BAKU Azərbaycan
17.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8246
  • 1 Rusiya rublu
    0.0185
  • 1 Türkiyə lirəsi
    0.0525
  • 1 İngiltərə funt sterlinqi
    2.1333
9564

Pandemiyanın yayılması ilə bütün dünyada yaranan iqtisadi böhran hər bir dövlətdə iqtisadiyyatının onurğa sütunu sayılan bank sektorunu alternativ qərarlar qəbul etməyə məcbur etdi. Dünya ölkələrinin mərkəzi bankları yaranan iqtisadi geriləmə nəticəsində daxili və xarici bazarın zəifləməsini nəzərə alaraq pandemiyanın kəskin yayıldığı dövrlərdə uçot dərəcələrini aşağı salmaqla yumşaq pul siyasəti yürüdərək iqtisadi aktivliyi yüksəkdə tutmağa çalışdılar.

Lakin son günlər bir sıra ölkələrdə yaranan inflyasiya təzyiqləri, milli valyutanın digər valyutalar qarşısında dəyər itirə bilməsi riski həmin ölkələrin mərkəzi banklarını uçot dərəcəsi ilə bağlı yeni addımlar atmağa sövq etdi. Məsələn, son 3 gündə Türkiyə və Rusiya mərkəzi bankları uçot dərəcəsini artırdıqlarını elan etdilər. ABŞ-ın Mərkəzi Bankı funksiyasını yerinə yetirən Federal Ehtiyat Sistemi (FED) isə martın 17-də növbəti dəfə uçot dərəcəsini 0-0,25 % səviyyəsində saxladığını bildirdi.

Martın 19-da Azərbaycan Mərkəzi Bankının (AMb) İdarə Heyəti də faiz dəhlizi parametrlərinin dəyişməz saxlanılması haqda qərar qəbul edib. Belə ki, uçot dərəcəsi 6,25 %, dəhlizin aşağı həddi 5,75 %, yuxarı həddi isə 6,75 % səviyyəsində saxlanılıb.

İqtisadçı ekspert Rəşad Həsənov “Report”a verdiyi açıqlamada bu qərarın Azərbaycan iqtisadiyyatına təsirlərindən danışıb:

“Əslində uçot dərəcəsinin dəyişməsi iqtisadiyyata ciddi təsir göstərməyəcək. Çünki uçot dərəcəsi Azərbaycanda real istifadə oluna bilən alət deyil. Bunun əsas səbəbi maliyyə bazarlarının zəif inkişaf etməsi və Mərkəzi Bankın mərkəzləşdirilmiş kreditlərinin ümumi bank portfelində, bank aktivlərinin strukturunda payının az olmasıdır. Mərkəzi Bankın uçot dərəcəsini dəyişməsi o deməkdir ki, Mərkəzi Bank pulu ya ucuz ya da baha satır. İndiki halda AMB-nin bankların aktivlərində payının az olması uçot dərəcəsinin real olaraq istifadəsi imkanlarını məhdudlaşdırır”.

AMB-nin bu addımının nəzəri olaraq doğru olduğunu qeyd edib:

“Nəzəri olaraq martın 19-unda ortaya qoyulan mövqe düzgün qiymətləndirilir. Çünki faktiki olaraq Azərbaycanda istehlak qiymətləri indeksində izafi təzyiqlər var. Bu, ilk növbədə idxal inflyasiyası ilə əlaqədardır. İkinci növbədə isə qeyri-monitor səbəblərdən asılır. Məsələn, yanacağın qiymətinin bahalaşması səbəbindən bazarda qiymətlərin artması istiqamətində bir təzyiq var. Belə şərtlər daxilində Mərkəzi Bank mümkün qədər mövcud kredit siyasətini qoruyub saxlamağa çalışır. Yəni əslində bazar konyukturu uçot dərəcəsinin azaldılması istiqamətində real şərtlər formalaşdırmışdı. Həm neftin qiymətinin artması, həm tədiyə balansında profisitin olması, həm də xarici ticarət saldosunda profisitin gözlənilənin üzərində olması bu istiqamətdə əhəmiyyətli bir çağırış yaradırdı.

Digər tərəfdən, xüsusilə postpandemiya dövründə iqtisadiyyatın aktivliyinin artırılması, bərpa prosesinin sürətləndirilməsi üçün Mərkəzi Bank daha yumşaq pul siyasəti həyata keçirməli idi ki, iqtisadi aktivliyi dəstəkləsin. Amma inflyasiya təzyiqləri Mərkəzi Bankın bu istiqamətdə manevr imkanlarını məhdudlaşdırır. Nəzəri olaraq da uçot dərəcəsinin sabit saxlanması düzgün qərardır. Amma bunun iqtisadiyyata, maliyyə bank sektoruna, kredit faizlərinə, məcmu istehlaka və ya inflyasiyaya belə o qədər də böyük təzyiqləri olmayacaq”.

İqtisadçı ekspert Cəfər İbrahimliyə görə AMB uçot dərəcəsini sabit saxlamaqla müvəqqəti dövr üçün gözləmə mövqeyi tutur:

“AMB üçün iki vacib məsələ var ki, bunlardan biri pandemiya dövründə iqtisadi aktivliyi təmin etməkdir. Yəni yumşaq pul siyasəti ilə pul kütləsinin çoxluğunu təmin edib iqtisadi aktivliyə nail olmaq, kreditləşməni rahatlaşdırmaq və ucuz kreditlə iqtisadiyyatı təchiz etməkdir. İkinci məsələ isə həmin bu proseslərin fonunda, xüsusilə də Azərbaycanda son dövrlərdə enerji daşıyıcılarının qiymətlərinin qaldırılması çərçivəsində yaranan investisiya tendensiyasıdır. Bunlar bir-birinə əks olan iki məsələdir. Məncə Mərkəzi Bank faizlərin aşağı endirilməsini dayandıraraq növbəti dövr üçün bir gözləmə mövqeyində durur. Çünki uçot dərəcəsinin bugünkü səviyyəsi həm iqtisadi aktivliyi dəstəkləməyə yönəlikdir, həm də inflyasiya üçün ciddi təhlükə yaratmır”.

Ekspert qeyd edib ki, indiki halda Mərkəzi Bankın uçot dərəcəsini saxladığı səviyyə ideal orta nöqtədir:

“Düşünürəm ki, Mərkəzi Bank qeyd etdiyim iki əks istiqamətli məsələlərlə bağlı bir-iki ay gözləyib, bu müddətdən meydana çıxan göstəricilərdən sonra uçot dərəcəsinin aşağı və ya yuxarı dəyişdirilməsi barədə qərar verəcək. İndi bütün dünya ölkələrinin mərkəzi bankları pandemiya dövründə iqtisadi aktivliyi təmin etmək üçün uçot dərəcələrini ən aşağı səviyyədə saxlayırlar. AMB də mütəmadi olaraq uçot dərəcəsini aşağı endirirdi. İndki vəziyyətdə isə təyin edilən uçot dərəcəsinin Mərkəzi Bank üçün ideal orta nöqtə olduğunu deyə bilərik. Məncə növbəti dövr üçün qərar qeyd etdiyim iki əks göstərici ilə bağlı baş verən tendensiyalara əsasən veriləcək”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Quş əti qıtlığı olmayacaq

Peşə seçən zaman nələrə diqqət etmək lazımdır?

"Green card" nəticələri açıqlandı

Əmlak bazarında “tilov effekti”

Cənubi Koreyada sürət qatarı ilə doğum səviyyəsi arasında maraqlı əlaqə tapıblar

Türkiyənin İsraillə bütün iqtisadi əlaqələri dondurmasının hansı təsirləri olacaq?

"İnnovator" vizası ilə Londona işləməyə gedən ilk azərbaycanlı xanım: "Rəqabət güclüdür"

Yeni planet kəşf olundu

Dünyanın mərkəzi bankları ümumi qızıl ehtiyatlarını nə qədər artırıblar?

Xaricə meyvə şirəsini neçəyə satırıq? – Qiyməti bahalaşıb

2023-cü ildə dünyada neçə turist qeydə alınıb? - AÇIQLAMA

KİV: G7 Kiyevə 50 milyard dollarlıq yardım paketi ayırmağı düşünür

Putinin 40 milyardlıq meqalayihəsi

Prezident Azərbaycanla Türkiyə arasında ikiqat vergitutmanı aradan qaldıran Sazişi təsdiqlədi

Xankəndi Şəhər Prokurorluğu yaradıldı

Xankəndi Şəhər Prokurorluğu yaradıldı

Everestə qalxanların sayı azaldılacaq

Honkonq birjasının əsas indeksi son 8 ayın maksimumuna çatıb

Sabahın hava proqnozu

MN-də 143 milyonluq mənimsəmə ilə bağlı məhkəmədə şahidlərin dindirilməsi davam edir

Azərbaycanda yeni təhsil proqramlarının açılması qaydaları təsdiqlənib

“Google”dan rəsmi proqramlarla bağlı yenilik

ABŞ dolları dəyərsizləşəcək - İlon Musk

ABŞ dolları dəyərsizləşəcək - İlon Musk

Azərbaycan nefti ucuzlaşıb

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

Dünya bazarlarında neftin qiyməti 83 dollardan aşağı düşüb

Bölgələr köhnə avtobuslardan nə vaxt qurtulacaq? - Video

Bakıda tıxacları azaldacaq yeni yol - Video

Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi əvvəlki vəziyyətinə qaytarılıb

Rusiyanın BVF-dən çıxması nə ilə nəticələnə bilər? - Aleksey Mojin açıqladı

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin