BAKU Azərbaycan
23.03°C
  • USD
    1.7
  • EUR
    1.9406
  • RUB
    2.1689
  • TRY
    0.0434
  • GBP
    2.2922
8943

Şəki Subartezian Quyularının İstismarı İdarəsi cari təmiri üçün nasos aqreqatlarının və elektrik avadanlıqlarının ehtiyat hissələrinin satınalınması müsabiqəsinə yekun vurub.

Valyuta.az xəbər verir ki, 208 min 674 manat məbləğində olan tenderin qalibi “Art-Proje” MMC olub.

1 milyon 370 min 10 manatlıq nizamnamə kapitalına malik “Art-Proje” MMC 18.05.2001 tarixində yaradılıb. Şirkətin hüquqi ünvanı Xırdalan şəhəri, 27-ci məhəllə, ev 4, m. 23, qanuni təmsilçisi usə Əkram Əliyev Musa oğludur. 

Əkram Əliyevin şirkətinin hazırda 655 min 774 manat 8 qəpik (!) vergi borcu var. Məbləğin həcmindən  məlum olur ki,  borc son aylarda yığılmayıb. Bu isə o deməkdir ki, Meliorasiya və Su Təsərrüfatı ASC-nin idarəsi satınalmalar haqqında mövcud qanunvericiliyi kobud şəkildə pozub. Qanuna görə, məcburi öhdəlikləri yerinə yetirməyən şirkətlər tenderlərdə iştirak edə bilməz. 

Araşdırmalarımız zamanı məlum oldu ki, “Art-Proje” MMC Əhməd Əhmədzadənin rəhbərlik etdiyi qurumdan ən çox tender udan şirkətlərdən biridir. Məsələn, 2010-2017-ci illər arasında keçirilən 51 satınalmanı "Art-Proje" qazanıb. Bunların ümumi məbləği 18 milyon 232 min 507 manat 96 qəpik olub. Maraqlıdır ki, 51 satınalmanın 36-sını Əhməd Əhmədzadənin tabeliyində olan qurumlar keçirib.

27.06.2019 tarixindən indiyə kimi şirkətlə 16 satınalma müqaviləsi bağlanılıb ki, onlardan 10-nu Meliorasiya və Su Təsərrüfatı ASC-nin tabeliyində olan qurumlar keçirib.

Mediada yayılan məlumatlara görə, Əkram Əliyevin “Hidro-M” MMC adlı daha bir şirkəti var. Həmin şirkətin hüquqi ünvanı Sumqayıt şəhəri, məhəllə 15, ev 3/6, mənzil 34-dur. Hazırda reyestr sənədlərində sözugedən şirkətin qanuni təmsilçisi Valeh Xələfov İsa oğludur. Şirkətin qeydiyyat sənədlərinə son dəfə 26.02.2019  tarixində dəyişiklik edilib. 

2003-cü ildə yaradılan “Hidro-M” MMC də son 10 ildə dövlət satınalmalarını ən çox qazanan şirkətlərdən biri olub ki, əksər satınalmaları da  Meliorasiya və Su Təsərrüfatı ASC keçirib. Bu isə deməyə əsas verir ki, Meliorasiya və Su Təsərrüfatı ASC-nin rəhbərliyi ilə Əkram Əliyev arasında hansısa əlaqə var.

Ümumiyyətlə Meliorasiya və Su Təsərrüfatı ASC-nin tabeliyində olan qurumlarınn keçirdiyi əksər tenderlər mövcud qanunvericiliyin tələblərinə əməl olunmadan keçirilir. Səthi araşdırmalar belə bu qurumun keçirdiyi tenderlərdə korrupsiya hallarını ortaya qoymağa kifayət edir.

HƏMÇİNİN OXU:

Əhmədzadədən növbəti sual dolu TENDER - 1 milyonluq müqavilə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Mark Zukerberqin yeni hədəfi bəlli oldu: Süni super zəka

İşdən çıxmalı olduğunuzu göstərən 5 əsas əlamət

Dövlət Məşğulluq Agentliyi 245 min manatlıq lisenziya alır

Enerjiyə tam müstəqillik - Almanlar yeni cihaz yaratdı

Bu şirkətin rəhbərinə “stop” qoyuldu

Bakıda yeni dayanma nöqtələri: Nəqliyyatın axıcılığı artacaqmı?

Bütün peşə sinifləri yox olacaq: Sem Altman 2030-cu illərin dünyasını təsvir etdi

Bu hospitalın 16 min manat vergi borcu üzə çıxıb

"SpaceX "və "Starlink" bir arada: İlon Maska qarşı iddialı rəqib

"Disney" və "Universal"dan süni intellekt şirkətinə qarşı məhkəmə iddiası

Vüqar Qurbanov xəstəxanada ad günü keçirən şöbə müdirini işdən çıxardı

AZCON Holdinqdə yeni təyinat

AZCON Holdinqdə yeni təyinat

Sahil Tahirli vəzifəsindən azad edildi

Bakıda daha 9 yeni skuter parklanma məntəqəsi yaradılıb

Elvin Hüseynov ölkəni tərk edibmiş - Axtarışa verildi+Rəsmi

Kimin müavinəti nə qədər artırıldı?

AQTA-nın "rədd etdiyi" məşhur broyler şirkəti satışa çıxarıldı - MƏBLƏĞ

AQTA-nın "rədd etdiyi" məşhur broyler şirkəti satışa çıxarıldı - MƏBLƏĞ

Ağdam Sənaye Parkına mediatur təşkil edilib

Şuşada 49 milyon manatlıq yaşayış binaları tikiləcək

Bütün zamanların ən yüksək aylıq investisiya daxilolmaları - Kriptovalyutada...

Prezidentdən Şuşa ilə bağlı SƏRƏNCAM

İyulun 1-dən dəfn pulu 600 manat olacaq

Beşdən çox uşağı olan qadınların müavinəti 35 manat artdı

Vətən müharibəsi Qəhrəmanlarına 2 200 manat veriləcək

Azərbaycanda sosial müavinətlər artırıldı - Prezident təsdiqlədi

“Victoria’s Secret”in bərpa planı zərbə aldı - Mənfəət proqnozu gözləntiləri qarşılamadı

“Labubu” oyuncağı qurucusunu Çinin 10 ən varlı şəxsindən birinə çevirdi

Azərbaycanlı təsisçinin qurduğu Payrails 32 milyon dollar investisiya alıb

8,5 milyon manat vergi borcu olan şirkət kimindir?

8,5 milyon manat vergi borcu olan şirkət kimindir?

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin