BAKU Azərbaycan
19.03°C
  • USD
    1.7
  • EUR
    1.94
  • RUB
    2.1438
  • TRY
    0.0432
  • GBP
    2.3031
70574

2020-ci ildən bəri Tovuz Rayon İcra Hakimiyyəti tərəfindən ümumilikdə 50 tender keçirilib. Bu tenderlərin əsas qalibləri "Göygöl Tikinti", "Günay-88", "Ərdagi", "Raul-2014" və "Azərtranss" Məhdud Məsuliyyətli Cəmiyyətləri olub.

Valyuta.az xəbər verir ki, sözügedən şirkətlər ümumilikdə 4 milyon 261 min 622 manat dəyərində sifariş əldə ediblər. Tenderlər əsasən infrastruktur layihələri, abadlıq və "Şəhidlər xiyabanı"nın təmiri xidmətlərini əhatə edib.

Rayonda ən çox tender qazanan şirkət "Göygöl Tikinti" MMC olub. Şirkət ümumilikdə 7 tender udaraq 1 milyon 611 min 976 manat məbləğində sifariş əldə edib. Bu vəsait yalnız Tovuz rayonunda yolların əsaslı təmiri işlərinə görə ödənilib. Şirkətin nizamnamə kapitalı cəmi 10 manat təşkil edir. Qanuni təmsilçisi isə Tağıyev Anar Əhməd oğludur.

İkinci sırada "Günay-88" MMC qərarlaşıb. Bu şirkət 4 tender qazanaraq 286 min 935 manatlıq sifariş əldə edib. Vəsait əsasən Əsrik Cırdaxan, Yanıqlı, Qəribli və İbrahimhacılı kəndlərində təbii fəlakətlər nəticəsində dəyən ziyanın aradan qaldırılması və Şəhidlər xiyabanının təmiri işlərinə görə ayrılıb. Şirkətin qanuni təmsilçisi Əliyev Rasim Əhməd oğlu, nizamnamə kapitalı isə 10 manatdır.

Üçüncü yerdə "Ərdagi" və "Raul-2014" MMC-lər qərarlaşıb. Hər iki şirkət 3 tender qazanıb.

"Ərdagi" MMC 838 min 176 manatlıq sifarişi yolların təmiri işlərindən əldə edib. Qanuni təmsilçisi Məmmədov Nazim Fuad oğlu, nizamnamə kapitalı isə 10,6 manatdır. "Raul-2014" MMC isə 492 min 470 manatlıq sifarişi abadlıq işlərindən əldə edib. Şirkətin qanuni təmsilçisi Axundov Məhəmmədəli Fərhad oğlu, nizamnamə kapitalı isə 20 manat təşkil edir.

Son olaraq, "Azərtranss" MMC 2 tender vasitəsilə yolların təmirindən 1 milyon 32 min 65 manatlıq gəlir əldə edib. Şirkətin qanuni təmsilçisi Qasımov Adil Məmməd oğlu, nizamnamə kapitalı isə 20 manatdır.

Maya Hüseynova

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Londonda iqlim və ətraf mühit sahəsində çalışan gənc mütəxəssis

Tıxaclar mühərriki öldürür - Avtomobili necə qorumaq olar?

Ölümcül statistika: ən pis etibarlılıq göstəriciləri olan 10 sərnişin təyyarəsi

110 il əvvəl itən tablo tapıldı

Ordubadda “Mədrəsə”nin bərpasına başlanılır – 182 minlik layihə

Ordubadda “Mədrəsə”nin bərpasına başlanılır – 182 minlik layihə

Mərkəzi Bank 882 saxta pul nişanını tədavüldən çıxarıb

Varlanmağın yolları - DEPUTATDAN MƏSLƏHƏTLƏR

İçəri şəhərdə hotel satışa çıxarılıb - QİYMƏT

Öz hesabına varlanan ən zəngin qadınların adı açıqlandı

Bayram günlərində Bakıdan rayonlara nə qədər sərnişin daşınıb?

Sürücülük vəsiqəsi ilə bağlı - Yeni qərar

Qızılın qiyməti kəskin UCUZLAŞDI

Qızılın qiyməti kəskin UCUZLAŞDI

Magistraturaya qəbul: Ən çox plan yeri bu universitetə ayrılıb

Kürü istehsalı rekord sayda artdı

Səyahət zamanı ideal oteli necə seçməli? – Vacib TÖVSİYƏLƏR

Hava nəqliyyatında çalışan işçilər nə qədər qazanır?

Sabah 33 dərəcə isti olacaq

ABŞ-də şirkəti birinci seçilən azərbaycanlı (FOTO)

Neftimizin qiyməti 70 dolları keçdi

“Hermes”in əfsanəvi çantası hərraca çıxarılır- Fotolar

Şagirdlərə yeni kitablar veriləcək - 13 milyon manat ayrıldı

Havalar tikintiləri də "vurub"

Havalar tikintiləri də "vurub"

"Bitcoin" və altcoinlərin qiyməti qalxır

İş yerində dəyişikliklərə necə tez uyğunlaşmaq olar? – SƏHƏR OXUSU

Niyə ucuz telefon adapterlərindən istifadə etmək olmaz? - SƏBƏB

İcra hakimiyyətindən “Rövşən Oğuz Qrup”a 12 milyonluq sifariş

Birgə nikah dövründə qazanılmayan əmlaklardan övladlara pay düşür?

Bu MMC-nin külli miqdarda vergi borcu var

Zirzəmidən çıxarılan su insanlara bulaq suyu adı ilə satılır

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin