
“Zoox” bir ay ərzində ikinci dəfə proqram təminatını geri çağırdı
"Amazon"a məxsus pilotsuz avtomobil şirkəti "Zoox" mayın 8-də San-Fransiskoda baş verən hadisədən sonra bir ay ərzində ikinci dəfə olaraq robotaksi proqram təminatını könüllü şəkildə geri çağırıb.
Valyuta.az xəbər verir ki, şirkət bildirir ki, insansız rejimdə hərəkət edən "Zoox" avtomobili yolayrıcında dayanarkən, bir elektrik skuterinin sürücüsü ona çırpılıb. Zərbə zamanı avtomobil hərəkətsiz olub, skuter sürücüsü isə yüngül xəsarətlə yerə yıxılıb. Avtomobil dönmə manevrini tamamladıqdan sonra dayanıb və sürücüyə təkrar toxunmayıb. Tibbi yardım təklif olunsa da, sürücü imtina edib.
Bu, "Zoox"un Las-Veqasda baş verən və sərnişin avtomobili ilə toqquşma ilə nəticələnən qəzasından sonra ikinci yeniləməsidir. Həmin hadisə avtonom sistemin digər yol hərəkəti iştirakçılarının hərəkətini proqnozlaşdırmaqda çətinlik çəkdiyini üzə çıxarmışdı.
Şirkət bildirir ki, tənzimləyici orqanlara qəza ilə bağlı video və məlumatlar təqdim edilib, eyni zamanda proqram təminatına yaxınlıqda olan yol istifadəçilərini daha dəqiq izləmək və hərəkəti məhdudlaşdırmaq üçün yeniliklər əlavə olunub.
Mütəxəssislər bildirirlər ki, toqquşmadan sonra hərəkətə davam edən robotaksilər yol təhlükəsizliyi baxımından ciddi risk yaradır. Oxşar hal "Zoox”un rəqibi "Cruise" şirkətinin də fəaliyyətinə mənfi təsir göstərib.
Qeyd edək ki, mart ayında "Zoox" qəfil sərt əyləclə bağlı problem səbəbilə 258 avtomobili geri çağırmışdı. Şirkət hazırkı yeniləmənin neçə avtomobili əhatə etdiyini və əvvəlki yeniləmədən fərqini açıqlamayıb.
Məsələ ilə bağlı ABŞ Milli Avtomobil Yolları Təhlükəsizliyi İdarəsinə (NHTSA) da sorğu göndərilib.
Sərvanə Rəmixanova
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay