BAKU Azərbaycan
24.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8238
  • 1 Rusiya rublu
    0.0183
  • 1 Türkiyə lirəsi
    0.0523
  • 1 İngiltərə funt sterlinqi
    2.1322
9613

Vaksinlər və əlavə maliyyə təşviqləri 2021-ci ildə daha güclü qlobal böyümə vəd edir. Beynəlxalq Valyuta Fondunun (IMF) rəhbərinin birinci müavini Ceffri Okamoto bu barədə fikirlərini açıqlayıb. Onun sözlərinə görə, ABŞ-ın əlavə maddi təşviqləri və peyvəndləmənin yayılması ilə daha güclü böyümə perspektivləri açılıb. Eyni zamanda, qlobal bərpanın natamam və qeyri-bərabər qaldığını qeyd edən C.Okamoto 2020-ci ilin ikinci yarısında gözləniləndən daha güclü bir bərpa olmasına baxmayaraq, bir çox ölkənin ÜDM-nin pandemiya öncəsi səviyyələrin altında qaldığını xatırladıb. Bəs ümumiyyətlə, dünyada nə baş verir? Postpandemiya dövrü nələr vəd edir? 

Valyuta.az-ın suallarını iqtisadçı ekspert Elman Sadıqov cavablandırıb:  

- Elman müəllim, hazırda dünyada nələr baş verir və əhəmiyyətliliyinə görə hansı hadisələri daha çox önə çəkə bilərik?

- Hazırda dünyada problem yalnız pandemiya deyil. Sadəcə virusun yayılması dünyada baş verən bir çox hadisələrin önündə getdiyi üçün gözə daha çox görünür. Mən deyərdim ki, pandemiyadan daha ciddi hadisələr baş verir. Onlardan ən birincisi dünyanın yeni nüfuz dairələrinə bölünməsi prosesinin getməsidir. İkinci məsələ ondan ibarətdir ki, dünyanın bölüşdürülməsi yeni siyasi dövlətlərin yaranması və yaxud da sərhədlərin yenidən  çəkilməsi hesabına getmir. Artıq bu məsələ sanki arxa plana keçdi. Bunun daha böyük, daha çox təhlükəli olduğu göründü. Hazırda  dünyanın bölüşdürülməsi başqa prinsiplər üzərindən aparılır. Bu bölüşdürmə daha çox ölkələri öz nüfuz dairəsinə almaq, onların iqtisadiyyatlarına nəzarət etmək və s. prinsiplər üzərində formalaşdırılır. Bu çox önəmli məsələdir.

- Eyni zamanda dünya cidd-cəhdlə 2030-cu ilə doğru gedir. Bizi nə gözləyir? 

- Əvvəla qısaca bu məsələni aydınlaşdıraq ki, nə üçün 2030-cu il. 2030-cu ilin dünya iqtisadiyyatı üçün bir neçə önəmli məsələlərin kəsişmə ili kimi olması gözlənilir. Həmin il bir çox məsələlərin ya şişməsi, ya problemlərin pik nöqtəyə çatması, yaxud da yeni iqtisadi dönəmlərin başlayacağı, yeni iqtisadi düzənlərə keçidlərin başlanğıcı dövrüdür və dünya artıq buna hazırlaşır. 2030-cu ildə istər Amerika, istər Avropa, istər bütün dünya ölkələrində o qədər ciddi dəyişikliklər olacaq ki, yaşayış düzəni və iqtisadiyyatlar dəyişəcək. Qeyri-adi bir formasiya olmayacaq. Sadəcə iqtisadiyyatın formasiyası dəyişəcək. Yəni, resurs idxalı və ixracından daha çox alternativ və yaşıl enerji dövrü başlayacaq. Düşünün ki, dünya iqtisadiyyatında önəmli yer tutan neft və qazla isinmək və enerji məsələləri öz yerini və mövqeyini sürətlə alternativ enerjiyə verəcək. Bu da ən çox özünü avtomobil bazarında göstərəcək. Çünki bilirik ki, neftin böyük bir hissəsi – təxminən 65-70%-i yanacağa sərf olunur. Qeyd edim ki, dizel bir müddət öz mövqeyini saxlasa da, benzinə tələbatda çox ciddi azalmalar olacaq. Hazırda neft bazarında təkliflərdə hələlik azalma yoxdur və bazarda çoxluq təşkil edir. Təklif potensialı da çoxdur. Elektrik enerjisi ilə, binaların istiliklə təchizatı, texnologiya və sair dəyişəcək. Hətta 5G texnologiyaları yerini növbəti nəsil 5.5G və ya 6G texnologiyalarına verəcək. Enerji daha ucuz, bir çox hallarda pulsuz olacaq. Enerji məsələlərindən daha böyük problemlər öz həllini tapmalıdır. 2030-cu ildə dünya iqtisadiyyatı gəlir bərabərsizliyi və borc məsələlərini həll etmək üçün səfərbər olunacaq. Bu səfərbərlik indidən başlayıb. 

- Bəs belə bir məqamda nə üçün pandemiya kimi bir risk yarandı? Nə üçün yeni mutasiya məsələləri ortaya çıxdı? 

- Görünən budur ki, COVİD-19 bir çox məsələləri həll etmədi və əksinə, bəzi problemləri daha da şişirtdi. Burada borc məsələlərini xüsusi qeyd etməliyik.  Doğrudur, partlayış ərəfəsində olan istiqraz bazarı nisbətən yumşaldı, borclar əl dəyişdirdi. Borclar itmədi, amma sahibləri dəyişdi, daha təhlükəli zonalardan dövlətlərə, Mərkəzi Banklara keçdi. Bu, məsələyə nisbətən yumşaqlıq gətirdi. Ancaq borcun özü nominal olaraq artdı və artıq qlobal borcun həcmi 300 trilyon dollara çatmaqdadır. Bu da dünya ölkələrinin cəmi ümumi daxili məhsulunun həcmindən 3.6 dəfə çoxdur. Yəni, hər bir halda problemlər həll olunmadı. 

İkinci məsələ, yeni bir iqtisadi formasiya məsələsidir. Müxtəlif təcrübələr keçirildi, lakin onlar da özünü doğrultmadı. Özünü doğruldan təcrübələr Norveç, Finlandiya, İsvec modelləridir ki, bunlar da artıq böyük ölkələrə sərf etmir, onlara uyğun deyil. Digər əsas məsələlərdən biri də Çin amilidir. Çinin böyüməsinə imkan verən ABŞ-ın özü bu gün artıq bu amilin özü üçün potensial təhlükəyə çevrildiyinin fərqinə vardı. Çin artıq əlində olan imkanları sanki yavaş-yavaş bir təhdid alətinə çevirməkdədir. Çinin özü texnologiya və digər sahələrdə bir nümunədən dünya üçün, o cümlədən region və ətraf ölkələr üçün getdikcə artan hədəyə çevrilib. Yırtıcı bir genişlənmə siyasəti həyata keçirmək, yaxud da insan haqları məsələsi və s. bunu deməyə əsas verir. Çinin özünün bu şəkildə ciddi bir hədəyə çevrilməsi getdikcə dünya üçün  böyük bir problemə çevrilməkdədir. Dəfələrlə vurğuladığım kimi, əslində, Çinə qarşı olan simpatiya Çinə olan sevgiyə görə deyil, Amerikaya olan antipatiyaya görə idi. Amma bu da tamam yanlış bir mövqe olub. Hazırda isə Çinin özünün apardığı siyasət, öz problemləri və digər ölkələr üçün yaratdığı problemlər dünya iqtisadiyyatını ciddi şəkildə düşündürür. O cümlədən Çin iqtisadiyyatı özü artıq dünya iqtisadiyyatının böyüməsinə deyil, yeni təhlükələrin yaranmasına səbəb olan amillərdən birinə çevrilib. Dünya iqtisadiyyatı üçün Rusiya amili də çox önəmli məsələlərdəndir. Çünki Yer kürəsinin çox böyük bir ərazisini tutmaqla həmin ərazidən qeyri-effektiv və dağıdıcı bir şəkildə istifadə etmək və dünya ölkələri üçün davamlı təhdid yaratmaq, Avropanın enerji təhlükəsizliyi, MDB ölkələrindəki poroblemlər  və s. bu kimi məsələlərin həlli Rusiyanın ram edilməsindən keçir. Burada şəxsi düşüncələrimi deyil, dünyanın məsələlərə baxış prizmalarını ifadə edirəm. Qeyd etdiyim məsələlərin həlli nisbətən çətin görünür. Buna baxmayaraq, ağrılı proses olsa da, dünyanın buna getmək niyyətinin getdikcə kəskinləşdiyini görməkdəyik və gözlənilən idi. 

- Pandemiyadan az itki ilə çıxmaq üçün nələrə diqqət yetirilməlidir?

- Pandemiya dövründə hansı dövlətlərin necə addım atmaları birmənalı olaraq, onların gələcək talelərini müəyyənləşdirir. Virusun yayılması davam edir. Dövlətlərin pandemiya dövründə atdıqları addımların səmərəliliyi həmin dövlətlərin post-pandemiya dövründəki taleləri üçün həlledici şərtlərə çevrilməkdədir. Fikrimi bir müqayisə ilə sadələşdirim. İnsanlar xəstəlik dövründə nə qədər effektiv və doğru müayinə və müalicə olunsalar, xəstəlikdən sonrakı dövrdə bərpa prosesi o qədər effektiv və sürətli olacaq. Hazırda dövlətləri xəstə ilə, pandemiya dövrünü xəstəlik dövrü ilə, düzgün müayinə və müalicəni isə düzgün iqtisadi təşviq paketləri, monetar, fiskal və proteksionist siyasətlərdə atılmış səmərəli addımlarla müqayisə etsək fikrim daha aydın olar. Bu, çox həlledici məsələdir. Burada 2 əsas amil vardır:  Pandemiyanın nə qədər davam etməsindən asılı olmayaraq faktiki olaraq iqtisadi aktivliyi və pul dövriyyəsini saxlamaq çox önəmlidir. Təşviq paketləri, əhalinin rifahının aşağı düşməməsi, gəlirlərin maksimum şəkildə sabit saxlanılması və ya çox aşağı düşməsinin qarşısının alınması, xüsusilə işsizliyin kəskin artmasına yol verməmək çox vacibdir.  ABŞ hazırda buna atdığı monetar sahədə atdığı addımlarla nail olmağa çalışır və nail olmaqdadır. İkinci addımı vergilərlə bağlı və fiskal siyasət sahəsində olacaq. Növbəti addımı isə proteksionist siyasətlə bağlı. Başqa bir misal. İsrail atdığı addımlarla və peyvəndləməni daha surətlə aparmasına görə öndədir. Artıq vaksinasiyanın böyük hissəsi başa çatıb. İsrail ordusu dünyada kütləvi immunitetin yaranmasına nail olan ilk ordu oldu. Pandemiyadan daha tez çıxan İsrail iqtisadiyyatın bərpasına da daha tez başlayacaq. 

Digər məsələ qapanmaya getmədən vəziyyəti saxlamaqdır. Bu, ölkələrin səhiyyə sisteminin gücündən asılıdır. Hansı ölkənin səhiyyəsinin gücü çoxdursa, həmin ölkələr minimum qapanma ilə maksimum effektivlik əldə edirlər. Hansı ölkədə səhiyyə sistemi zəifdirsə, orada güc iqtisadiyyatın üzərinə düşür, qapanmalar daha çoxdur. Azərbaycan dünyada bir il ərzində ən sərt qapanma günlərinin sayına görə ölkələr sırasında ilk 20-likdədir.  Bizdə virusla mübarizədə güc daha çox iqtisadiyyatın üzərinə düşməkdədir. Biz bunun fəsadlarını postpandemiya dövründə daha çox hiss edəcəyik. Postpandemiya dövründə bu fəsadları yumşaltmaq üçün müxtəlif istiqamətlərdə addımlar atılmışdır, atılmaqdadır. Ancaq yaranan risklərin kəskinliyi və dərəcələrini, dünyada və regionda baş verən hadisələri nəzərə alsaq, daha çox addımların atılmasının məqsədəuyğun olduğunu görərik. Ən əsas məsələlərdən biri isə zamanlamadır. Burada udan ölkələr daha irəli gedəcək.

- Post-pandemiya dövründə qeyri-bərabər inkişafın  problemi nədir? 

- Dünya ölkələrinin bu gün əsas diqqəti pandemiyanın risklərini maksimum yumşaltmağa yönəlib. Postpandemiya dövründə hansı ölkələr daha surətli bərpa proseslərinə başlayarsa və bərpa prosesini daha surətlə keçərlərsə, onlar dünyada və regionda lider olacaq, zəngin olacaq. Gec başlayanlarda isə bu böhran xroniki hala çevrilə bilər və uzun müddət bu böhranın təsirləri altında qalacaqlar. 

Hansı ölkələr postpandemiya dövründə, məsələn, 2023-cü ildə daha çox irəlidə olacaqlarsa, geridə qalan ölkələri daha çox iqtisadi təzyiq altında saxlayacaqlar. Yaxud onlardan daha çox yararlanmaq, səmərə götürmək imkanları artacaq. Bunun fonunda hazırlıqsız ölkələrin inkişafı daha da zəifləyəcək. Əsas məsələlər bunlardır. Bəzən yanlış olaraq belə bir fikir səsləndirilər ki, bərpa elə bir şeydir ki, istənilən vaxt başlasan, yenə bərpa olunacaqsan. Ancaq burada zamanlama çox əhəmiyyətlidir. Ölkələrin talelərini müəyyənləşdirən bir çox amillər həlledici olacaq. Məsələn, 4-cü sənaye inqilabı məsələsini hansı ölkə necə dərk edir (burada da ölkələr arasında ciddi fərq, çatışmazlıq və yanlış yanaşmalar mövcuddur), iqtisadiyyatlarda şaxələnmə (diversifikasiya) necədir, texnoloji inkişaf təkcə texnoloji avadanlığı idxal edib tətbiq etməkdir, yoxsa istehsal etmək (bu məsələdə ciddi risklər mövcuddur) və sair. Böyük ehtimalla ölkələr arasındakı yaşayış tərzləri getdikcə daha kəskin fərqlənəcək. Son 4-5 il ərzində müsahibə və yazılarımda 2030-cu il amilini dəfələrlə vurğulamışdım. Həmin dövrlərdə bu məsələ hələ aktual olmadığı üçün gündəmə gəlməmişdi. Pandemiya bu məsələni kəskin şəkildə nəinki gündəmə gətirdi, hətta tərkib hissəsi olması aydın olmaqdadır. Siyasi və iqtisadi cəhətdən 2030-cu ildən etibarən Afrika amilinin ön plana çıxacağı və hazırda prioritet olan bir və ya iki regionun isə arxa plana keçəcəyi ehtimalı göz önündədir. Nəticə etibarilə, ölkələrin talelərini 2021-2030-cu illər ərzində atacaqları addımlar və 2030-cu ilə hansı səviyyədə hazırlıqla daxil olmaları həll edəcək.

Zeynəb Vəkil 
Valyuta.Az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Rusiyada qalan Qərb bankları 2023-cü ildə nə qədər vergi ödəyib?

“Resant Group”la keçmiş işçisi arasında qalmaqal

Süni zəka növbəti 1 ildə bu peşə sahiblərinin işini əlindən ala bilər

Yeni təyin olunan icra başçısı kimdir? - DOSYE

Yeni təyin olunan icra başçısı kimdir? - DOSYE

Bu müəssisələrin lisenziyaları ləğv olundu

Bakıda yeni park salınacaq

Bu nazirə iki yeni müavin təyin edilib

Bu nazirə iki yeni müavin təyin edilib

Vakansiyalarda olan “stressə davamlı” ifadəsi nəyə işarə edir?

Dövlət Neft Fondu “Meta"nın 179 mln. dollarlıq səhmlərini alıb - İlk dəfə TOP-5-də

Mayın 5-də 9 illik təhsil bazası üzrə imtahanlar keçiriləcək

Bu rayona yeni icra başçısı təyin edildi - Sərəncam

Neft Fondunun səhm portfelinin dəyəri 12,5 mlrd. dollara çatıb

Xaricdən quş ətini neçəyə alırıq?

“Küçələrdə qalmışam “Yeni Ailə” MMC tikinti şirkəti kupçanı da, 9 aydır kirayə pulumu da vermir...” - ŞİKAYƏT

Üç ayda xaricdən 100 milyon dollarlıq meyvə-tərəvəz almışıq

14 illik deputat 9 milyonluq borcunu niyə ödəmir? (FOTO)

Yapon valyutası son 34 ilin ən aşağı səviyyəsinə düşdü

Bakıda 86 dayanacaq pavilyonu quraşdırılacaq

Mərkəzi Bank ABB-yə məxsus investisiya şirkətini cərimələyib

Bu il Kəlbəcərdə daha 4 SES istismara veriləcək - VİDEO

Gürcüstandan ölkəmizə gətirilən avtomobillərin sayının kəskin azalması nə ilə bağlıdır?

İrandan daxil olan həyəcan siqnalı: Bu, Azərbaycan üzərindən tranzit yük daşımalarına necə təsir edəcək?

İrandan daxil olan həyəcan siqnalı: Bu, Azərbaycan üzərindən tranzit yük daşımalarına necə təsir edəcək?

Peşə seçən zaman nələrə diqqət etmək lazımdır?

Türkiyə şirkəti Ağdam Sənaye Parkında rezident olacaq

“Tərəqqi” medalı ilə təltif edilən xeyriyyə fondunun prezidenti  – Müsahibə

“Tərəqqi” medalı ilə təltif edilən xeyriyyə fondunun prezidenti  – Müsahibə

Evlərin bahalaşması ipoteka krediti ilə mənzil almaq istəyənlərə çətinlik yaradır - SORĞU + VİDEO

Bitcoin və Etherium ucuzlaşır - Kriptovalyutaların qiymətləri

Birjalarda son durum necədir?

Birjalarda son durum necədir?

Rubl ucuzlaşsa da, avro və lirə bahalaşdı -Məzənnə

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin