
"KFC" bu ölkələrə 2 milyard dollar sərmayə yatıracaq
KFC Böyük Britaniya və İrlandiyada 2 milyard dollar sərmayə yatıracaq.
Valyuta.az xəbər verir ki, ABŞ-ın Yum Brands şirkətinə məxsus məşhur sürətli yemək şəbəkəsi KFC, qarşıdakı beş il ərzində Böyük Britaniya və İrlandiyada 1,49 milyard funt sterlinq (təxminən 2 milyard ABŞ dolları) dəyərində sərmayə yatırmağı planlaşdırır.
Şirkət bildirib ki, bu sərmayə nəticəsində həm KFC restoranlarında, həm də onun təchizat zəncirində 7.000-dən çox yeni iş yeri yaradılacaq. Hal-hazırda Böyük Britaniya və İrlandiyada 1.000-dən çox filialı olan KFC, 30.000 nəfəri məşğulluqla təmin edir.
Planlara əsasən, KFC növbəti on il ərzində bölgədə əlavə 500 yeni restoran açmağı da qarşıya məqsəd qoyub. Bu addım həm məşğulluğa, həm də regionun iqtisadi canlanmasına ciddi töhfə verəcək.
Sərvanə Rəmixanova
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay