
19.04.2025 / 19:30
Birinci rübdə Türkiyə ilə ticarət dövriyyəsi azalıb
68888
Bu ilin yanvar-mart aylarında Azərbaycan ilə Türkiyə arasında ticarət dövriyyəsi 1 milyard 430 milyon 333 min ABŞ dolları təşkil edib.
Valyuta.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 2,64% azdır. Ötən ilin eyni dövründə isə ticarət dövriyyəsi 1 milyard 469 milyon 178 min ABŞ dolları idi.
Hesabat dövründə Azərbaycanın Türkiyəyə ixracı 10% azalaraq 837 milyon 445 min ABŞ dollarına çatıb. Qazaxıstandan idxal isə 10,05% artımla 592 milyon 888 min ABŞ dolları olub.
Türkiyənin Azərbaycanın ümumi ixracında payı 13,11%, ümumi idxalında isə 10,47% təşkil edib.
Maya Hüseynova
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay