BAKU Azərbaycan
17.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8227
  • 1 Rusiya rublu
    0.0185
  • 1 Türkiyə lirəsi
    0.0522
  • 1 İngiltərə funt sterlinqi
    2.1249
7193

Azərbaycanda dövlət mülkiyyətində olan irili-xırdalı çoxsaylı müəssisə var. Onların bəziləri mənfəətlə işləsə də, bəziləri, xüsusən də iri müəssisələrin əksəriyyəti zərərlə işləyir. Buna görə də dövlət məcbur qalıb, büdcədən həmin müəssisələrə subsidiya verir.
 
Zərərlə işləyən dövlət müəssisələri dövlət büdcəsinin səmərəliliyini yalnız aldığı subsidiyalarla aşağı salmır. Həm də xaricdən cəlb edilən borcların müəyyən hissəsi həmin müəssisələrin investisiya layihələrini maliyyələşdirmək üçün istifadə olunur. Xaricdən cəlb edilən həmin vəsaitlərin bir hissəsi dövlət büdcəsinin hesabına qaytarılır. Qeyd edilən hallar dövlət büdcəsindən sosial məqsədlər üçün daha çox vəsait ayrılmasının qarşısını alır.
 
Sfera.az Hesablama Palatasının rəylərinə əsasən bildirir ki, 2019-cu ildə dövlət büdcəsinin ayrı-ayrı istiqamətlərindən 30 iri dövlət müəssisəsinə ümumilikdə 3,955 milyard manat məbləğində vəsait ayrılıb. Bu məbləğin 3,054 milyard manatı və ya 77,2%-i dövlət əsaslı vəsait qoyuluşu, 545,4 milyon manatı və ya 13,7%-i əvvəlcədən bölgüsü müəyyənləşdirilən xərclər, 251,2 milyon manatı və ya 6,3%-i birdəfəlik təyinatlı və tədbirlər üzrə xərclər, 100,9 mln. manatı və ya ya 2,6%-i Ehtiyat Fondları, 3,7 milyon manatı və ya 0,2%-i büdcədənkənar xərclər üzrə olub.

Beynəlxalq təcrübənin təhlili göstərir ki, dövlət müəssisələri dövlət maliyyəsinə və büdcə dayanıqlılığına təsirə malik olmaqla risk mənbəyi kimi hesab edilir. Burada nəzərəçarpan məqam bir sıra dövlət müəssisələrinin dövlət büdcəsindən istifadə etdiyi vəsaitlərin büdcəyə verdikləri töhfədən çox olması ilə bağlıdır.

Hesablama Palatası tərəfindən 6 iri dövlət vergi ödəyicisi üzrə dövlət büdcəsindən icra olunan vəsait ilə onların dövlət büdcəsinə ödənişləri (vergi orqanları tərəfindən daxilolmalar) müqayisə edilib.
 
Müqayisə göstərir ki, "Azərbaycan Hava Yolları” QSC istisna olmaqla digər 5 iri vergi ödəyicisi tərəfindən dövlət büdcəsinə ödənilən vergi və digər ödənişlərin məbləği həmin müəssisələr tərəfindən dövlət büdcəsindən icra olunan vəsaitdən az olub. Belə ki, büdcəyə "Azərbaycan Dəmir Yolları” QSC 10,8 milyon manat ödədiyi halda, büdcədən 652 milyon manat, "Azərsu" Səhmdar Cəmiyyəti 24,6 milyon manat qarşılığında 483,7 milyon manat, Dövlət Neft Şirkəti "Azəriqaz" Səhmdar Cəmiyyəti 34,2 milyon manat ödədiyi halda 462,3 milyon manat, "Azərenerji" Səhmdar Cəmiyyəti 90,8 milyon manata qarşılıq 403 milyon manat, "Xəzər Dəniz Gəmiçiliyi" QSC 24,5 milyon manat ödədiyi halda 44 milyon manat, "Azərbaycan Hava Yolları” QSC 35,9 milyon manat ödədiyi halda 10 milyon manat subsidiya alıb. Adıçəkilən böyük şirkətlərin büdcədən aldğı subsidiya 2 milyard manatdan çoxdur.
 
Dövlət şirkətləri büdcədən 4 milyard manat subsidiya aldığı halda büdcəyə cəmi 1,847 milyard manat ödəniş ediblər. Bu ödənişin də 1,411 milyard manatını SOCAR verib. Digər şirkətlərin payına 436 milyon manat düşüb. Bu qədər vəsaiti yuxarıda adı çəkilən şirkətlərin hər birinə ödənilib.
 
Dövlət Vergi Xidməti xətti ilə dövlət büdcəsinə təmin edilən gəlirlərin tərkibində dövlət mülkiyyətində olan müəssisələrin payı 24,1% təşkil edib.
 
Dövlət müəssisələrinin fəaliyyəti nəticəsində yaranan xarici borc da çoxdur. 2020-ci ilin əvvəlində dövlətin xarici borcu 9,091 milyard dollar olub. Bunun 390 milyon dolları "Meliorasiya və su təsərrüfatı” ASC-yə, 970,3 milyon dolları "Azərsu"ya, 885,8 milyon dolları "Azərbaycan Dəmir Yolları” ASC-yə verilib.
 
Bağlanan müqavilələrə əsasən "Meliorasiya və su təsərrüfatı” ASC-yə görə 627,1 milyon dollar, "Azərsu"ya görə 1,269 milyard dollar, "Azərbaycan Dəmir Yolları” ASC-yə görə 1,368 milyard dollar əlavə borc alınacaq.

Sadalanan faktlar göstərir ki, dövlət şirkətləri dövlət büdcəsi üçün ağır yükdür. Şirkətlərin xərclərinin hansı mənbələr hesabına artması, ayrılan subsidiyaların hansı məqsədlə istifadə edilməsi məlum deyil. Çünki şirkətlərin fəaliyyətində hesabatlılıq və şəffaflıq yoxdur, zəruri məlumatlara çıxış imkanları məhduddur.
 
Şirkətlərin idarə edilməsi nəticəsində yaranan ağır maliyyə təminatı idarəetmənin düzgün təşkil edilməməsindən qaynaqlanır. Buna görə də dövlət başçısının müvafiq fərmanı ilə İnvestisiya Holdinqi yaradıldı və iri dövlət şirkətlərinin idarə edilməsi Holdinqə həvalə olundu.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Avropanın ən işlək hava limanı bəlli oldu

Azərbaycana ən çox turist bu ölkələrdən gəlir

Kökündən çıxan ağac marşrut avtobusunun üstünə düşdü - Foto

Zərərli qidaları neçə gündən bir yemək təhlükəsizdir? - Mütəxəssisdən AÇIQLAMA

ABŞ yeni "qiyamət təyyarəsi" hazırlatdırır - 13 milyard ayrıldı

Gürcüstanın balıq tədarük etdiyi əsas satış bazarı - Azərbaycan

Robotlar dünyanı ələ keçirəcək? – Astroloq danışdı

Geostasionar orbitlərdəki peyk rabitəsi vasitələrinin özəlləşdirilməsinə icazə verilib

Bu ölkə liderləri COP29-da iştirak edəcək

Dövlət Neft Fondu bu iki nəhəng şirkətin səhmlərini alıb

Prezidentdən Mikayıl Cabbarov və Samir Şərifovla bağlı sərəncam

Azərbaycanda çörəyin qiyməti ucuzlaşacaq? (AÇIQLAMA)

Bakı daha bir tədbirə ev sahibliyi edəcək

Sahibkarlıq sahəsində fərqlənən bəzi şəxslər “Tərəqqi” medalı ilə təltif edilib

Azərbaycanda qəribə kənd adları: Mırtı, Potu, Soğanverdilər və s...

Bu tikinti materialları bahalaşacaq

Smartfonlar Azərbaycana hansı ölkələrdən və neçəyə gətirilir? - TAM SİYAHI

Girişində “7/24” yazılan bəzi apteklər gecələr niyə işləmir?

Genişzolaqlı internetin sürəti 38 % artıb

Bakının 7 kilometrliyində evlər kütləvi satışa çıxarıldı - Ucuz qiymətə...

“Məcburi köçkünlər qayıtdıqca bu mənzillərin qiyməti enəcək” – Açıqlama

Bazar günü Bakıda 31 dərəcə isti olacaq

Sizdən xəbərsiz adınıza şirkət açıblarsa ..? - Diqqət!

Elektrikli Gelendvagen Mercedes-Benz G580 təqdim olundu

“Titanik”in ən zəngin sərnişininin cəsədindən çıxarılan qızıl cib saatı hərraca çıxarılıb

İctimai TV-yə yeni Baş direktor müavini təyin edildi (FOTO)

Bu ərazilər tezliklə plana düşəcək

Bakıda ailə ilə şam yeməyi 200 manata başa gəlir

Rusiyadan miqrantlarla bağlı açıqlama

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin