
23.05.2025 / 17:45
“Windows” istifadəçilərinə xəbərdarlıq – Təhlükəli virus yayılıb
70993
“Microsoft” şirkəti əsas təyinatı şəxsi məlumatların oğurlanması olan "Lumma" ("LummaC2") virusunun yayılması ilə bağlı xəbərdarlıq edib. Şirkətin daxili təhlillərinə əsasən, martın 16-dan mayın 16-dək dünya üzrə 394 mindən çox "Windows" əməliyyat sistemli kompüter bu virusa yoluxub.
“LummaC2” MaaS modeli əsasında fəaliyyət göstərir və “Storm-2477” kibercinayət qrupunun “beyin məhsuludur”. Onun əsas təyinatı brauzerdən, kriptovalyuta pul qablarından və digər tətbiqlərdən məlumatları oğurlamaqdır.
“Microsoft” qeyd edir ki, zərərli proqram bir neçə kanal vasitəsilə, o cümlədən, fişinq tipli məktublar, zərərli reklam, gizli yükləmələr , troyanlar və saxta CAPTCHA avtorizasiya yolu ilə kompüteri yoluxdurur.
©trend
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay