BAKU Azərbaycan
15.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8246
  • 1 Rusiya rublu
    0.0185
  • 1 Türkiyə lirəsi
    0.0525
  • 1 İngiltərə funt sterlinqi
    2.1333
9317

Pandemiya ilə əlaqədar dünyanın aparıcı iqtisadi güc mərkəzlərində iqtisadi aktivliyin  və işsizliyin azalması davam etməkdədir. 2020-ci ildən etibarən beynəlxalq təşkilatlar və ayrı-ayrı ölkələr pandemiya dövründə iqtisadi aktivliyi dəstəkləmək məqsədilə irihəcmli dəstək proqramlarını həyata keçirdi və bu proses davam edir.

Rəsmi statistikaya görə bu ilin ilk 2 ayında ölkəmizdə inflyasiya 3.7% təşkil edib.  Ərzaq məhsulları üzrə 6%, qeyri-ərzaq məhsulları üzrə 1.2% və xidmətlər üzrə 1.2% inflyasiya qeydə alınıb. Ərzaq inflyasiyasının yüksəlməsi əsasən karantin rejiminin sərtləşməsi şəraitində ərzağa tələbin qısamüddətli yüksəlməsi, eləcə də istehsal və daşınma xərclərinin lokal artımı ilə izah edilir.

Müharibədən çıxmağın və pandemiya dövrünün gətirdiyi probemləri nəzərə alsa da, əhali uzun müddət davam etmiş iqtisadi azalmanı, maaşların azalması ilə müşaiyət olunan bahalaşmanı təbii ki, narazı qarşılayır. Bəs hansı tədbirlər görülməlidir?

İqtisadçı Qaşqay İsmayıl Valyuta.Az-a verdiyi açıqlamada bildirib ki, vəziyyətdən çıxmaq üçün devalvasiyaya getmək zəruridir.

“Pandemiya dövründə ABŞ başda olmaqla böyük dövlətlərin iqtisadiyyatı stimullaşdırma və digər dəstək proqramları, dünya miqyasında böyük inflyasiya dalğasına gətirib çıxarmaqdadır. Bunun əsas səbəbi, mərkəzi bankların “çap dəzgahlarının” var gücü ilə işləməsindədir

Azərbaycan üçün maraqlı cəhət bundan ibarətdir ki, dünyada başlayan inflyasiya qida, dərman kimi əhalinin ən çox ehtiyac duyduğu sahələrdə özünü göstərir. Bu da təbii olaraq, ölkədə əhalinin sosial-iqtisadi vəziyyətini daha da pisləşdirir.

Dünya miqyasında baş verən bu prosesin qarşısını almaq üçün təkcə monopoliyanın ləğvi, sərhədlərin açılması kifayət deyildir. Saxta statistik məlumatların təqdim edilməsi də bir ayrı bəladır”,- deyən iqtisadçı qeyd edib ki, 190 manat ödənişi etməyə istəyi və resursları olmayan hökumət, radikal islahatlara getməyə məcburdur.

“Reallıq göstərdi ki, manatın kursunu süni surətdə sabit saxlamaqla qiymət artımlarının qarşısını almaq mümkün deyildir və devalvasiya baş verməsə də, qiymətlər günbəgün artmaqdadır. Belə vəziyyətdə manat kütləsini artırmaq, devalvasiyaya getmək, lakin eyni zamanda əhaliyə işsizliklə bağlı irihəcmli müavinətlərin verilməsi və iqtisadiyyatın kreditləşdirilməsi zəruridir. Büdcədən qidalanan təbəqənin loyallığı naminə, iqtisadi fəal əhalini labüd ölümə məhkum etmək siyasətini düzgün  hesab etmirəm”,- deyə Qaşqay İsmayıl bildirb.

İlhamə
Valyuta.Az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Dünyanın ən zəngin aktyorları – SİYAHI

Azərbaycanda xaricilərin bank kartları ilə xərcləmələri azalıb?

Avropalılar saatda nə qədər qazanırlar? – ARAŞDIRMA

Məşhur avtomobil istehsalçısı öz avtomobillərinin adını dəyişəcək

"Rolls-Royce" daha bahalı avtomobillər istehsal edəcək

Dünyanı təyyarə ilə ilk dövrə vuran pilot öldü

Günəşdə daha bir güclü partlayış qeydə alınıb

Telefondan çox istifadə bu xəstəliklərə səbəb olur

Bəzi rayonlarda yollarda görünüş məsafəsi məhdudlaşacaq

Yeni inşa olunan yol Bakıda tıxacı aradan qaldıracaqmı? (VİDEO)

Minlərlə zəhərli kitab müsadirə edilib

Bakıda yağış yağacaq, şimşək çaxacaq, külək əsəcək

Qırmızı diplomun hansı üstünlüyü var? (VİDEO)

"Apple" indiki modeldən daha ucuz olacaq büdcəli "iPad 11" hazırlayır

Bakıda bu körpü sökülür? (AÇIQLAMA/VİDEO)

“Bakı marafonu 2024” start götürdü

Böyük heyvandarlıq təsərrüfatlarının yaratdığı problem - Ekspert çıxış yolu təklif etdi

Böyük heyvandarlıq təsərrüfatlarının yaratdığı problem - Ekspert çıxış yolu təklif etdi

"Microsoft" bu ölkəyə 1,7 milyard dollar sərmayə qoyur

Azərbaycanda ən çox hansı əməliyyatlara ehtiyac var?

Arıqlama preparatları istehsal edən Danimarka şirkətinin gəliri ciddi şəkildə artıb

“Microsoft” şirkətində fərqli idarəetmə: Bill Qeyts şirkətdə heç bir vəzifə tutmur

Quş əti qıtlığı olmayacaq

Peşə seçən zaman nələrə diqqət etmək lazımdır?

"Green card" nəticələri açıqlandı

Əmlak bazarında “tilov effekti”

Cənubi Koreyada sürət qatarı ilə doğum səviyyəsi arasında maraqlı əlaqə tapıblar

Türkiyənin İsraillə bütün iqtisadi əlaqələri dondurmasının hansı təsirləri olacaq?

"İnnovator" vizası ilə Londona işləməyə gedən ilk azərbaycanlı xanım: "Rəqabət güclüdür"

Yeni planet kəşf olundu

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin