bu ölkənin dövlət borcu ÜDM-in 78 faizini təşkil edirdi ki, bu da Dünya Bankının “təhlükəli səviyyə” adlandırdığı həddir.

Proqnozlara əsasən, on il ərzində milli borc ABŞ iqtisadiyyatının həcmini keçməli idi. Ancaq pandemiya və milli iqtisadiyyatı dəstəkləmək üçün çəkilən böyük xərclər ucbatından bu proses daha tez baş verdi. Müstəqil hesablamalara görə, hakimiyyət təkcə keçən il iqtisadiyyata təxminən 9 trilyon dollar borc “qazandırıb”. Bu da nəticəsi: dövlət borcu 28 trilyon dollara və ya ÜDM-in 101% -ə çatıb. Belə vəziyyət yalnız İkinci Dünya müharibəsindən dərhal sonra, 1946-cı ildə müşahidə olunub və həmin vaxt bu göstərici 106% təşkil edib.

Amma ABŞ Mərkəzi Bankının sədri Cerom Pauel, deyəsən, bunu ciddi problem hesab etmir.

“Pandemiya dövründə götürülmüş böyük borclar iqtisadi uçurumun üzərindən salınmış körpü rolunu oynadı: karantinlər, istehlak xərclərinin aşağı düşməsi, gediş-gəlişin azalması, boş otellər və milyonlarla işsiz insan… Ucuz kreditlər işçiləri işdən çıxartmaq əvəzinə, onlara əmək haqqı ödəməyə və aktivləri işlək vəziyyətdə saxlamağa imkan verdi. Bu borclar hesabına işdən çıxarılan işçilərə ödənilən müavinətləri maliyyələşdirdik ki, nəticədə də onlar özlərinə ərzaq ala və digər vacib ehtiyaclarını ödəyə bildilər”, – deyə o bəyan edib.

Bununla belə, ABŞ Mərkəzi Bankının keçmiş sədri Larri Sammersin sözlərinə görə, stimullaşdırıcı tədbirlər həddən artıq olub. “Siyasətçilər koronavirusla mübarizəni hərbi xərclərlə bir tutaraq bu işə trilyonlarla pul tökdülər. Çökmüş büdcə gəlirləri isə heç kimi kimi narahat etmədi”, – deyə o vurğulayıb.

Daha çox borc

Xəzinənin doldurulması ilə bağlı vəziyyət pisləşdikcə daha da çox borc götürməli oldular: böyük büdcə kəsiri əsasən dövlət istiqrazlarının satışı hesabına ödənilir.

2020-ci maliyyə ilində (30 sentyabrda başa çatan) kəsir 3 dəfədən çox artaraq 3,1 trilyon dollara çatdı.

Koronavirusla mübarizə tədbirlərinə sərf olunan vəsiat də nəzərə alınarsa, bu rəqəm 4 trilyona dirənəcək və yeni kreditlər götürmədən keçinmək mümkün olmayacaq.

Federal Büdcəyə məsul Komitənin hesablamalarına görə, pandemiyadan sonra iqtisadiyyatin ləng bərpası nəticəsində 2025-ci ilə kimi ABŞ-ın dövlət borcu ÜDM-in 117 faizinə bərabər olacaq.

Ancaq indiyə qədər bu vəziyyət investorlar üçün narahatlıq yaratmayıb və ABŞ-ın getdikcə daha çox borc bataqlığına qərq olmasına mane olmayıb – necə olsa da, Mərkəzi Bankın sədri bunun ölkəyə daha ucuz başa gədiyini təsdqiləyir.

“Hökümət dövlət qiymətli kağızları – müxtəlif müddətli veksellər və istiqrazlar buraxır. Bu qiymətli kağızların bazarı isə sərhədsizdir ” – deyə “Wall Street Journal” yazır.

“Deyirlər, ki, bizi indi borc məsələsi çox da narahat etmir. Arqumentləri isə budur ki, kreditlərin faiz dərəcəsi aşağıdır. Elə bil bu pulları bizə havayı veriblər. Ancaq belə deyil. Bu pulu nə vaxtsa qaytarmalı olacaqsınız”, -deyə Senator Con Tyun vurğulayıb.

Bəs sonra?

“JP Morgan Asset Management” vəziyyəti belə izah edir: borcun özündən çox onun xidmət xərcləri əhəmiyyət daşıyır.

“Kəskin böyüməyə baxmayaraq, borc öhdəliklərinə xidmət indi 90-cı illərin ortaları 2000-ci illərin əvvəllərindən, borcun ÜDM-in 50% -dən aşağı olduğu və hökumətin büdcə profisiti ilə işlədiyi dövrdən daha ucuzdur”, – deyə bankın analitikləri qeyd edirlər.

Faiz dərəcələri artarsa ( böhran başa çatanda bu belə də olacaq, iqtisadi artım və çoxalan inflyasiya gözləntiləri burada həlledici amil rolunu oynayır), ÜDM-yə nisbətən xalis faiz ödənişləri hazırkı 1,3 faidən 3,2 faziə qədər artacaq.

Ancaq bu bir qədər fərqli situasiyadır. Bəzi təxminlərə görə, 2028-ci ildə amerikalılar dövlət büdcəsinin beşdə birini yalnız borc faizlərinə xərcləyəcəklər. Üstəlik, ABŞ dövlət borcunun təqribən yarısı xarici investorlara məxsusdur, Çin isə kreditorlar arasında ikinci yerdədir. 1,1 trilyon dollarlıq xəzinə istiqrazlarına sahib Pekin vaxtaşırı onları satışa çıxaracağı ilə Amerikanı hədələyir. Bu ssenari reallaşarsa, Federal Ehtiyatlar faiz dərəcələrini aşağı səviyyədə saxlamaq üçün bazardan qiymətli kağızlar almaq məcburiyyətində qalacaq. Ancaq bunun vəziyyətə təsiri qısamüddətli olacaq. Gec-tez investorlar ABŞ hökumətinin borc götürdüyü vəsaitləri geri qaytarmaq, qiymətli kağızlar satmaq və daha yüksək faiz tələb etmək qabiliyyətinə olan inamını itirəcəklər. Bu isə ciddi iqtisadi nəticələrə gətirib çıxaracaq.

Faizlərin artırılması tədavülə burxalmamış dövlət istiqrazlarının bazar dəyərini azaldacaq. Nəticədə bir sıra maliyyə qurumları – investisiya , pensiya fondları, banklar, sığorta şirkətləri və digər dövlət borc sahibləri zərər görəcəklər. Bütün bunlar isə növbəti iflas dalğası və maliyyə böhranı ilə sonuclanacaq. /sputnik.az/

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Vilayət Eyvazov generalı özünə müşavir təyin etdi (FOTO)

Vilayət Eyvazov generalı özünə müşavir təyin etdi (FOTO)

Ötən ay 62 nəfərin diplomu tanınmayıb

Azərbaycanda bu mövsüm pambıq sahələrinin sığortasında yenilik tətbiq olunub

Sahibkarlara ayrılan zəmanətli kreditlərin həcmi 470 milyon manata çatıb

Startaplar bir-birinə dəstək verməlidir – İki tərəfə də qazanc gətirən metod

Azərbaycanla Səudiyyə Ərəbistanı arasında külək enerjisi ilə bağlı müqavilə imzalanıb

Bakının mərkəzində avtomobillərin hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırılıb

Ağdamın Kəngərli, Xıdırlı və Sarıcalı kəndlərinə köç ilin sonuna qədər başlayacaq

Ölənə qədər işləyənlər – Onlar neçə saat artıq işləyiblər?

Rəis ifadəsi üçün Bakıya gətirilib – Gömrük İdarəsində əməliyyat

Rəis ifadəsi üçün Bakıya gətirilib – Gömrük İdarəsində əməliyyat

Hansı halda xaricdə əldə olunan gəlirlərə görə vergi öhdəliyi yaranmır?

Şənbə gününün hava proqnozu

Sağa və sola qırmızısı olmayan işıqforlar – şikayət və cərimə mənbəyi

Sağa və sola qırmızısı olmayan işıqforlar – şikayət və cərimə mənbəyi

Azərbaycanda 5 ulduzlu hotellərdə orta qiymət 46%-dən çox artıb

Kəlbəcər şəhərinin ümumi yaşayış fondu 488 min kvadratmetr təşkil edəcək

Hazırda ölkədə nə qədər qida duzu ehtiyatı var?

"Vətəndaşların həyat şəraitinin yaxşılaşdırılması əsas məqsədimizdir" - Sahil Babayev

İçərişəhərə giriş məhdudlaşdırılacaq

Müəllimlərin sertifikatlaşdırma imtahanlarının vaxtı açıqlanıb

Türkiyədə illik inflyasiya 70%-ə yüksəlib

Kəlbəcər şəhərinin Baş Planının detalları açıqlanıb

BP və tərəfdaşları Azərbaycandakı layihələrə 85 mlrd. dollar sərmayə qoyub

Avropada işləməyin asan olduğu ölkələr - TOP 10

Yüksək faizli depozit kampaniyası davam edir ®

İş müsahibəsində əvvəlki iş yerimizdən dava ilə ayrıldığımızı deməliyik?

İki ayda xaricdən 40 min ədədə yaxın paltaryuyan maşın almışıq

“EasyCep” Azərbaycanda fəaliyyətini genişləndirir ®

B2B bizneslər üçün nəticə verən yanaşmalar

B2B bizneslər üçün nəticə verən yanaşmalar

Marketlərin qarşısında yük boşaldan avtomobillərə niyə cərimə yazılır?

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin