BAKU Azərbaycan
28.03°C
  • USD
    1.7
  • EUR
    1.9425
  • RUB
    2.1533
  • TRY
    0.0434
  • GBP
    2.2992
71183

Havaların isinməsi ilə birlikdə yay tətili planları da canlanmağa başlayır. Dəniz, dağlar, istirahət mərkəzləri və təbiət qoynunda sərinlik axtaranların sayı hər il artır. 

Bəs bu yay bizi nələr gözləyir? Yerli və xarici turistlər haraya üz tutacaq? 

Valyuta.az xəbər verir ki, mövzu ilə bağlı Ölkə.az-a danışan turizm eksperti Ceyhun Aşurov bildirib ki, yay ayları insanların ən çox səyahət, istirahət etdiyi bir dövrdür. 

Onun sözlərinə görə, bütün dünyada bu dövrdə tələbat artır, ölkəmizdə də yerli və xarici turistlərin aktivliyi gözlənilir:

“Hazırkı geosiyasi şəraitdə vəziyyətin əvvəlki illərlə müqayisədə bir qədər fərqli olması təbiidir. Çünki şimal ərazidə Rusiya-Ukrayna müharibəsi əlbəttə ki, bütün bu konyunkturaya təsir edir.

Bilirik ki, bu il turizmin Azərbaycan üçün bərpa dövrü olacaq. Çünki Azərbaycanda hələ göstəricilər tam 2019-cu il səviyyəsinə gəlməyib. 2019-cu ildə ölkəmizə ən çox əcnəbi turist təxminən 3,2 milyon gəlməyinə baxmayaraq, keçən il Azərbaycana 2,6 milyon əcnəbi gəlmişdi. Bu da onu göstərdi ki, hələ Azərbaycanda turizm bazarı tam bərpa olmamışdı. Baxmayaraq ki, 2024-cü il dünya turizm bazarı üçün bərpa dövrü sayılır, göstəricilər “Covid-19” pandemiyasından öncəki göstəricilərə yaxınlaşmışdı. Amma hələ ki, Azərbaycanda bu bərpa tam şəkildə olmayıb. Təbii ki, quru sərhədlər bağlıdır. Bu da öz təsirini göstərir”. 

Ekspert qeyd edib ki, qonşu ölkələrdən gələn turistlərin sayı əvvəlki illə müqayisədə azdır:

“Hansı ki, ən çox ölkəmizə məhz qonşu ölkələrdən - Gürcüstan, Rusiya, Türkiyə, İrandan gəlirdi. Mövcud vəziyyətə əsasən, bu, öz təsirini göstərməmiş deyil. Qiymətlərin keçən ildən o qədər də fərqli olmayacağını düşünürük. Çünki biz deməzdik ki, keçən illə müqayisədə qiymətlər artacaq. Amma ən çox istehlak olunan və turistlərin çox getdiyi regionlar Bakıya yaxın ərazilərdir. Paytaxtdan elə də uzaq olmayan və turizm infrastrukturu olan Qəbələ, Şəki, Şamaxı, Quba, Qusar və cənub regionlarını bura aid etmək olar”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

“Starlink” Azərbaycanda rəsmi qeydiyyata alınıb

Dövlət büdcəsinin gəlirləri açıqlandı

Saleh Məmmədov bu qurumun rəisini dəyişdi

Saleh Məmmədov bu qurumun rəisini dəyişdi

Azərbaycan Çinə toyuq ayaqları ixrac edəcək

"Swift" avtomobillərinin istehsalı dayandırıldı - Səbəbi isə...

“Şinkar Holdinq” Xocalıda 63 evin təmiri üçün 3,3 milyon alacaq

Bakıdan Qazaxa ilk dəfə sürət qatarları ilə sərnişin daşımalarına start verilir

WUF13-ün 2026-cı ildə Bakıda keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsi yaradılıb

Növbəti “Sıfır Tullantı” həmrəylik marafonu 5 İyun – Ümumdünya Ətraf Mühit Gününə həsr olunub®

Gənclər sosial təsir üçün yarışdı - Trendyol və PAŞA Holding ideya marafonu təşkil etdi®

Mobil operatorların gəlirləri açıqlandı

Mobil operatorların gəlirləri açıqlandı

Qadağan olunan lüks məhsullar - SİYAHI, ÖLKƏLƏR

Fond fermerlərə 4 milyonluq ödəniş edib

Bu tarixdə şənbə günü iş olacaq

AccessBank-da yeni təyinat

"Citigroup" 3500 nəfəri işdən çıxaracaq

Çin Trampa görə "Apple"a qadağa qoydu

Metro işçiləri nə qədər qazanır?

Alimlər yeni iqlim fenomenini aşkar etdilər: Quraqlıqları iki dəfə gücləndirib

“Report”a yeni baş redaktor təyin olundu

Bu ölkədən Azərbaycana quşçuluq məhsullarının idxalına məhdudiyyət qoyuldu

Niyə Avropada kredit faizləri 3, Azərbaycanda 18-dir?

Niyə Avropada kredit faizləri 3, Azərbaycanda 18-dir?

Həkimlərə verilən əlavələr dayandırıldı

Bu ölkədən gənəgərçək yağını 6 min manata alırıq

Prezident Azərbaycan xalqını təbrik etdi

Bayram gününün hava proqnozu

Bağlanmış bankların əmanətçilərinə nə qədər vəsait qaytarılıb?

Yapon şirkəti Çinin qərarından sonra məşhur modelin istehsalını dayandırdı

Kəmaləddin Heydərov əmr imzaladı

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin