
Noutbuk alıcılarının sayının artması istehsalı 71%-dən çox yüksəldib
Bu ilin yanvar-aprel aylarında Azərbaycanda 1 684 ədəd stolüstü kompüter istehsal edilib.
Valyuta.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 1 057 ədəd və ya 2,69 dəfə çoxdur. Ötən ilin eyni dövründə 627 ədəd stolüstü kompüter istehsal edilib.
Hesabat dövründə istehsal olunan noutbukların sayı 1 427 ədəd olub ki, bu da illik müqayisədə 596 ədəd, yaxud da 71,72% çoxdur. Ötən ilin eyni dövründə 831 ədəd noutbuk istehsal edilib.
Ümumilikdə isə kompüter, elektron və optik məhsulların, elektrik avadanlıqlarının istehsalı sahələrində bu ilin yanvar-aprel aylarında 73,8 milyon manatlıq məhsul istehsal olunub. Bu keçən ilin eyni dövünə nisbətən 13,4% çoxdur. Keçən il bu rəqəm 65,1 milyon manat olub.
Maya Hüseynova
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay