BAKU Azərbaycan
28.03°C
  • USD
    1.7
  • EUR
    1.9425
  • RUB
    2.1533
  • TRY
    0.0434
  • GBP
    2.2992
71124

Dövlətə məxsus ikinci böyük bank - “Azər-Türk Bank” ASC artıq dörd ildir ki, ili mənfəətlə başa vurmasına baxmayaraq büdcəyə dividend ödəməkdən yayınır. 

Valyuta.az xəbər verir ki, Hesablama Palatası dəfələrlə bu məsələ ilə bağlı öz iradını bildirib.   

Belə ki, "Azər Türk Bank"ın xalis mənfəətinin 2021-ci ildə 0,5 mln. manat, 2022-ci ildə 12.1 mln. manat təşkil etməsinə baxmayaraq, 2021-2022-ci illərdə və 2023-cü ilin 8 ayı ərzində dövlət büdcəsinə dividend ödənişi həyata keçirilməyib. 

Hətta Palata qeyd edib ki, 2023-cü il 01 yanvar tarixinə bankın 14.7 mln. manat bölüşdürülməmiş mənfəəti mövcud olub. 

Bundan sonra 2023-cü ildə Bankın dövlət büdcəsi qarşısında 1 milyon manat öhdəlik proqnozlaşdırılıb. Amma bank bu tələbi də yerinə yetirməyib. Belə ki, “Azər-Türk Bank” 2023-cü ildə 15,7 milyon manat xalis mənfəət əldə etməsinə baxmayaraq, 2024-cü il üçün dövlət büdcəsinə heç bir dividend ödənişi etməyib. 

Başqa sözlə, dövlət bankının bu cür davranışı və büdcə qarşısında öhdəliklərini icra etməməsi suallar və şübhələr doğurur. Bu məsələ ilə bağlı ali audit qurumu olan Hesablama Palatası da təəccübünü gizlətmir. Bildirilir ki, bəzi dövlətə məxsus müəssisələrin gəlirlilik potensialı nəzərə alınmır və büdcə imkanları tam istifadə olunmur.   

Qeyd edək ki, ATB-dən fərqli olaraq əsas dövlət bankı ABB büdcə qarşısında öhdəliklərini icra edir. Bank 2024-cü il üzrə büdcəyə proqnozdan 13% çox, yəni 169,4 milyon manat dividend ödəyib. 

Xatırladaq ki, 1995-ci ildən fəaliyyət göstərən “Azər-Türk Bank” ASC-nin səhmlərinin 75%-i Azərbaycan dövlətinə məxsusdur. Səhmlərin 12,4%-i “Ziraat Bank”a, 11%-i “Ziraat Bank International”a, 11,5%-I isə keçmiş maliyyə naziri Samir Şərifova məxsus olduğu deyilən  “AzRe Reinsurance” və "Qala Həyat" sığorta şirkətlərinə məxsusdur.

Nara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

“Starlink” Azərbaycanda rəsmi qeydiyyata alınıb

Dövlət büdcəsinin gəlirləri açıqlandı

Saleh Məmmədov bu qurumun rəisini dəyişdi

Saleh Məmmədov bu qurumun rəisini dəyişdi

Azərbaycan Çinə toyuq ayaqları ixrac edəcək

"Swift" avtomobillərinin istehsalı dayandırıldı - Səbəbi isə...

“Şinkar Holdinq” Xocalıda 63 evin təmiri üçün 3,3 milyon alacaq

Bakıdan Qazaxa ilk dəfə sürət qatarları ilə sərnişin daşımalarına start verilir

WUF13-ün 2026-cı ildə Bakıda keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsi yaradılıb

Növbəti “Sıfır Tullantı” həmrəylik marafonu 5 İyun – Ümumdünya Ətraf Mühit Gününə həsr olunub®

Gənclər sosial təsir üçün yarışdı - Trendyol və PAŞA Holding ideya marafonu təşkil etdi®

Mobil operatorların gəlirləri açıqlandı

Mobil operatorların gəlirləri açıqlandı

Qadağan olunan lüks məhsullar - SİYAHI, ÖLKƏLƏR

Fond fermerlərə 4 milyonluq ödəniş edib

Bu tarixdə şənbə günü iş olacaq

AccessBank-da yeni təyinat

"Citigroup" 3500 nəfəri işdən çıxaracaq

Çin Trampa görə "Apple"a qadağa qoydu

Metro işçiləri nə qədər qazanır?

Alimlər yeni iqlim fenomenini aşkar etdilər: Quraqlıqları iki dəfə gücləndirib

“Report”a yeni baş redaktor təyin olundu

Bu ölkədən Azərbaycana quşçuluq məhsullarının idxalına məhdudiyyət qoyuldu

Niyə Avropada kredit faizləri 3, Azərbaycanda 18-dir?

Niyə Avropada kredit faizləri 3, Azərbaycanda 18-dir?

Həkimlərə verilən əlavələr dayandırıldı

Bu ölkədən gənəgərçək yağını 6 min manata alırıq

Prezident Azərbaycan xalqını təbrik etdi

Bayram gününün hava proqnozu

Bağlanmış bankların əmanətçilərinə nə qədər vəsait qaytarılıb?

Yapon şirkəti Çinin qərarından sonra məşhur modelin istehsalını dayandırdı

Kəmaləddin Heydərov əmr imzaladı

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin