BAKU Azərbaycan
22.03°C
  • USD
    1.7
  • EUR
    1.9324
  • RUB
    2.148
  • TRY
    0.0434
  • GBP
    2.2971
71038

Danimarka ölkə parlamentinin 2040-cı ilə qədər pensiya yaşını 70-ə qaldıran qanunu qəbul etməsindən sonra Avropada ən yüksək pensiya yaşına malik ölkə olub.

Valyuta.az xəbər verir ki, bu barədə “BBC News” telekanalı məlumat yayıb.

Belə ki, 2006-cı ildən Danimarka rəsmi pensiya yaşını gözlənilən ömür uzunluğu ilə əlaqələndirir və hər beş ildən bir ona yenidən baxır. Hazırda Danimarkada pensiya yaşı 67-dir.

Lakin 2030-cu ildə bu rəqəm 68, 2035-ci ildə isə 69 olacaq. 70 pensiya yaşı isə 1970-ci il dekabrın 31-dən sonra doğulan bütün şəxslərə şamil ediləcək. Yeni qanun cümə axşamı lehinə 81, əleyhinə isə 21 səslə qəbul edilib.

Bununla belə, keçən il Danimarkanın Baş naziri Mette Frederiksen sürüşmə şkalası prinsipinə yenidən baxılacağını istisna etməyib.

Ümumilikdə isə Avropada pensiya yaşları fərqlidir. Belə ki, son illər bir çox hökumətlər gözlənilən ömür müddətini nəzərə almaq və büdcə kəsirlərini aradan qaldırmaq üçün pensiya yaşını artırır.

Məsələn, İsveçdə insanlar pensiya ödənişlərini 63 yaşından almağa başlaya bilərlər. İtaliyada standart pensiya yaşı 67-dir, baxmayaraq ki, Danimarkada olduğu kimi burada da pensiya yaşı ömür uzunluğuna görə tənzimlənə və ya 2026-cı ildən başlayaraq, arta bilər.

Böyük Britaniyada 6 oktyabr 1954-cü il və 5 aprel 1960-cı il tarixləri arasında anadan olanlar pensiyalarını 66 yaşında almağa başlayırlar. Lakin həmin tarixdən sonra doğulanlar üçün dövlət pensiya yaşını tədricən artıracaq.

Fransada isə 2023-cü ildə pensiya yaşını 62-dən 64-ə qaldıran qanun qəbul edilib. Son dərəcə qeyri-populyar dəyişiklik etirazlara və iğtişaşlara səbəb olub və Franda Prezidenti Emmanuel Makron bu qanunu səsvermə olmadan parlamentdən keçirməyə məcbur olub.

Yeniavaz.com©

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Biznesinizi qloballaşdırmalısınız, yoxsa yerli bazarda qalmalısınız? - Ekspertlərin fikirləri

Məşhur akademikdən xəbərdarlıq: "Biz odla oynayırıq"

Bu qurum 792 min manatlıq xidməti avtomobil alacaq

Abramoviçin "Çelsi"nin satışından əldə etdiyi 2,35 milyardın aqibəti necə olacaq?

"Arkoz Qazax Sement Zavodu" MMC cərimələndi

"WhatsApp" istifadəçilərə öz süni intellekt köməkçilərini yaratmaq imkanı verəcək

Maraq azalır: Elektrikli avtomobillərin gələcəyi təhlükədədir?

Saatlıq, yoxsa aylıq əməkhaqqı: Hansı daha sərfəlidir? (ŞƏRH)

Saatlıq, yoxsa aylıq əməkhaqqı: Hansı daha sərfəlidir? (ŞƏRH)

1,1 milyon manat vergi borcu olan şirkət kimindir?

Orta təhsil səviyyəsi üzrə aprelin 27-də keçirilən buraxılış imtahanının nəticələri elan olunub

Kapital Bank liderləri Money 20/20 Europe forumunda və beynəlxalq təcrübə mübadiləsində iştirak etdilər®

"Gəncə Memorial Hospital"da yoxlama: 6000 manat cərimə yazıldı

“Starlink” Azərbaycanda rəsmi qeydiyyata alınıb

Dövlət büdcəsinin gəlirləri açıqlandı

Saleh Məmmədov bu qurumun rəisini dəyişdi

Saleh Məmmədov bu qurumun rəisini dəyişdi

Azərbaycan Çinə toyuq ayaqları ixrac edəcək

"Swift" avtomobillərinin istehsalı dayandırıldı - Səbəbi isə...

“Şinkar Holdinq” Xocalıda 63 evin təmiri üçün 3,3 milyon alacaq

Bakıdan Qazaxa ilk dəfə sürət qatarları ilə sərnişin daşımalarına start verilir

WUF13-ün 2026-cı ildə Bakıda keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsi yaradılıb

Növbəti “Sıfır Tullantı” həmrəylik marafonu 5 İyun – Ümumdünya Ətraf Mühit Gününə həsr olunub®

Gənclər sosial təsir üçün yarışdı - Trendyol və PAŞA Holding ideya marafonu təşkil etdi®

Mobil operatorların gəlirləri açıqlandı

Mobil operatorların gəlirləri açıqlandı

Qadağan olunan lüks məhsullar - SİYAHI, ÖLKƏLƏR

Fond fermerlərə 4 milyonluq ödəniş edib

Bu tarixdə şənbə günü iş olacaq

AccessBank-da yeni təyinat

"Citigroup" 3500 nəfəri işdən çıxaracaq

Çin Trampa görə "Apple"a qadağa qoydu

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin