BAKU Azərbaycan
17.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8227
  • 1 Rusiya rublu
    0.0185
  • 1 Türkiyə lirəsi
    0.0522
  • 1 İngiltərə funt sterlinqi
    2.1249
7836

Kənd Təsərrüfatı Nazirliyinin regional aqrokimya laboratoriyalarında torpaqların aqrokimyəvi analizləri davam edir. Bu sahədə işin mərhələli təşkilinə uyğun olaraq 2021-ci ildən 10 hektar və daha çox sahəsi olan fermerlərin torpaqları aqrokimyəvi analizlərə cəlb olunur. 

Torpaq analizlərinin nəticələri payızlıq əkinlərin bəyanı ilə əlaqədar keçirilən monitorinqlərin nəticələri ilə birlikdə Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminə EKTİS daxil ediləcək. Məlumatlar EKTİS-ə daxil edildikdən sonra əkin subsidiyalarının ödənilməsi həyata keçiriləcək.

Nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən bildiriblər ki, respublikanın 11 bölgəsində ən müasir avadanlıqlarla təchiz edilmiş regional aqrokimya laboratoriyalarında torpaqların aqrokimyəvi analizi fermerlərə torpağın qida elementlərinə olan ehtiyacını, bitkiyə lazım olan gübrə növünü müəyyənləşdirməyə imkan verir, habelə ölkənin aqrokimyəvi torpaq xəritələrinin hazırlanmasına xidmət edir.

Torpaq nümunələrinin baza analiz paketinə torpağın pH-ı, duzluluq (EC), mütəhərrik fosfor (P2O5), mənimsənilən kalium (K2O) və ümumi azot ( N ) daxildir. Paketin bir nümunə üçün qiyməti 28 manat təşkil edir. Analiz üçün əkin sahələrindən hər 5 hektardan bir nümunə götürülməsi məqsədəmüvafiqdir.

Fermerlər “Aqrokimyəvi analizlərin aparılması üçün nümunələrin götürülmə təlimatı”na uyğun olaraq sahələrindən torpaq nümunələrini özləri götürərək laboratoriyalara təqdim edə bilər. Torpaq nümunələri götürülmüş yerlərin coğrafi koordinatları mütləq qeyd edilməlidir. Fermerlər müvafiq təlimatla Aqrar Xidmətlər Agentliyinin rəsmi internet səhifəsində (www.axa.gov.az) və sosial media hesablarında tanış ola bilər.

On hektardan çox sahəsi olan fermerlər öz torpaq nümunələrini təqdim edəcəkləri laborarotiyalar haqqında, habelə Dövlət Aqrar İnkişaf mərkəzlərindən də məlumat ala bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Avropanın ən işlək hava limanı bəlli oldu

Azərbaycana ən çox turist bu ölkələrdən gəlir

Kökündən çıxan ağac marşrut avtobusunun üstünə düşdü - Foto

Zərərli qidaları neçə gündən bir yemək təhlükəsizdir? - Mütəxəssisdən AÇIQLAMA

ABŞ yeni "qiyamət təyyarəsi" hazırlatdırır - 13 milyard ayrıldı

Gürcüstanın balıq tədarük etdiyi əsas satış bazarı - Azərbaycan

Robotlar dünyanı ələ keçirəcək? – Astroloq danışdı

Geostasionar orbitlərdəki peyk rabitəsi vasitələrinin özəlləşdirilməsinə icazə verilib

Bu ölkə liderləri COP29-da iştirak edəcək

Dövlət Neft Fondu bu iki nəhəng şirkətin səhmlərini alıb

Prezidentdən Mikayıl Cabbarov və Samir Şərifovla bağlı sərəncam

Azərbaycanda çörəyin qiyməti ucuzlaşacaq? (AÇIQLAMA)

Bakı daha bir tədbirə ev sahibliyi edəcək

Sahibkarlıq sahəsində fərqlənən bəzi şəxslər “Tərəqqi” medalı ilə təltif edilib

Azərbaycanda qəribə kənd adları: Mırtı, Potu, Soğanverdilər və s...

Bu tikinti materialları bahalaşacaq

Smartfonlar Azərbaycana hansı ölkələrdən və neçəyə gətirilir? - TAM SİYAHI

Girişində “7/24” yazılan bəzi apteklər gecələr niyə işləmir?

Genişzolaqlı internetin sürəti 38 % artıb

Bakının 7 kilometrliyində evlər kütləvi satışa çıxarıldı - Ucuz qiymətə...

“Məcburi köçkünlər qayıtdıqca bu mənzillərin qiyməti enəcək” – Açıqlama

Bazar günü Bakıda 31 dərəcə isti olacaq

Sizdən xəbərsiz adınıza şirkət açıblarsa ..? - Diqqət!

Elektrikli Gelendvagen Mercedes-Benz G580 təqdim olundu

“Titanik”in ən zəngin sərnişininin cəsədindən çıxarılan qızıl cib saatı hərraca çıxarılıb

İctimai TV-yə yeni Baş direktor müavini təyin edildi (FOTO)

Bu ərazilər tezliklə plana düşəcək

Bakıda ailə ilə şam yeməyi 200 manata başa gəlir

Rusiyadan miqrantlarla bağlı açıqlama

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin