
"Chatgpt"yə yeni funksiyalar əlavə olundu
"Chatgpt"də "Deep Research" üçün "PDF şəklində yüklə" seçimi əlavə olunur.
Valyuta.az xəbər verir ki, yeni xüsusiyyətlər arasında "GitHub" inteqrasiyası da yer alır.
"OpenAI" nin açıqlamasına görə, "ChatGPT" istifadəçiləri artıq dərin tədqiqat hesabatlarını PDF formatında ixrac edə bilərlər. Hazırlanan sənədlərə fotoşəkillər və cədvəllər avtomatik olaraq əlavə olunur.
"Deep Research" vasitəsilə süni intellekt agenti istifadəçi adından müstəqil şəkildə araşdırma apara bilir.
"Chatgpt" daxil olan sorğunu qəbul edir, interneti skan edir və yüzlərlə vebsaytı oxuyaraq əhatəli bir hesabat hazırlayır. Hesabat hazır olduqdan sonra onu kopyalamaq mümkündür, lakin "copy" düyməsi vasitəsilə əldə edilən mətnin formatlaması saxlanılmır.
"BleepingComputer"un apardığı sınaqlarda "Deep Research" hesabatını Word sənədinə kopyalamaq formatın pozulmasına səbəb olub.
Bu problemi "PDF şəklində yüklə" seçimi aradan qaldıra bilər.
Hesabatın PDF faylı kimi ixracı formatlamanın qorunmasına imkan verəcək və bu seçim, ehtimal ki, "copy" düyməsinin yanında yerləşdiriləcək.
Maya Hüseynova
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay