BAKU Azərbaycan
28.03°C
  • USD
    1.7
  • EUR
    1.9425
  • RUB
    2.1533
  • TRY
    0.0434
  • GBP
    2.2992
71187

"Cari ilin sonu, 2026-cı ilin birinci rübünə qədər manata münasibətdə hər hansı bir təzyiq gözlənilmir”.

Valyuta.az xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Fuad İbrahimov son zamanlar Azərbaycanın ticarət balansında idxalın artması, ixracın isə azalması fonunda manatı gözləyən aqibət barədə danışarkən deyib:

"Nəzərə almaq lazımdır ki, son iki ildə idxal artır, ixrac isə azalır. Belə vəziyyətin yaranmasının əsas səbəbi neft hasilatının azalması ilə bağlıdır. Ölkə iqtisadiyyatı hələ də 90 faiz civarında neft amilindən, karbohidrogen ehtiyatlarının ixracından asılıdır. Neft hasilatı isə azalır. Bununla yanaşı dünya bazarlarında neftin qiyməti aşağı düşür. Fevral ayında brent markalı neftin bir barreli 82 dollar idisə, hazırda 65 dollardan aşağıdır. Amma hələlik ticarət balansı müsbət olaraq qalır. Bu səbəbdən hələlik manata qarşı hər hansı bir təzyiq yoxdur. Cari ilin sonuna qədər olan proqnozlar göstərir ki, tədiyyə balansımızda hər hansı bir mənfi saldo yaranmayacaq. Deməli, ilin sonu, hətta 2026-cı ilin birinci rübünə qədər manata münasibətdə hər hansı bir problem gözlənilmir”. 

Ekspert qeyd edir ki, yalnız tədiyyə balansında mənfi mənzərə yaranacağı təqdirdə manata qarşı təzyiqlər arta bilər. 

Qeyd edək ki, son zamanlar Azərbaycanın ticarət balansında idxalın artması, ixracın isə azalması tendensiyası müşahidə edilir. Belə ki, 2025-ci ilin yanvar-aprel aylarında Azərbaycanın xarici ticarət dövriyyəsi 16 milyard 917,6 milyon dollara bərabər olub. Bu da ötən ilin eyni dövrünə nisbətən çoxdur. Ötən ilin ilk dörd ayında bu rəqəm 13,6 milyard dollar olub. Dövlət Gömrük Komitəsinin məlumatına görə, son bir ildə ölkə üzrə ixrac 8 milyard 784.7 milyon dollar (7,5 faiz artım), idxal isə 8 milyard 132,9 milyon dollar (48,8 faiz artım) təşkil edib. Yəni xarici ticarət dövriyyəsində cəmi 651,79 milyon dollarlıq müsbət saldo yaranıb. Bu rəqəm isə ötən ilin eyni dövrünə nisbətən 4,1 dəfə azdır. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Bağlanmış bankların əmanətçilərinə nə qədər vəsait qaytarılıb?

Yapon şirkəti Çin qərarından sonra məşhur modelin istehsalını dayandırdı

Kəmaləddin Heydərov əmr imzaladı

Mərkəzi Bank yeni binanın pulunu bir ilə çıxarıb

Mərkəzi Bank: Bank sektorunun müddətli xarici borcu 23%-dən çox artıb

Nazir ona vəzifə verdi - FOTO

“S&P” Azərbaycanın bank sektorunun risk qiymətləndirməsini sabit saxlayıb

“S&P” Azərbaycanın bank sektorunun risk qiymətləndirməsini sabit saxlayıb

Lisey və gimnaziyalara imtahan vaxtı açıqlandı

İcra Hakimiyyətinin şöbə müdirinə elektron qolbaq taxıldı

Qlobal şirkətdə iş istəyənlər üçün QIZIL QAYDALAR

Türkiyəli iş adamının Azərbaycanda yaratdığı 34 milyonluq aviaşirkət bağlanır

Bu yolda hərəkət istiqaməti dəyişdirilir

"JPMorgan"dan kriptovalyuta ilə bağlı qərar

Saatlıq əməkhaqqı sistemi vətəndaşlara nə qazandıracaq?

Saatlıq əməkhaqqı sistemi vətəndaşlara nə qazandıracaq?

Azərbaycan nefti ucuzlaşıb

“Azsığorta”da yeni təyinat

Hərəyə 10 manat qoyub başlamışdılar - 16 yaşda qurulan biznesin hekayəsi

İran Azərbaycana 9 manatdan pivə satıb

Şəhərin mərkəzdəki "Residence the Private Room" obyekti satışdadır - QİYMƏT

Tramp 12 ölkəyə girişi qadağan etdi

Avro bahalaşdı - Günün məzənnəsi

Rəqəmsal bazar geriləyərkən, "Ethereum" dəyərlənir

Böyümək dəyər yaratmağın yeganə yolu deyil - Şirkətlər başqa hansı yollarla dəyərlənir? - SƏHƏR OXUSU

Böyümək dəyər yaratmağın yeganə yolu deyil - Şirkətlər başqa hansı yollarla dəyərlənir? - SƏHƏR OXUSU

"Intel" yeni tərəfdaşlıqla yaddaş bazarına qayıdır

Səhiyyə Nazirliyinin bu qurumunun 100 minlik borcu var

Bu universitetdə yarım milyonluq laboratoriya qurulacaq

Psixoloji qiymət siyasəti nədir?

Bir km-dən millimetrlik yazıları oxuya bilən lazer sistemi hazırlandı

Azərbaycana bu təşkilatın yarım milyondan çox borcu var

Azərbaycana bu təşkilatın yarım milyondan çox borcu var

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin