BAKU Azərbaycan
12.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8505
  • 1 Rusiya rublu
    0.0187
  • 1 Türkiyə lirəsi
    0.0528
  • 1 İngiltərə funt sterlinqi
    2.1569
8839

Zaman-zaman sosial şəbəkələr vasitəsilə məlumatların oğurlanması, şəxsi fotoların, videoların yayılması halları ilə qarşılaşırıq. İstər ictimai şəxslər, istərsə də sadə vətəndaşlar bu problemlərlə qarşılaşa bilirlər. Bu cür hallardan şantaj üsulu kimi istifadə edənlər də az deyil. 
 
Maraqlıdır, şəxsi məlumatların oğurlanması, icazəsiz yayılması qanunvericilikdə necə tənzimlənib? 

Vəkillər Kollegiyasının üzvü, vəkil Roman Qaraşov Sfera.az-a açıqlamasında bildirib ki, şəxsi məlumatların yayılması ilə bağlı məlumatlar iki qrupa ayrılır:
"Biri ictimai şəxslərin , digəri isə sıravi vətəndaşların məlumatlarıdır. Adətən ictimai şəxslər, yəni cəmiyyət tərəfindən tanınan simalar barəsində məlumatı həm toplamaq, həm də yayılması ilə bağlı jurnalistlər, o cümlədən digər sahələrin nümayəndələri maraqlı olurlar. Onların hətta küçədə getdikləri yerdə şəkillərinin, videolarının çəkilib yayılması mümkündür və bu, istisna hal kimi qəbul olunmur. Qərb ölkələrinin təcrübəsində də həmin insanlar maraqlı şəxslər qrupuna aid olduqlarına görə, bu cür məlumatları xəbər portallarının dəyərli məlumatlar hissəsinə daxil edirlər”.

Vəkilin sözlərinə görə, sıravi şəxslərin fotolarının götürülməsi, hər hansı saxta hesab, profillər yaradaraq onlardan müəyyən məqsədlər üçün istifadə edilməsi, işgüzar nüfuzunun alçaldılması, eyni zamanda şəxsi adından istifadə etməklə gəlir əldə etməsi məsuliyyət yaradır: 

"Burada şəxsi məlumatların özünü də iki qrupa bölmək olar. Birincisi, şəxsi məlumatların məqsədli istifadəsindən asılı olaraq. Yəni həmin məlumatları əldə etməklə hər hansı bir maraq güdən şəxslər ola bilər. Maraq güdmədən həmin məlumatları əldə etmək lazımdır.  Eyni zamanda onu nüfuzdan salacaq, digər qapalı ola biləcək məlumatlara aid olan məlumatların yayılmasıdır. Bunlar da təbii ki, birmənalı olaraq qadağandır. Şəxsin şərəfi və ləyaqəti, işgüzar nüfuzu  mülki hüquqla qorunan predmentlərə aiddir. Hər hansı təhqir, böhtan olmadan belə məlumatların yayılmasında əgər sui-istifadə hallarına yol  verilibsə, bu zaman mülki icraat barəsində bu kateqoriyadan olan işlərə baxılır.  Bəzən görürük ki, sosial şəbəkələr vasitəsilə nüfuzlu şəxslərin  şəkillərindən istifadə edərək müxtəlif lotereya, mərc oyunlarının reklam çarxları həyata keçirilir. Təbii ki, bu məlumatların şikayət edilməsi, hətta aşkar olunarsa, təqsirləndirilən şəxslərin məsuliyyətə cəlb olunması mümkündür”.
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Anomal havalar aqrar sahəyə ciddi ziyan vurur" - Ekspert

Tikinti şirkəti sakinləri zorla evlərindən çıxarmaq istəyir? - Nəsimi rayonunda qalmaqal

Keçmiş əməkdaşı Dövlət Məşğulluq Agentliyini məhkəməyə verdi

"XƏMƏCOĞLU AGRO" cərimələnə bilər

"Microsoft" köhnə kompüterlərdə "Edge" vasitəsilə internetə çıxışı qadağan edəcək

“Hökumət evi”ndə 1 milyonluq təmir

Rusiyada qalan Avropa bankları mənfəətlərini üç dəfə artırıblar - Bloomberg

Dövlət qurumu ilə MTK üz-üzə

Alimlər günəş enerjisindən istifadə edərək 1000 °C-dən yuxarı temperatur əldə etdi

"Molokan" bağının ətrafı niyə "hasarlanıb"? - BŞİH açıqladı

"Kral Təbabət" əhalinin sağlamlıq hüququnu pozur

Ukrayna işığa həsrət qala bilər - YASNO çox çətin dövrün nə vaxt başlayacağını bildirdi

Prezident Heydər Əliyev Fondunun əməkdaşlarını təltif etdi

Nazir baş həkimi işdən çıxdı - Yeni təyinat

“Qafqaz Auto” məhkəmə qarşısında

Özəl xəstəxanalara nəzarət mexanizmi - Yeni qurum hansı işləri görəcək? (ŞƏRH)

Estoniya Rusiya aktivlərinin Kiyevə verilməsi haqqında qanun qəbul etdi

Bakının darboğazlarında hərəkətin yenidən təşkili üzrə layihələrin icrasına başlanılıb

Qarabağ Universitetinə mətbuat katibi axtarılır

Fidan Tofidi departament rəhbəri təyin edildi

Fidan Tofidi departament rəhbəri təyin edildi

Bolqarıstan "Qazprom"dan 400 milyon avro tələb edir

Nazirlikdən yarım milyonluq nəqliyyat sövdələşməsi

Qusarda ağacların kəsilməsinə görə bələdiyyə sədri həbs edildi

Sevdiyimiz, yoxsa gəlirli peşəni seçək?

Sabah güclü külək olacaq - SARI XƏBƏRDARLIQ

Ölkəyə gətirilən hibrid avtomobillərin qiyməti kəskin bahalaşıb

AK "Instagram" və "Facebook"la bağlı araşdırmaya başladı

Prezidentlər "Caspian Agro" və "InterFood Azerbaijan" sərgiləri ilə tanış oldu

Sumqayıtda mənzil qiymətləri niyə bahalaşır?

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin