BAKU Azərbaycan
15.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8505
  • 1 Rusiya rublu
    0.0187
  • 1 Türkiyə lirəsi
    0.0528
  • 1 İngiltərə funt sterlinqi
    2.1569
7956

Kənd Təsərrüfatı Nazirliyinin (KTN) Ekoloji Menecment sisteminin idarə olunması üçün dövlət büdcəsindən vəsait ayrılmasına münasibət bildirən beynəlxalq standartlaşdırma üzrə mütəxəssis, “Bureau De Qualit” şirkətinin rəhbəri Asif İbrahimov bu addımı kəskin tənqid edib.

Valyuta.Az-ın verdiyi xəbərə görə, söhbət ötən ilin dekabrında KTN tərəfindən  İSO 14001:2015 standartının sertifikatlaşdırılmasından gedir.  İSO 14001:2015 Ekoloji Menecment Sisteminin idarəolunması standartıdır. Bu standart adətən istehsal müəssisələrində ətraf mühitə təsirin qarşısının alınması, ekoloji aspektlərin qiymətləndirilməsi və nəzarət altına alınması məqsədi ilə tətbiq edilir. 

Ekspert bununla bağlı Kənd Təsərrüfatı Nazirliyinə bir çox suallar ünvanlayıb və izahat istəyib:

“Azərbaycan ictimaiyyətinə izah edə bilərsinizmi ki, İSO 14001:2015 Ekoloji Menecment Sisteminin İdarəolunması sisteminin tətbiq edilməsinin Sizin fəaliyyətinizə nə kimi müsbət təsiri vardır?

Nazirliyiniz ətraf mühitə necə təsir göstərir ki, dövlət büdcəsindən Ekoloji Menecment sisteminin idarə olunması sistemi üçün vəsait ayırtdırırsınız? Fəaliyyətiniz nəticəsində hansı ekoloji aspektlər yaranmaqdadır ki, siz İSO 14001:2015 standartının tətbiq edilməsini, dövlət büdcəsindən buna vəsait ayrılmasını labüd bildiniz?

Fəaliyyətiniz nəticəsində yaranmış tullantılar hər halda mətbəxdən çıxmış məişət və ya başqa növ tullantılar deyil. Bəlkə biz bilmirik, fəaliyyətiniz nəticəsində yanacaq-sürtkü materialları və ya təhlükəli tullantılar yaranmamqdadır?

İSO 56002:2019 İnnovasiyaların İdarəolunması Sistemini tətbiq etsəydiniz, mən sizi alqışlayardım. Amma sizin üçün ən lazımsız standartın tətbiq edilməsinə dövlət büdcəsindən vəsait ayırtdırdınız.

Düşünürəm ki, bir çox dövlət qurumunda İSO 37001:2016 Rüşvət Əleyhinə İdarəetmə Sistemləri standartları hökmən tətbiq edilməlidir. Bu kimi “partizanlıqlar” nəzarət altına götürülsə, xalqımız və dövlətimiz üçün daha faydalı olacağını düşünürəm”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Rusiyada qalan Avropa bankları mənfəətlərini üç dəfə artırıblar - Bloomberg

Dövlət qurumu ilə MTK üz-üzə

Alimlər günəş enerjisindən istifadə edərək 1000 °C-dən yuxarı temperatur əldə etdi

"Molokan" bağının ətrafı niyə "hasarlanıb"? - BŞİH açıqladı

"Kral Təbabət" əhalinin sağlamlıq hüququnu pozur

Ukrayna işığa həsrət qala bilər - YASNO çox çətin dövrün nə vaxt başlayacağını bildirdi

Prezident Heydər Əliyev Fondunun əməkdaşlarını təltif etdi

Nazir baş həkimi işdən çıxdı - Yeni təyinat

“Qafqaz Auto” məhkəmə qarşısında

Özəl xəstəxanalara nəzarət mexanizmi - Yeni qurum hansı işləri görəcək? (ŞƏRH)

Estoniya Rusiya aktivlərinin Kiyevə verilməsi haqqında qanun qəbul etdi

Bakının darboğazlarında hərəkətin yenidən təşkili üzrə layihələrin icrasına başlanılıb

Qarabağ Universitetinə mətbuat katibi axtarılır

Fidan Tofidi departament rəhbəri təyin edildi

Fidan Tofidi departament rəhbəri təyin edildi

Bolqarıstan "Qazprom"dan 400 milyon avro tələb edir

Nazirlikdən yarım milyonluq nəqliyyat sövdələşməsi

Qusarda ağacların kəsilməsinə görə bələdiyyə sədri həbs edildi

Sevdiyimiz, yoxsa gəlirli peşəni seçək?

Sabah güclü külək olacaq - SARI XƏBƏRDARLIQ

Ölkəyə gətirilən hibrid avtomobillərin qiyməti kəskin bahalaşıb

AK "Instagram" və "Facebook"la bağlı araşdırmaya başladı

Prezidentlər "Caspian Agro" və "InterFood Azerbaijan" sərgiləri ilə tanış oldu

Sumqayıtda mənzil qiymətləri niyə bahalaşır?

Belarus Azərbaycana birgə əczaçılıq müəssisələri yaratmağı təklif edib

Bu il Azərbaycanda 600 kiloqrama yaxın qızıl istehsal olunub – Rəqəmlərdə azalma

"Yapı Kredi Bank"ın kredit portfelinin tərkibi I rübdə necə dəyişib?

Ən ucuz qatlanan smartfon satışa çıxarıldı

Azərbaycanda bu kənddəki tarixi evlər bərpa olunacaq

Azərbaycan və Belarusun üç şəhəri qardaşlaşdı

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin