
Aylıq gəliri 6 mindən çox olan Zoo mərkəz satılır - QİYMƏT
Bakının prestijli ərazisində - ATV və ARB kanallarının yaxınlığında yerləşən, artıq tanınmış və 2 ildən artıq fəaliyyət göstərən zoo mərkəz satılır.
Valyuta.az xəbər verir ki, mərkəz 43 000 manatla satışa çıxarılıb.
Qeyd edək ki, 130 kvadratmetrlik sahədə yerləşən obyektə satış pavilyonu, baytar həkim otağı, grooming (qırxım), ZooHotel (heyvan saxlanc yerləri və qəfəslər), akvarium otağı və gözləmə zalı daxildir.
Biznesin aktiv müştəri bazası və 300-dən çox bonus kartlı daimi alıcısı var. Aylıq xalis gəlir 6000 manatdan artıqdır. Baytar xidmətindən 1500, grooming xidmətindən 800, hotel xidmətindən 700, yem və aksesuar satışından isə 5000 manat gəlir əldə edilir.
Obyekt 65 düymlük televizor, kamera müşahidə sistemi, kondisioner, PETKIT markalı qırxım avadanlıqları və digər peşəkar təchizatla təmin olunub. Bundan əlavə, istənilərsə, daxilində baytar apteki açmaq üçün də şərait hazırdır. Satışa bütün inventar və mövcud komanda daxildir.
Maraqlanan şəxslər 050 233 44 60 nömrəsi ilə əlaqə saxlaya bilərlər.
Maya Hüseynova
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay