BAKU Azərbaycan
22.03°C
  • USD
    1.7
  • EUR
    1.9324
  • RUB
    2.148
  • TRY
    0.0434
  • GBP
    2.2971
70906

Bülbülə gölünün ətrafında yeni istirahət məkanının yaradılması istiqamətində həyata keçirilən layihə çərçivəsində abadlıq işləri davam etdirilir.

Valyuta.az xəbər verir ki, Bakı Abadlıq Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Lalə Əliyeva İqtisadiyyat.az-a açıqlamasında bu istiqamətdə davam etdirilən işlərdən danışıb.

O, köklü abadlıq üçün ilk növbədə Bülbülə gölünə illər boyu axıdılan kanalizasiya sularından təmizlənməsi layihəsinin təqdim edildiyini xatırladıb. Bildirib ki, bununla bağlı Almaniyadan müasir su təmizləyici qurğular gətirilib, mütəxəssislər dəvət edilib və çirkab sularının Hövsan kollektoruna yönəldilməsi ilə problem qismən aradan qaldırılıb.

Şöbə müdirinin sözlərinə görə, bir vaxtlar kütləvi zibilliyə və qamışlığa çevrilmiş gölətrafı ərazi təmizlənib: "Evlərin dam örtüyü dəyişilir, kəndin içindəki yollar qaydaya salınır, yeni standartlara cavab verən işıqlandırma, bərpa-təmir və rəngləmə işləri tamamlanmaq üzrədir”.

Gölü bütünlüklə əhatə edəcək bulvara gəlincə, L.Əliyeva bildirib ki, belə böyük layihələr bir çox dövlət qurumlarının sifarişi əsasında və onlarla birbaşa əməkdaşlıq çərçivəsində həyata keçirilir.

Qeyd edək ki, ümumi sahəsi 99 hektar olan Bülbülə gölündə suyun real dərinliyi 2.50-2.80 metrdir. Gölün ətrafında yaşayış evləri var. Bəzi evlərlə göl arasındakı məsafə 10 metrdən də yaxındır. Əmircan, Bülbülə, Bakıxanov və Qaraçuxur qəsəbələrindən gündəlik 25 min kubmetr çirkab sularının axıdılması nəticəsində göldə və gölətrafı ərazidə xoşagəlməz vəziyyət yaranmışdı.Nəzərdə tutulub ki, yeni bulvarda restoranlar, kafelər fəaliyyət göstərsin, dairəvi velosiped yolu da çəkilsin. Bulvarda uşaqlar üçün meydança, yaşıllıqlar, istirahət yerləri olacaq. Yaz-yay aylarında göldə katamaran da işləyəcək. Layihəyə görə Bülbülə gölünün üzərindən körpü də salınacaq. Qısa zamanda Bülbülə bulvarı insanların əsl istirahət yerinə çevriləcək.

Bakının bu ərazisində yeni bulvar salınır (FOTO)Bakının bu ərazisində yeni bulvar salınır (FOTO)Bakının bu ərazisində yeni bulvar salınır (FOTO)Bakının bu ərazisində yeni bulvar salınır (FOTO)Bakının bu ərazisində yeni bulvar salınır (FOTO)Bakının bu ərazisində yeni bulvar salınır (FOTO)

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Biznesinizi qloballaşdırmalısınız, yoxsa yerli bazarda qalmalısınız? - Ekspertlərin fikirləri

Məşhur akademikdən xəbərdarlıq: "Biz odla oynayırıq"

Bu qurum 792 min manatlıq xidməti avtomobil alacaq

Abramoviçin "Çelsi"nin satışından əldə etdiyi 2,35 milyardın aqibəti necə olacaq?

"Arkoz Qazax Sement Zavodu" MMC cərimələndi

"WhatsApp" istifadəçilərə öz süni intellekt köməkçilərini yaratmaq imkanı verəcək

Maraq azalır: Elektrikli avtomobillərin gələcəyi təhlükədədir?

Saatlıq, yoxsa aylıq əməkhaqqı: Hansı daha sərfəlidir? (ŞƏRH)

Saatlıq, yoxsa aylıq əməkhaqqı: Hansı daha sərfəlidir? (ŞƏRH)

1,1 milyon manat vergi borcu olan şirkət kimindir?

Orta təhsil səviyyəsi üzrə aprelin 27-də keçirilən buraxılış imtahanının nəticələri elan olunub

Kapital Bank liderləri Money 20/20 Europe forumunda və beynəlxalq təcrübə mübadiləsində iştirak etdilər®

"Gəncə Memorial Hospital"da yoxlama: 6000 manat cərimə yazıldı

“Starlink” Azərbaycanda rəsmi qeydiyyata alınıb

Dövlət büdcəsinin gəlirləri açıqlandı

Saleh Məmmədov bu qurumun rəisini dəyişdi

Saleh Məmmədov bu qurumun rəisini dəyişdi

Azərbaycan Çinə toyuq ayaqları ixrac edəcək

"Swift" avtomobillərinin istehsalı dayandırıldı - Səbəbi isə...

“Şinkar Holdinq” Xocalıda 63 evin təmiri üçün 3,3 milyon alacaq

Bakıdan Qazaxa ilk dəfə sürət qatarları ilə sərnişin daşımalarına start verilir

WUF13-ün 2026-cı ildə Bakıda keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsi yaradılıb

Növbəti “Sıfır Tullantı” həmrəylik marafonu 5 İyun – Ümumdünya Ətraf Mühit Gününə həsr olunub®

Gənclər sosial təsir üçün yarışdı - Trendyol və PAŞA Holding ideya marafonu təşkil etdi®

Mobil operatorların gəlirləri açıqlandı

Mobil operatorların gəlirləri açıqlandı

Qadağan olunan lüks məhsullar - SİYAHI, ÖLKƏLƏR

Fond fermerlərə 4 milyonluq ödəniş edib

Bu tarixdə şənbə günü iş olacaq

AccessBank-da yeni təyinat

"Citigroup" 3500 nəfəri işdən çıxaracaq

Çin Trampa görə "Apple"a qadağa qoydu

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin