
12.05.2025 / 14:13
Naxçıvanda vergi daxilolmaları 14,4 milyon manat artıb
70268
Bu ilin ilk dörd ayında "Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti" tərəfindən büdcəyə 77,3 milyon manatdan çox vəsait yönəldilib.
Valyuta.az xəbər verir ki, bu rəqəm ötən ilin eyni dövrü ilə müqayisədə 22,8 faiz və ya 14,4 milyon manat artım deməkdir.
Əldə olunan gəlirin əsas hissəsi qeyri-dövlət sektorunun payına düşüb. Belə ki, yanvar-aprel aylarında bu sektordan daxilolmalar 52,3 milyon manat təşkil edib. Bu, ötən ilin müvafiq dövrünə nisbətən 29,1 faiz və ya 11,8 milyon manat çoxdur.
Rəqəmlər göstərir ki, ödənilən vergilərin 67,7 faizi qeyri-dövlət, 32,3 faizi isə dövlət sektorundan daxil olub.
Maya Hüseynova
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay