
25.05.2025 / 13:11
Bu qəpiklər tədavüldən çıxarılır
71041
2025-ci ilin sentyabrından etibarən 1 sent nominallı avro sikkələrin istehsalı və tədavülü dayandırılacaq.
Valyuta.az xəbər verir ki, bu barədə Avropa Mərkəzi Bankı (AMB) məlumat yayıb. Bank bu qərarını sikkənin maya dəyərinin nominal dəyərini üstələməsi ilə izah edib.
Qərarda göstərilir ki, avronun ən kiçik sikkəsinin dövriyyədən çıxarılması transaksiyaların asanlaşmasına və bankların işinin yüngülləşməsinə kömək edəcək. Vahid valyuta məkanında bundan sonra ən kiçik nominallı pul 5 sent olacaq. Sentyabrdan etibarən qiymətlər də tədricən 5 sentə uyğun yuvarlaqlaşdırılacaq.
Ölkə.az©
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay