BAKU Azərbaycan
16.03°C
  • USD
    1.7
  • EUR
    1.9425
  • RUB
    2.1533
  • TRY
    0.0434
  • GBP
    2.2992
71132

Havay adalarında aparılan araşdırma Yer kürəsinin nüvəsində yerləşən bəzi izotopların izlərinə lava nümunələrində rast gəlindiyini ortaya qoyub. 

Valyuta.az xəbər verir ki, bu tapıntı planetin daxili qatları ilə səth arasında əvvəllər düşünüləndən daha birbaşa bir əlaqənin ola biləcəyini göstərir.

Göttingen Universitetinin rəhbərliyi ilə aparılan tədqiqat çərçivəsində, Havay adalarından toplanan lava nümunələri üzərində detallı izotop analizləri aparılıb. Nəticələr lavalarda rutenyum-100 izotopunun gözləniləndən xeyli yüksək miqdarda olduğunu göstərib. Bu izotop normalda Yer kürəsinin mantosuna nisbətən nüvəsində daha çox rast gəlinir. Bu isə onu göstərir ki, lavalar yalnız səthə yaxın manto qatından deyil, təxminən 2.900 kilometr dərinlikdə yerləşən nüvə-manto sərhədindən də material daşıyır.

Tədqiqatın rəhbəri, geokimyaçı Nils Messlinq analiz nəticələrini ilk gördüklərində olduqca təəccübləndiklərini bildirir: "Elə bil ki, qızıl yatağı tapmışdıq".

Onun sözlərinə görə, bu cür qiymətli metalların nüvədən manto qatına sızması daha əvvəl yalnız nəzəri olaraq düşünülürdü. Lakin bu yeni araşdırma, bu prosesi real məlumatlarla sübut edir.

Yer kürəsinin nüvəsi təxminən 4 milyard il əvvəl formalaşıb və qızıl kimi dəyərli metalların böyük hissəsi burada toplanmış vəziyyətdədir. Lakin bu qədər dərinlikdə yerləşən materialın Yer səthinə yaxın süxurlara necə çatdığı sualı uzun illərdir tam cavablandırılmayıb. Əvvəllər də bəzi lava nümunələrində nüvə mənşəli materiallara rast gəlinmişdi, lakin onların mənbəyi dəqiq müəyyən edilməmişdi.

Göttingen alimlərinin tətbiq etdiyi yüksək dəqiqlikli analiz metodikası sayəsində rutenyum izotoplarındakı kiçik, lakin önəmli fərqlər artıq daha aydın şəkildə müşahidə oluna bilir. Bu da Yer kürəsinin dərinliklərindən səthə qədər uzanan geoloji prosesləri daha yaxşı anlamağa imkan yaradır.

Araşdırmada iştirak edən professor Mattias Vilbold bildirir: "Əldə etdiyimiz nəticələr, nüvənin əvvəl düşündüyümüz qədər izolyasiya olunmuş bir struktur olmadığını göstərir".

Onun sözlərinə görə, xüsusilə Havay kimi okean ortasında yerləşən böyük vulkanlar, nüvə-manto sərhədinə qədər uzanan isti material axınlarından qidalanır.

Bu yeni tapıntılar, səthə yaxın yerləşən qiymətli metal yataqlarının yaranmasına dair anlayışlarımızı da dəyişə bilər. Əgər bu materiallar nüvədən gəlirsə, o zaman bu proses digər aktiv vulkanik bölgələrdə də baş verə bilər. İslandiya və Yaponiya kimi yerlərdə aparılacaq oxşar araşdırmalar sayəsində bu dərin mənbənin haralarda səthə çıxdığı daha dəqiq müəyyən edilə bilər.

Paşa Məmmədli

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Intel" yeni tərəfdaşlıqla yaddaş bazarına qayıdır

Səhiyyə Nazirliyinin bu qurumunun 100 minlik borcu var

Bu universitetdə yarım milyonluq laboratoriya qurulacaq

Psixoloji qiymət siyasəti nədir?

Bir km-dən millimetrlik yazıları oxuya bilən lazer sistemi hazırlandı

Azərbaycana bu təşkilatın yarım milyondan çox borcu var

Azərbaycana bu təşkilatın yarım milyondan çox borcu var

14 min tələbənin universitetdən uzaqlaşdırılması: "Bu, acınacaqlı və narahatedici haldır"

ANAMA bu sahibkardan 390 min manatlıq təkər alır

Türk iş adamının rəhbəri olduğu şirkətin külli miqdarda vergi borcu üzə çıxdı

"Nvidia" "Microsoft"u taxtdan saldı: Yenidən dünyanın ən dəyərli şirkəti oldu

Toplanan 2,7 milyon manatlıq sığorta üzrə ödəniş edilməyib

Yüz milyonlarla smartfon sındırılma riski ilə üzləşdi

Dünyanın ən bahalı kitabı - 52 milyon manatlıq əlyazmada nə var idi?

Dünyanın ən bahalı kitabı - 52 milyon manatlıq əlyazmada nə var idi?

"Ford" 555 mindən çox avtomobilini geri çağırır

Hakim təyin olunanlardan 6-sı prokurorluq əməkdaşı imiş

Gəncədə işə düzəltmə və təqaüd dələduzluğu

Bir ekosistemi Money 20/20 Europe tədbirində: PashaPay və Mastercard strateji əməkdaşlığa başlayır®

"AZFEN"-in rəhbəri vəzifəsindən azad edilib

Pensiyalar vaxtından əvvəl veriləcək

Bu startap kiberhücuma məruz qaldı - Müştəri məlumatları və serverlər silindi

“Azərbaycan Dəmir Yolları”nda rəhbər vəzifəyə TƏYİNAT

“Azərbaycan Dəmir Yolları”nda rəhbər vəzifəyə TƏYİNAT

Əmək Məcəlləsinə dəyişiklik: Məzuniyyət qaydaları dəyişə bilər

Sabahdan 1-ci siniflərə sərbəst qaydada məktəb və müəllim seçiminə start verilir

Xərçəng dərmanı üçün nəhəng ortaqlıq: 11,1 milyardlıq müqavilə imzalandı

Müəllimlərin əmək məzuniyyəti necə hesablanır? - QAYDALAR

“İçərişəhər”ə direktor təyin edildi - FOTO

Ağdamda 9 milyonluq binalar tikiləcək

Eldəniz Əmirov: "Koordinasiya zəifliyi var, sahibkar bir neçə quruma müraciət etməli olur"

Apteklərdə nöqsanlar aşkarlandı

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin