
16.05.2025 / 13:15
Azərbaycanlılar bu ölkədə 4 ayda 262 mənzil alıblar
70553
Türkiyə Statistika Təşkilatının (TÜİK) məlumatına görə, bu ilin aprel ayında əcnəbilərə 1 440 mənzil satılıb.
Valyuta.az xəbər verir ki, aprel ayında Azərbaycan vətəndaşları Türkiyədə 59 mənzil əldə edib və ən çox mənzil alan 10 ölkə arasında yenə 6-cı sırada qərarlaşıb. Bu ilin mart ayında da Azərbaycan vətəndaşları 66 mənzil ilə 6-cı sırada idi.
Qeyd edək ki, bu göstərici fevral ayında 87, yanvar ayında isə 50 olub.
Apreldə əcnəbilər arasında Türkiyədə ən çox mənzil alanlar Rusiya vətəndaşları olub – 276 mənzil. Onları 128 mənzillə İran, 120 mənzillə Ukrayna vətəndaşları izləyib.
Əcnəbilərə mənzil satışının ən yüksək olduğu şəhərlər sırasına isə İstanbul (529 mənzil), Antalya (497 mənzil) və Mersin (117 mənzil) daxil olub.
Maya Hüseynova
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay