BAKU Azərbaycan
28.03°C
  • USD
    1.7
  • EUR
    1.9425
  • RUB
    2.1533
  • TRY
    0.0434
  • GBP
    2.2992
71084

"Citigroup" bankı ABŞ prezidenti Donald Trampın Avropa İttifaqı ilə bağlı son açıqlamaları sonrası qızıl qiymətləri üçün yeni proqnozlarını paylaşıb. 

Valyuta.az xəbər verir ki, bankın proqnozuna görə, önümüzdəki 3 ay ərzində qızılın unsiya qiyməti 3500 dollar səviyyəsini keçə bilər. Analitiklər isə bazarların təxmin edilə bilməyən bir dövrdən keçdiyini bildirərək, qram qızılın 115 dollara qədər yüksələ biləcəyini istisna etmirlər.

Qlobal bazarlar Trampın Avropa İttifaqına qarşı tez-tez dəyişən tarif açıqlamaları səbəbilə qeyri-müəyyənlik içindədir. Son olaraq Tramp Aİ ilə ticarət sazişi üçün 9 iyulu son tarix olaraq elan edib və əvvəlcə 1 iyunda tətbiq ediləcəyi bildirilən 50%-lik gömrük rüsumunu təxirə salıb.

"Citigroup"un açıqlamasında belə deyilir:

"Ticarət müharibələri yeni mərhələyə qədəm qoyub. Hansı riskləri gətirəcəyini təxmin edə bilmirik. Bu səbəbdən qızıl, təhlükəsiz sərmayə vasitəsi olaraq önəmli qalmağa davam edəcək. 3200 dollar səviyyəsi investorlar üçün önəmli hədd olacaq".

Bank əlavə edir ki, ABŞ-ın artan böyük dövlət borcu, dollardan çıxışı və bunun qızılın lehinə işləməsini dəstəkləyir. Digər tərəfdən səhm bazarlarında yüksəliş hallarında isə qızıldan çıxış mümkündür.

"CNN Türk"ə danışan pul bazarları mütəxəssisi Şirin Sarı, qızıl bazarındakı son dalğalanmaları belə izah edib:

"Son həftələrdə 10 həftəlik yüksəlişin ardından qızıl bir qədər geri çəkildi. Trampın Aİ-yə 50% vergi təhdidi yüksəliş yaratmış, lakin bu vergi ertələndikdən sonra qızılda azalma müşahidə olunmuşdu. Çin ilə ABŞ arasında olan 90 günlük müvəqqəti sülh prosesi də qızıl üzərində təsirli olmuşdu. Qısa müddətdə 3200 dollar uns səviyyəsi yaxından izlənməlidir. Qram qızıl unsiya qiymətinə nisbətən daha güclü dayanır. Bu səbəblə 115 dollara və üzəri səviyyələr mümkün görünür.

Eniş zamanı alışlar artır. Dünyada dollardan çıxış, qızıla yönəliş davam edir. Bu tendensiyanın bir müddət daha davam edəcəyini düşünürük. Trump və digər geosiyasi risklər davam etdiyi müddətcə, qızıl müsbət qiymətlənəcək".

Paşa Məmmədli
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Orta təhsil səviyyəsi üzrə aprelin 27-də keçirilən buraxılış imtahanının nəticələri elan olunub

Kapital Bank liderləri Money 20/20 Europe forumunda və beynəlxalq təcrübə mübadiləsində iştirak etdilər®

"Gəncə Memorial Hospital"da yoxlama: 6000 manat cərimə yazıldı

“Starlink” Azərbaycanda rəsmi qeydiyyata alınıb

Dövlət büdcəsinin gəlirləri açıqlandı

Saleh Məmmədov bu qurumun rəisini dəyişdi

Saleh Məmmədov bu qurumun rəisini dəyişdi

Azərbaycan Çinə toyuq ayaqları ixrac edəcək

"Swift" avtomobillərinin istehsalı dayandırıldı - Səbəbi isə...

“Şinkar Holdinq” Xocalıda 63 evin təmiri üçün 3,3 milyon alacaq

Bakıdan Qazaxa ilk dəfə sürət qatarları ilə sərnişin daşımalarına start verilir

WUF13-ün 2026-cı ildə Bakıda keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsi yaradılıb

Növbəti “Sıfır Tullantı” həmrəylik marafonu 5 İyun – Ümumdünya Ətraf Mühit Gününə həsr olunub®

Gənclər sosial təsir üçün yarışdı - Trendyol və PAŞA Holding ideya marafonu təşkil etdi®

Mobil operatorların gəlirləri açıqlandı

Mobil operatorların gəlirləri açıqlandı

Qadağan olunan lüks məhsullar - SİYAHI, ÖLKƏLƏR

Fond fermerlərə 4 milyonluq ödəniş edib

Bu tarixdə şənbə günü iş olacaq

AccessBank-da yeni təyinat

"Citigroup" 3500 nəfəri işdən çıxaracaq

Çin Trampa görə "Apple"a qadağa qoydu

Metro işçiləri nə qədər qazanır?

Alimlər yeni iqlim fenomenini aşkar etdilər: Quraqlıqları iki dəfə gücləndirib

“Report”a yeni baş redaktor təyin olundu

Bu ölkədən Azərbaycana quşçuluq məhsullarının idxalına məhdudiyyət qoyuldu

Niyə Avropada kredit faizləri 3, Azərbaycanda 18-dir?

Niyə Avropada kredit faizləri 3, Azərbaycanda 18-dir?

Həkimlərə verilən əlavələr dayandırıldı

Bu ölkədən gənəgərçək yağını 6 min manata alırıq

Prezident Azərbaycan xalqını təbrik etdi

Bayram gününün hava proqnozu

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin