
Loqo satışlara necə təsir edir? - EKSPERT
Nəhəngdən tutmuş yeni yaranmış şirkətlərə qədər hər bir biznesin, şirkətin öz loqosu var. Bəzi bizneslər loqolara önəm vermir, sadəcə olmalı imiş kimi yanaşırlar. Bəzi bizneslər isə seçdikləri loqolara önəm verir, xüsusi yanaşır, yeniliklər edirlər. Hətta loqonun satışa təsir etməsi kimi fikirlər var. Ümumiyyətlə, loqo satışlara necə təsir edir?
"Magali" marketinq agentliyinin rəhbəri Ruslan Qocayev Valyuta.az-a bildirdi ki, loqo şirkətin atributudur: “Logo şirkətin vizual atributudur onun fəlsəfəsinin və əsas ideyanın rəmzidir. Loqo insanların yaddaşında həkk olunur, məhsulla və yaxud marka ilə bağlılıq yaradır”.
Loqo müştərilərin beynində marka ilə assosiasiya edilir
R.Qocayev deyir ki, loqo insanlara markanı xatırladır: “Deyək ki, üzərində ağ zolaq olan qırmızı səthin üzərinə baxanda insanlar “Coca-Cola” haqqında, mavi fonda ağ və qırmızı zolaqlar görsələr, “Pepsi-Cola” haqqında düşünə bilirlər. Köynəyin üzərində yaşıl timsahın siluetini görsəniz böyük ehtimalla "Lacoste" markası ağlınıza gələcək və yaxud biri-birinə taxılmış dörd ədəd halqa görsəniz, böyük ehtimalla "Audi" avtomobil markası yadınıza düşəcək. Loqo istehlakçıların beynində marka ilə assosiasiya edilir. Məsələn McDonald 's yazmadan sadəcə narıncı rəngli "M" hərfini müştəriyə göstərmək kifayətdir ki, o artıq söhbətin hansı markadan getdiyini biləcək”.
Sərvanə Rəmixanova
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay