BAKU Azərbaycan
23.03°C
  • USD
    1.7
  • EUR
    1.94
  • RUB
    2.1438
  • TRY
    0.0432
  • GBP
    2.3031
70626

Qızılın qiyməti son beş il ərzində üç dəfəyə yaxın yüksəlib. Bu səbəbdən dövlətlər və mərkəzi banklar da investisiya vasitəsi kimi onu seçir. Ekspertlərin fikrincə, qızıl sadə vətəndaşları da dar gündə xilas edən ən effektiv vasitədir.

Əsasən zinət əşyası kimi istifadə olunan qızıl, bəzən vətəndaşları dar gündə xilas edir. Bu dəyərli vasitənin qiyməti son illərdə rekordları qırır. Son zamanlar təkcə sadə vətəndaşlar deyil, hətta dövlətlər də qızıla etibar etməyi üstün tuturlar. Bəs qızıla investisiya vasitəsi kimi baxarkən nəyi əsas götürməliyik? Nələrdə ehtiyatlı olmalıyıq? Vətəndaşlar da qızıla etibarlı investisiya aləti kimi yanaşa bilərlərmi?

Valyuta.az "Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edir:

"40-50 dollara alanlar qazandı"

Azərbaycan Zərgərlər Assosiasiyasının sədri Toğrul Abbasquliyevin sözlərinə görə, qızılın bir qramı pandemiyadan əvvəl 40 dollar idisə, hazırda 100 dolların üzərindədir:

"Hazırda bir qram 999 əyarlı qızılın qiyməti 105-106 dollar civarındadır. Bu, son beş ilin rekord həddidir. Son bir ildə qızılın qiymətində ciddi artım müşahidə edilir. Qısa müddətdə bir qram üçün olan qiymət 85 dollardan 105 dollara yüksəlib. İnvestorlar, mərkəzi banklar ən sabit yatırım aləti kimi qızıla üz tuturlar. Tələbat artdıqca, qiymətlər daha da yüksəlir. Amma artım müəyyən həddə qədər ola bilər. Dünya Bankının proqnozlarına görə, qızılın qramının qiymətinin maksimum 120-130 dollara qədər artması mümkündür. Qiymətlər yüksəldikdə istehlak aşağı düşür. İstehsal da azalır. O səbəbdən bir müddətdən sonra stabilləşmə, hətta qiymətlərdə enmə ola bilər".

İqtisadçı Elman Sadıqov deyir ki, qızıla investisiya edən şəxslər qiymət dalğalanmalarından sərfəli şəkildə istifadə edirlər: "Son bir neçə ay ərzində qızılın bir unsiyasının qiyməti 3 500 dollara qədər qalxdı. Bir unsiya 31.1 qramdır. İl sonuna qədər unsiya üçün qiymət 3 600 dollar da ola bilər. Amma həddən artıq yüksəlmə hər zaman geri çəkilmələrlə müşahidə olunur. Çünki bir çox alıcılar qazanclarını real etmək istəyir. Məsələn, 2 800-3 000 dollara aldıqları qızılı 3 500 dollar səviyyəsində satırlar. Beləliklə, gəlirlərini reallaşdırırlar. Ucuzlaşma baş verdikdə yenidən qızıl alıb yatırım edirlər. Ona görə də düşünürəm ki, bir müddət sonra qızılın qiymətində də ucuzlaşma baş verəcək. Ölkəmiz də qızılın dünyadakı qiymətindən birbaşa təsirlənir".

Külçə, yoxsa zinət əşyası? 

T.Abbasquliyevin fikrincə, insanlar da investisiya aləti kimi imkanları çatan qədər qızıl alıb saxlaya bilərlər:

"Vaxtilə ucuz qiymətə qızıl və ya zinət əşyaları alanlar xeyli qazanclı çıxdılar. Çünki qiymətlərdə böyük sıçrayış baş verdi. Külçələr və sikkələr də əlverişli yatırım alətidir. Külçələr və sikkələr xalis 999 əyarlı qızıldan hazırlanır. Amma onların xüsusi saxlanma şəraiti olmalıdır. Onları banklarda, seyflərdə saxlamaq daha təhlükəsizdir. Vətəndaşlar zərgərlik məmulatlarını isə həm aksesuar kimi istifadə edə bilərlər, həm də yatırım kimi. Qızıl etibarlı yatırımdır. Köhnəlmir, xarab olmur. Əyarından asılı olmayaraq, qiyməti yüksəlir. Xalis qızıl kimi satsalar belə uduzmurlar. İnsanlar imkanları çatan qramda həm zinət əşyaları, həm də külçə və ya sikkə ala bilərlər".

E.Sadıqovun sözlərinə görə, investisiya üçün saf qızıl almaq daha sərfəlidir, bu zaman heç nə itirmirsiniz: "Zinət əşyalarının üzərinə işçi pulu da əlavə olunur. O səbəbdən, investisiya aləti kimi çox da uyğun deyil. Amma müəyyən dərəcə faydalıdır. İşçi haqqı olan qızıl isə baha alınır, amma satıldıqda ucuz qiymət təyin olunur. Çünki alarkən işçi pulu üstünə gəlinir, satarkən sadəcə xalis qızılın qiyməti ödənilir. Qızıl sikkələr və külçələr investisiya məqsədi kimi daha yaxşıdır".

"Qiymətli metallar və qiymətli daşlar" standartlaşdırma üzrə Texniki Komitənin sədri Rövşən Əmircanovun fikrincə, Azərbaycanda da qızıla yatırım aydın şəkildə müşahidə olunur: "Son dövrlərdə 999.9 əyarlı qızıl sikkə və külçələrin satışında nəzərəçarpacaq artım qeydə alınıb. Yatırım məqsədilə qızıl alan şəxslər üçün yüksək əyarlı qızıl külçələri və ya sikkələri daha sərfəli hesab olunur. Bu məhsullar dəyərini qoruyur və qızılın qiyməti artdıqca birbaşa mənfəət qazandırır. Bu tip qızıl məmulatları əsasən investisiya məqsədilə alınır və satışı zamanı dəyər itkisi çox minimaldır. Bu da onları adi zinət əşyalarından fərqli olaraq daha əlverişli sərmayə vasitəsinə çevirir".

"Qiymətlər daha da artacaq"

R.Əmircanovun sözlərinə görə, ilin sonuna doğru qızılın qiymətinin daha da artacağı istisna edilmir: "İlin sonuna qədər qızılın qiymətinin unsiyaya 3 300-3 800 ABŞ dolları aralığında ticarət olunması ehtimal edilir".

Qızıl almaq istəyənlərə məsləhət

Müsahibimiz qızıl almaq istəyənlərə məsləhətlərini də verdi:

"Yatırım məqsədilə qızıl alan şəxslərə yüksək əyarlı qızıllara, eləcə də beynəlxalq sertifikatlı brilyantlara üstünlük vermək tövsiyə olunur. Bu cür məhsullar dəyərini qoruma baxımından daha etibarlıdır. Məhsulu əldə etdikdə alıcının qızılın əyar göstəricilərini və qiymətli daşların keyfiyyət parametrlərini təsdiq edən sənədləri tələb etməsi vacibdir. Alıcılara adı, mənşəyi və sertifikatı məlum olmayan məhsullardan çəkinmək tövsiyə olunur. Həqiqi dəyərinə uyğun və risk daşımayan qızıl və qiymətli daş məmulatı almaq üçün alıcılar yalnız etibarlı satıcılara müraciət etməli, dövlət damğası və beynəlxalq sertifikatlara malik məhsullara üstünlük verməlidirlər".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Ordubadda “Mədrəsə”nin bərpasına başlanılır – 182 minlik layihə

Ordubadda “Mədrəsə”nin bərpasına başlanılır – 182 minlik layihə

Mərkəzi Bank 882 saxta pul nişanını tədavüldən çıxarıb

Varlanmağın yolları - DEPUTATDAN MƏSLƏHƏTLƏR

İçəri şəhərdə hotel satışa çıxarılıb - QİYMƏT

Öz hesabına varlanan ən zəngin qadınların adı açıqlandı

Bayram günlərində Bakıdan rayonlara nə qədər sərnişin daşınıb?

Sürücülük vəsiqəsi ilə bağlı - Yeni qərar

Qızılın qiyməti kəskin UCUZLAŞDI

Qızılın qiyməti kəskin UCUZLAŞDI

Magistraturaya qəbul: Ən çox plan yeri bu universitetə ayrılıb

Kürü istehsalı rekord sayda artdı

Səyahət zamanı ideal oteli necə seçməli? – Vacib TÖVSİYƏLƏR

Hava nəqliyyatında çalışan işçilər nə qədər qazanır?

Sabah 33 dərəcə isti olacaq

ABŞ-də şirkəti birinci seçilən azərbaycanlı (FOTO)

Neftimizin qiyməti 70 dolları keçdi

“Hermes”in əfsanəvi çantası hərraca çıxarılır- Fotolar

Şagirdlərə yeni kitablar veriləcək - 13 milyon manat ayrıldı

Havalar tikintiləri də "vurub"

Havalar tikintiləri də "vurub"

"Bitcoin" və altcoinlərin qiyməti qalxır

İş yerində dəyişikliklərə necə tez uyğunlaşmaq olar? – SƏHƏR OXUSU

Niyə ucuz telefon adapterlərindən istifadə etmək olmaz? - SƏBƏB

İcra hakimiyyətindən “Rövşən Oğuz Qrup”a 12 milyonluq sifariş

Birgə nikah dövründə qazanılmayan əmlaklardan övladlara pay düşür?

Bu MMC-nin külli miqdarda vergi borcu var

Zirzəmidən çıxarılan su insanlara bulaq suyu adı ilə satılır

Sumqayıtda dəniz suyunun duzsuzlaşdırılması zavodu tikiləcək

Azərbaycan hansı ölkələrdən xlor alır?

Azərbaycanda yeni tibb müəssisəsi tikilir - 18,5 milyon manata

Paytaxtda qurbanlıq heyvanları bu QİYMƏTƏ satırlar

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin