
Müvəqqəti bağlanan “Instagram” hesabını necə açmaq olar?
Ən populyar sosial media tətbiqlərindən biri olan “Instagram” istifadəçilər tərəfindən bəzən müxtəlif səbəblərə görə müvəqqəti olaraq dondurulur və ya bağlanır.
Hesabını yenidən aktivləşdirmək istəyən istifadəçilər isə dondurulmuş hesabı yenidən açmaqda çətinlik çəkirlər.
Bəs müvəqqəti olaraq bağlanan hesabı necə açmaq olar?
Valyuta.az dondurulmuş “Instagram” hesabının yenidən aktivləşdirməsinin izahını təqdim edir:
“Instagram”ı müvəqqəti olaraq necə dondurmaq olar?
“Instagram” hesabınızı dondurmaq üçün:
Kompüterdən “Instagram” hesabına daxil olun.
Profil səhifənizə keçin və “profili redaktə et” düyməsinə klikləyin.
Səhifənin sağ aşağı hissəsində “hesabımı müvəqqəti deaktiv et” seçimini görəcəksiniz, ona klikləyin.
Hesabı niyə dondurduğunuzu seçin və şifrənizi daxil edin.
Təsdiqlədikdən sonra hesabınız dondurulacaq.
Dondurulmuş “Instagram” hesabını yenidən necə aktivləşdirmək olar?
“Instagram” hesabını dondurduqdan sonra yenidən aktivləşdirmək üçün aşağıdakıları edin:
Hesabı dondurduqdan sonra onu yenidən aktivləşdirmək üçün 1 və ya 2 gün gözləmək lazım ola bilər.
Bu müddət ərzində giriş etməyə çalışsanız, “istifadəçi adı və ya şifrə səhvdir” kimi bildiriş ala bilərsiniz. Bu normaldır – sistem hələ aktivləşdirməyə hazır olmaya bilər.
24-48 saat keçdikdən sonra, “Instagram” tətbiqindən və ya brauzerdən istifadə edərək istifadəçi adı və şifrə ilə daxil olun.
İstifadəçi adı və şifrə düzgün daxil edildikdə, hesab yenidən aktiv olacaq.
Şifrəni unutduqda və ya “istifadəçi tapılmadı” yazısı ilə qarşılaşdıqda nə etmək lazımdır?
Əgər hesabınıza uzun müddət sonra daxil olmağa çalışırsınızsa və şifrəni unutmusunuzsa:
“Instagram” giriş səhifəsində “girişdə problem yaşayırsınız?” linkinə klikləyin.
İstifadəçi adınızı daxil edin.
“Instagram” tərəfindən e-poçt ünvanınıza bərpa bağlantısı göndəriləcək.
Təhlükəsizlik məqsədilə sizdən, daha əvvəl “Instagram”da paylaşdığınız orijinal (filtrsiz, kəsilməmiş) bir fotoşəklinizi göndərməyiniz istənilə bilər.
Foto təsdiqləndikdən sonra hesabınız yenidən aktivləşdirilə bilər.
Bu yoxlama prosesi adətən 1-2 gün çəkir və nəticə email vasitəsilə sizə bildirilir.
Dondurulmuş hesab nə vaxt açılır?
Hesab dondurulduğu anda belə texniki olaraq dərhal aktivləşdirilə bilər, amma sistem tərəfindən tanınması üçün 24-48 saat vaxt lazım ola bilər.
Hesab yenidən aktiv olduqdan sonra izləyici sayında və məlumatlarda heç bir dəyişiklik baş vermir.
Yenidən dondurmaq üçün isə “Instagram” 1 həftə gözləmə müddəti tətbiq edir. Bu, funksiya sui-istifadənin qarşısını almaq üçündür.
Günay
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay