
“Paşa Holdinq”in Türkiyədəki törəmə bankı gəlirlərini açıqladı
Azərbaycanın iri investisiya qruplarından olan “Paşa Holdinq”in Türkiyədə fəaliyyət göstərən törəmə şirkəti “Paşa Yatırım Bankası A.Ş.”, bu ilin ilk rübündə uğurlu maliyyə nəticələri əldə edib.
Valyuta.az Bankın yaydığı rəsmi maliyyə hesabatına əsasən xəbər verir ki, yanvar-mart ayları ərzində 139,9 milyon lirə (təxminən 3,6 milyon ABŞ dolları) həcmində xalis mənfəət qeydə alınıb.
Rüb ərzində “Paşa Yatırım Bankası”nın ümumi faiz gəlirləri 548,8 milyon lirəyə (14,1 milyon dollar), faiz xərcləri isə 377,9 milyon lirəyə (9,7 milyon dollar) çatıb.
Qeyd edək ki, törəmə şirkət 1987-ci ildə "Yatırım Bank A.Ş" adı ilə İstanbulda yaradılıb.
Bankın səhmlərinin böyük hissəsi – 71,75 faizi “Paşa Holdinq” MMC-yə, 28,21 faizi isə Azərbaycanda fəaliyyət göstərən “Paşa Bank” ASC-yə məxsusdur.
Maya Hüseynova
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay