
"Visa" və "Mastercard"a zərbə gəlir: Avropa antiinhisar siqnalı verir
Avropa Komissiyası ABŞ-ın "Visa" və "Mastercard" ödəniş sistemlərinə qarşı antiinhisar qanunvericiliyinin pozulması ilə bağlı ilkin araşdırmaya başlayıb.
Valyuta.az xəbər verir ki, məlumatı mənbələrə istinadən Bloomberg yayıb. Bildirilir ki, Avropa Komissiyası maliyyə institutlarına və pərakəndə satış şirkətlərinə şirkətlərin ödəniş sistemlərindən istifadə etdiklərinə görə tutduqları rüsumlarla bağlı sorğu göndərib.
"Bloomberg" rəsmi araşdırmanın hələ başlamadığını vurğulayır. Əgər AK işi açsa, o zaman bazarda dominant mövqedən sui-istifadə təsdiqlənərsə, Visa və Mastercard illik gəlirin 10 faizinə qədər cərimə ilə üzləşəcəklər.
Araşdırma Avropa Mərkəzi Bankının (ECB) prezidenti Kristin Laqardın rəqəmsal ödənişlər infrastrukturu da daxil olmaqla xarici, xüsusən də Amerika texnologiyalarından daha az asılı olmağa çağırışları fonunda baş verir.
Musavat.com©
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay