
Hüquqi tərcümə niyə risklidir?
Kamil Zeynalov
Sahibkar, peşəkar idarəedici, "NEO Translations" tərcümə şirkətinin təsisçisi
Hüquqi sənədlərin tərcüməsi bir sözün belə taleyi həll etdiyi şahmat oyunudur. Bir səhv tərcümə müqaviləni ləğv edə, məhkəməyə apara və ya milyonlarla zərər gətirə bilər. Hüquqi tərcümənin risklərinə və onları necə idarə etməyə nəzər salaq.
Hüquqi tərcümə niyə risklidir?
Hüquqi mətnlər dəqiqlik və birmənalılıq tələb edir. Bir termin və ya cümlənin yanlış tərcüməsi sənədin hüquqi qüvvəsini itirməsinə səbəb ola bilər. Məsələn, 2009-cu ildə Avropada bir enerji şirkəti Rusiya ilə müqavilə bağlayarkən “sanksiya” sözünü yanlış tərcümə etdi. Rus dilində bu, “cəza” kimi başa düşüldü, nəticədə tərəflər arasında anlaşılmazlıq yarandı və danışıqlar dayandırıldı. Başqa misal: 2018-ci ildə ABŞ-da bir şirkət Meksika tərəfdaşı ilə müqaviləni yanlış tərcümə səbəbindən ləğv etdi, bu da 2 milyon dollarlıq məhkəmə xərclərinə səbəb oldu. Bu və bu kimi saysız nümunələr tərcüməçilərin hüquqi terminologiyaya nə qədər dərin bələd olmasının vacibliyini daha da vurğulayır.
Bəs riskləri necə azaltmaq olar?
1. İxtisaslaşmış tərcüməçilər: Hüquqi sənədlərin tərcüməsi zamanı hüquq sahəsində təcrübəsi olan mütəxəssislər seçilməlidir.
2. İkiqat yoxlama: Tərcüməni başqa bir hüquq eksperti və ya redaktor yoxlamalıdır.
3. Terminoloji baza: Sifarişçi şirkətin fəaliyyətinə aid terminlərin siyahısı hazırlanmalı və tərcüməçiyə verilməlidir.
Hüquqi tərcümə diqqət, ixtisas və dəqiqlik tələb edir. Yalnız peşəkar tərcüməçi sənədin mənasını qoruyaraq biznesinizi hüquqi risklərdən xilas edə bilər. Odur ki, ilk sualımıza qayıtsaq, belə cavab vermək olar: “Bir sözün milyonlara başa gəldiyi dünyada ciddi səhvlərə yer yoxdur”.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay