BAKU Azərbaycan
23.03°C
  • USD
    1.7
  • EUR
    1.9406
  • RUB
    2.1689
  • TRY
    0.0434
  • GBP
    2.2922
8845

Qazax rayon Psixiatriya Xəstəxanası bu gün ümumi məbləği 69 min 200 manat olan 3 satınalma müqaviləsi bağlayıb.

Valyuta.Az xəbər verir ki, kotirovka sorğusu əsasında məbləği 49 min manat olan dəftərxana və təsərrüfat xərclərinin satınalması müqaviləsi “Orman AS” MMC, məbləği 10 min manat olan mətbəə məhsulları üzrə xərclərinin satınalması “Tədarük AS” MMC və məbləği 10 min 200 manat olan digər kommunal xidmətlər haqqının ödənilməsinin satınalması müqaviləsi “Səma” MMC ilə imzalanıb.

Hər 3 şirkətin hüquqi ünvanı Ağstafa rayonunda yerləşir.

10 manat nizamnamə kapitalına malik “Orman AS” MMC-nin hüquqi ünvanı Ağstafa şəhəri, 33-cü məhəllə, ev 0, m 0-dir. Qanuni təmsilçisi isə Elvin Yaqubəliyev Abdi oğludur. Şirkət 12.05.2018 tarixində dövlət qeydiyyatından keçirilib.

21.06.2019 tarixindən indiyə kimi şirkətlə 9 satınalma müqaviləsi bağlanılıb. Satınalma müqavilələrini araşdırdıqda məlum olur ki, “Orman AS” MMC cari təmirdən tutmuş oduncaq, dəftərxana, təsərrüfat malları və yumşaq inventarların satışı ilə məşğul olur. Şirkətin udduğu satınlamalar Qazax və Ağstafa rayonlarını əhatə edir.

Hazırda şirkətin 2222 manat 20 qəpik vergi borcu var.

“Orman As” MMC ilə bağlı internet resurslarında məlumatlar yalnız satınalmalarda qalib gəlməsi ilə bağlıdır.

10.06.2019 tarixində yaradılan və 10 manat nizamnamə kapitalına sahib “Tədarük AS” MMC-nin hüquqi ünvanı Ağstafa rayonu, Qıraq Kəsəmən kəndidir. Şirkətin qanuni nümayəndəsi isə “Orman As” MMC-nin təmsilçisi Elvin Yaqubəliyevin atası Abdi Yaqubəliyev İbrahim oğludur.

05.07.2019 tarixindən indiyə kimi “Tədarük AS” MMC 16 satınalmanın qalibi olub. Abdi Yaqubəliyevin şirkəti də oğlunun şirkəti kimi çox profillidir. Şirkət Qazax və Ağstafa rayonlarında müxtəlif istiqamətlərdə keçirilən satınalmalarda qalib olub.

Şirkətin hazırda 165 manat 72 qəpik vergi borcu var.

“Dövlət Satınalmaları Haqqında” qanuna görə vergi öhdəliklərini yerinə yetirməyən şirkətlərin satınalmalarda iştirakına imkan verilmir. Görünür, dövlətin bu qanunu ata və oğulun şirkətlərinə aid deyil…

06.08.2002 tarixində yaradılan və 10 manat nizamnamə kapitalına malik “Səma” MMC-nin hüquqi ünvanı Ağstafa şəhəri, M.Ə.Sabir, ev 9-dur. Qanuni təmsilçisi isə Yaşar Aslanov İmamverdi oğludur.

25.04.2019 tarixindən indiyə kimi şirkətlə 4 satınalma müqaviləsi bağlanılıb ki, onların 3-nu Bakı Dövlət Universitetinin Qazax Filialı keçirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Mark Zukerberqin yeni hədəfi bəlli oldu: Süni super zəka

İşdən çıxmalı olduğunuzu göstərən 5 əsas əlamət

Dövlət Məşğulluq Agentliyi 245 min manatlıq lisenziya alır

Enerjiyə tam müstəqillik - Almanlar yeni cihaz yaratdı

Bu şirkətin rəhbərinə “stop” qoyuldu

Bakıda yeni dayanma nöqtələri: Nəqliyyatın axıcılığı artacaqmı?

Bütün peşə sinifləri yox olacaq: Sem Altman 2030-cu illərin dünyasını təsvir etdi

Bu hospitalın 16 min manat vergi borcu üzə çıxıb

"SpaceX "və "Starlink" bir arada: İlon Maska qarşı iddialı rəqib

"Disney" və "Universal"dan süni intellekt şirkətinə qarşı məhkəmə iddiası

Vüqar Qurbanov xəstəxanada ad günü keçirən şöbə müdirini işdən çıxardı

AZCON Holdinqdə yeni təyinat

AZCON Holdinqdə yeni təyinat

Sahil Tahirli vəzifəsindən azad edildi

Bakıda daha 9 yeni skuter parklanma məntəqəsi yaradılıb

Elvin Hüseynov ölkəni tərk edibmiş - Axtarışa verildi+Rəsmi

Kimin müavinəti nə qədər artırıldı?

AQTA-nın "rədd etdiyi" məşhur broyler şirkəti satışa çıxarıldı - MƏBLƏĞ

AQTA-nın "rədd etdiyi" məşhur broyler şirkəti satışa çıxarıldı - MƏBLƏĞ

Ağdam Sənaye Parkına mediatur təşkil edilib

Şuşada 49 milyon manatlıq yaşayış binaları tikiləcək

Bütün zamanların ən yüksək aylıq investisiya daxilolmaları - Kriptovalyutada...

Prezidentdən Şuşa ilə bağlı SƏRƏNCAM

İyulun 1-dən dəfn pulu 600 manat olacaq

Beşdən çox uşağı olan qadınların müavinəti 35 manat artdı

Vətən müharibəsi Qəhrəmanlarına 2 200 manat veriləcək

Azərbaycanda sosial müavinətlər artırıldı - Prezident təsdiqlədi

“Victoria’s Secret”in bərpa planı zərbə aldı - Mənfəət proqnozu gözləntiləri qarşılamadı

“Labubu” oyuncağı qurucusunu Çinin 10 ən varlı şəxsindən birinə çevirdi

Azərbaycanlı təsisçinin qurduğu Payrails 32 milyon dollar investisiya alıb

8,5 milyon manat vergi borcu olan şirkət kimindir?

8,5 milyon manat vergi borcu olan şirkət kimindir?

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin