
23.05.2025 / 21:32
“Azeri Med” daha bir tenderin qalibi seçildi
70991
Tibb sektorunda fəaliyyət göstərən “Azeri Med” şirkəti daha bir tenderin qalibi seçilib.
Valyuta.az xəbər verir ki, şirkət bu dəfə Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının dezinfeksiya və sterilizasiya məhsullarının satın alınması ilə bağlı keçirdiyi tenderdə qalib elan edilib.
Tərəflər arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 85 150,22 manatdır.
“Azeri Med” şirkətinin deputat Kamaləddin Qafarova məxsus olduğu bildirilir.
Şirkət bundan əvvəl deputatın vaxtilə direktor müavini olduğu Milli Onkologiya Mərkəzinin (MOM) 35 milyonluq tenderinin qalibi seçilmişdi.
Hüseyn
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay