BAKU Azərbaycan
13.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8505
  • 1 Rusiya rublu
    0.0187
  • 1 Türkiyə lirəsi
    0.0528
  • 1 İngiltərə funt sterlinqi
    2.1569
7600

Azərbaycan banklarında xarici ölkə vətəndaşlarına məxsus olan əmanətlərin həcmində azalma ötən il bir qədər də güclənib. Rəsmi statistikaya əsasən əsnəbilərin banklardakı pulu 153,4 milyon manat və ya 35,3 faiz azalıb.

Xatırladaq ki, 2019-cu ilin sonunda Azərbaycan banklarında əcnəbilərə aid olan 434,2 milyon manat dəyərində əmanət var idi. 2020-ci il ərzində həmin əmanətlərin önəmli hissəsi çıxarılıb və banklarda qalan əmanətlərin dəyəri 281 milyon manata enib.

Ötən il martdan əcnəbilər əmanətlərini daha böyük sürətlə çıxartmağa başlayıb. Fevralda əmanətlərin dəyəri 621 milyon manatı ötdüyü halda iyunun sonunda 355 milyona, dekabrın sonunda 280 milyona enib.

Əcnəbilərin əmanətlərində azalma 2015-ci ildən sonra böyük sürət alıb. Həmin ildə banklarda 1,233 milyard manat dəyərində əcnəbilərə məxsus əmanət var idi. 2016-cı ildə əmanət məbləği 967 milyon manata, 2017-ci ildə 745 milyon manata düşdü. 2018-ci ildə əcnəbilər banklardakı pullarını bir qədər artırıb 764 milyon manata çatdırsa da sonrakı illərdə azalma davam etdi və 2019-cu ildə 434 milyon manata gerilədi.

2015-ci illə müqayisədə əcnəbilərin banklarımızdakı əmanətinin dəyəri 952 milyon manat, yaxud 4,39 dəfə azalıb. Kəskin azalma nəticəsində əcnəbilərin əmanətlərinin ümumi əmanətlərdə payı 13 faizdən 3,43 faizə düşüb.

Statistika göstərir ki, əcnəbilərin əmanətlərindəki azalma əsasən xarici valyutada olan hissənin azalması hesabına baş verib. Belə ki, 2019-cu ilin sonunda əcnəbilərə məxsus manatla əmanətlərin dəyəri 122 milyon manat olduğu halda 2020-ci ilin sonunda 115 milyon manat olub. Göründüyü kimi, manatla olan əmanətlərdə azalma cüzidir. Amma xarici valyutada olan əmanətlərdə azalma olduqca yüksəkdir. Müqayisə edilən bir il ərzində xarici valyutada olan əmanətlərin dəyəri 312 milyon manatdan 166 milyon manata düşüb.// Sfera.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Anomal havalar aqrar sahəyə ciddi ziyan vurur" - Ekspert

Tikinti şirkəti sakinləri zorla evlərindən çıxarmaq istəyir? - Nəsimi rayonunda qalmaqal

Keçmiş əməkdaşı Dövlət Məşğulluq Agentliyini məhkəməyə verdi

"XƏMƏCOĞLU AGRO" cərimələnə bilər

"Microsoft" köhnə kompüterlərdə "Edge" vasitəsilə internetə çıxışı qadağan edəcək

“Hökumət evi”ndə 1 milyonluq təmir

Rusiyada qalan Avropa bankları mənfəətlərini üç dəfə artırıblar - Bloomberg

Dövlət qurumu ilə MTK üz-üzə

Alimlər günəş enerjisindən istifadə edərək 1000 °C-dən yuxarı temperatur əldə etdi

"Molokan" bağının ətrafı niyə "hasarlanıb"? - BŞİH açıqladı

"Kral Təbabət" əhalinin sağlamlıq hüququnu pozur

Ukrayna işığa həsrət qala bilər - YASNO çox çətin dövrün nə vaxt başlayacağını bildirdi

Prezident Heydər Əliyev Fondunun əməkdaşlarını təltif etdi

Nazir baş həkimi işdən çıxdı - Yeni təyinat

“Qafqaz Auto” məhkəmə qarşısında

Özəl xəstəxanalara nəzarət mexanizmi - Yeni qurum hansı işləri görəcək? (ŞƏRH)

Estoniya Rusiya aktivlərinin Kiyevə verilməsi haqqında qanun qəbul etdi

Bakının darboğazlarında hərəkətin yenidən təşkili üzrə layihələrin icrasına başlanılıb

Qarabağ Universitetinə mətbuat katibi axtarılır

Fidan Tofidi departament rəhbəri təyin edildi

Fidan Tofidi departament rəhbəri təyin edildi

Bolqarıstan "Qazprom"dan 400 milyon avro tələb edir

Nazirlikdən yarım milyonluq nəqliyyat sövdələşməsi

Qusarda ağacların kəsilməsinə görə bələdiyyə sədri həbs edildi

Sevdiyimiz, yoxsa gəlirli peşəni seçək?

Sabah güclü külək olacaq - SARI XƏBƏRDARLIQ

Ölkəyə gətirilən hibrid avtomobillərin qiyməti kəskin bahalaşıb

AK "Instagram" və "Facebook"la bağlı araşdırmaya başladı

Prezidentlər "Caspian Agro" və "InterFood Azerbaijan" sərgiləri ilə tanış oldu

Sumqayıtda mənzil qiymətləri niyə bahalaşır?

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin